“Danışıqlar masasına qayıdın”
Trampdan İsrail və İrana çağırış
11:51 | 29 avqust 2024 | Cümə axşamı
Məqaləyə 536 dəfə baxılıb
Şriftin ölçüsü
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Raket qurğuları və mina qayıqlarına zərbə endirilib
Elektrikli avtomobillərə tələbat artıb
İranın isə vaxtı daralır
“Google”un əsas şirkəti “Alphabet”in törəməsi olan ABŞ-da yerləşən “Mandiant” kibertəhlükəsizlik firması tərəfindən aparılan yeni araşdırma göstərir ki, bir qrup iranlı haker İran, Suriya və Livanda milli təhlükəsizlik məmurlarını kibercasusluqda tələyə salmaq üçün bu sahədə ekspertlər cəlb etmək adıyla saxta məlumatlardan istifadə etməklə şirkət qurduğunu açıqlayıb.
Tədqiqatçıların fikrincə, iranlı hakerlər bir müddət əvvəl Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampın seçki kampaniyasını sındırmaqda ittiham olunan “Charming Kitten” kimi tanınan “APT42” adlı qrupla da əlaqə saxlayıblar.
“APT42” qrupu ümumiyyətlə İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat bölməsi ilə əlaqələndirilir. ABŞ Federal Təhqiqat Bürosu (FTB) “APT42”nin 2024-cü il ABŞ seçkilərinə davam edən müdaxilə cəhdləri ilə bağlı araşdırmaya başladığını açıqlayıb.
2017-ci ildə qurulan “APT42” yaxın vaxtlara qədər aktiv idi. Müxtəlif vaxtlarda iranlı hakerlər öz fəaliyyətlərini israillilər tərəfindən idarə olunduğunu gizlətmişlər. Analitiklər hesab edirlər ki, belə bir şəxsiyyət altında fəaliyyət göstərməyin mümkün məqsədi Yaxın Şərqdə məxfi məlumatları İsrail və digər Qərb hökumətlərinə satmaq istəyən şəxsləri müəyyən etməkdir. İranın bölgədəki müttəfiqləri ilə əlaqəli hərbi hissələrin və kəşfiyyat xidmətlərinin üzvləri hədəfə alınıb.
“Mandiant” tərəfindən aparılan araşdırmanın hesabatında, “Bu kampaniya vasitəsilə toplanan məlumatlar ölkənin kəşfiyyat xidmətlərinə İrana düşmən olan ölkələrlə əməkdaşlıq etmək istəyən şəxsləri müəyyən etməyə kömək edə bilər. Sözügedən məlumatlar İrana qarşı kəşfiyyat fəaliyyətini aşkar etmək və bu cür əməliyyatlarda iştirakda şübhəli bilinən iranlıları mühakimə etmək üçün istifadə edilə bilər”.
Birləşmiş Millətlər Təşkilatının (BMT) İrandakı missiyası hələlik sorğuyna cavab verməyib.