Dünya nəhəngindən bədbin proqnoz
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
11:19 | 21 noyabr 2022 | Bazar ertəsi
Məqaləyə 1229 dəfə baxılıb
Şriftin ölçüsü
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
ABŞ və İran Hörmüz boğazında toqquşdu ...
Bazarlar İran–ABŞ danışıqlarını izləyir
Müharibə ritorikalarının azalması qara qızıla təsir etdi
3.08 faiz qiymət artımı
Qara qızıl dörd ilin maksimumuna çatdı
Neft qiymətləri kəskin yüksəldi
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Neft qiymətləri bazar ertəsi günü də düşür. Qiymətlərin düşməsinin əsas səbəbləri Çində yeni növ koronavirusa yoluxanların artması ilə əlaqədar olaraq məhdudiyyətlərin tətbiq edilməsi və qlobal iqtisadi tənəzzül ilə bağlı narahatlıqlardır. Qlobal iqtisadi artımın yavaşlaması və ya dayanması neftə tələbin azalması ilə nəticələnir.
Bakı vaxtı ilə saat 08:27-yə olan məlumatlara görə, “Brent” markalı neftin fyuçersləri 1,1 faiz ucuzlaşaraq bir barel üçün 86,82 dollara, Qərbi Texas neftinin fyuçersləri isə 0,8 faiz ucuzlaşaraq barel üçün 79,42 dollara düşüb. Hər iki müqavilə keçən həftə təxminən 10 faiz düşüb və iki ayın ən aşağı səviyyələrində ticarət edilib. Bu gün “Brent” neftin qiyməti 86,41 dolları da görüb.
Çində yeni növ koronavirusa yoluxanların artması ilə ölkənin ən böyük şəhərlərindən bir çoxunda yeni karantin tədbirləri elan edilib. Bununla əlaqədar olaraq dünyanın ən böyük neft idxalçısının tələbinin yavaşlaması ilə bağlı narahatlıqlar artıb.
Bu ayın əvvəlində bir hesabatda bildirilib ki, Çinin bir neçə neft emalı şirkəti “Saudi Aramco”dan dekabr ayında daha az miqdarda neft tədarük etməyi xahiş edib ki, bu da ölkəyə neft daşımalarının yavaşlamasına işarə edə bilər.
Həmçinin Çin emal olunmuş yanacaq üzrə ixrac kvotalarını artırıb və bu, potensial olaraq tələbin azalması səbəbindən xam neft ehtiyatlarında artıqlığın olduğunu göstərir.
Federal Ehtiyat Sistemindən (FED) faizin artırılması ilə bağlı verilən açıqlamalar ABŞ-ın potensial tənəzzülü ilə bağlı qorxuları artırıb. FED üzvləri inflyasiya hədəfə (2 faiz) yaxınlaşana qədər faizin artırılacağını bildirirlər. Açıqlamalar dolları bahalaşdıraraq xam neftin qiymətlərini aşağı salır.
Digər tərəfdən, xam neft bazarlarındakı son zəiflik Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və onun müttəfiqləri (OPEC+) tərəfindən hasilatın daha çox azaldılması ilə bağlı spekulyasiyalara səbəb olub. OPEC hasilata qərar vermək üçün dekabrın 4-də toplaşacaq və istehsalın daha da azaldılması xam neft qiymətlərini artıra bilər.
Neft qiymətləri OPEC-in oktyabr ayında hasilatın azaldılması qərarından sonra kəskin şəkildə artsa da, indi qərardan əvvəlki səviyyələrə qayıdır. (Vaxt.az)