Merkelin təqaüdü səs-küy yaratdı
Dövlət hesabına mühafizə və imtiyazlar cəmiyyət tərəfindən müzakirə olunur
15:16 | 16 mart 2022 | Çərşənbə
Məqaləyə 1973 dəfə baxılıb
Şriftin ölçüsü
Dövlət hesabına mühafizə və imtiyazlar cəmiyyət tərəfindən müzakirə olunur
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
İtaliyada avtomobil elektron üsulla soyuldu, sığorta ödənişdən imtina etdi
Almaniyada erkən seçki çağırışları güclənir
Alman televiziya ulduzu Türkiyədə saç əkimindən sonra xəstəxanalıq oldu
KFC türk iş adamına uduzmaq üzrədir
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
Azərbaycan istiqamətinə uçuşlar istisna siyahısında
İbadət məkanları pulsuzluq səbəbindən bağlanır, Avropa kultu tənəzzüllə qarşı-qarşıya
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Almaniyada 50 milyard avroluq qənaət çağırışı
Anım mərasiminə qatılan Merz etirazla qarşılandı
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
Maddi dəyəri 10 min avro idi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
ABŞ, Kanada, Böyük Britaniyadan sonra Almaniya da Rusiyanın enerji idxalından asılılığın aradan qaldırılması istiqamətində fəaliyyətini intensivləşdirir. Almaniyanın İqtisadiyyat naziri Robert Habek “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində ölkənin Rusiya enerji mənbələrindən imtinasının vaxtı barədə danışıb. O deyib ki, “biz Rusiya nefti, kömür və qazından asılılığımızı azaltmaq üçün hər gün çalışırıq. Hər gün, əslində hər saat Rusiya idxalından bir addım uzaqlaşırıq. Əgər bu, alınarsa, o zaman payızda biz Rusiya kömüründən, ilin sonuna kimi isə neftdən, demək olar ki, müstəqil olacağıq”.
Qeyd edim ki, ekspertlər Almaniya üçün alternativ karbohidrogen tədarükçüləri kimi Böyük Britaniya, Norveç və Hollandiyanı qeyd edirlər.
Bütövlükdə Avropa üçün alternativ mənbələr arasında ABŞ, Qətər, Liviya və Azərbaycanın adı hallanır. Bununla yanaşı. ABŞ-ın Venesuela və İranla danışıq apardığı da iddia olunur.
Qeyd edim ki, qısa müddətdə alternativlər tapmaq və onları Avropa bazarında səfərbər etmək mümkün deyildir. Liviyanın neft və qaz naziri Məhəmməd Aun bildirib ki, ölkə yalnız 5-7 ildən sonra Avropa üçün Rusiya neftini əvəz edə biləcək. Azərbaycana gəlincə, bu il Avropa bazarına 9 milyard kub metr qaz göndərəcək ki, bu da Avropa qaz idxalının 2 faizi, qaza cəmi tələbatının 1,5 faizi qədərdir. Azərbaycanın yaxın illərdə Avropaya qaz tədarükünü 10-13 milyard kub metrə qədər artırmaq imkanı vardır. 2030-cu ilədək Azərbaycanın Avropaya qaz ixracı 18-20 milyard kub metrə qədər arta bilər ki, bu da Avropanın qaz idxalının 4 faizi deməkdir. Lakin bunun üçün TAP kəmərinin ötürücülük qabiliyyəti 2 dəfə artırlmaldır ki, bu da əlavə sərmayələr və zaman tələb edir.