
Rusiyadan ümidini kəsən İran Çinə üz tutur?
Tehran döyüş təyyarəsi almaq ümidi ilə Pekinə üz tutduğu iddia edilir
Tehran döyüş təyyarəsi almaq ümidi ilə Pekinə üz tutduğu iddia edilir
Atəşkəsdən sonra Hörmüz iddiası
Pezeşkian qanun imzalayıb
Yəhudi məkanları və yerləri haqqında məlumat toplayan şəxs həbs olunub
“Amerikalılar bombanın yaradılmaması üçün geri qayıdacaqlar”
İran “S-400”lə bağlı Rusiyaya etiraz etdi
Tramp İran duasında dəlik tapıb – “zor gücünə sülh doktrinası”
İsrailin Evin həbsxanasına hücumu nəticəsində 71 məhbus həlak olub
SEPAH terror təşkilatının daxilində casusluq ittihamları və qarşılıqlı düşmənçilik
ABŞ və İran “e-poçt” müharibəsi
İran danışıqlara qayıtmaq şərtini açıqladı
Döyüş təyyarələri Hind okeanında Dieqo Qarsiya adasındakı bazada hərəkətlilik
Süleymaninin “kölgə yoldaşı” və SEPAH generalı İsrailin hücumunda öldürülüb
İsrailin İrana hücumlarında 38 uşaq, 102 qadın dünyasını dəyişib
Səssiz çöküş, mərkəzləşən hakimiyyət və şübhəli təsirlər
Ölkə parlamenti nəzarətsiz internet çıxışını qadağan etdi
İran Xarici İşlər Naziri kəskin bəyanatla çıxış edib: “İran artıq ABŞ-ın təzyiqləri altında belə, nüvə sazişi ilə bağlı danışıqlara qoşulmayacaq”. Bu bəyanat Vaşinqton və Tehran arasında yenidən artan gərginlik fonunda səslənib və yeni sanksiyaların tətbiq olunmasından sonra vəziyyəti daha da qızışdırıb.
Bir müddət əvvəl Donald Tramp öz xarakterik üslubunda ABŞ-ın İranla danışıqlara hazır olduğunu bəyan etmiş, qarşılıqlı faydalı razılığa gəlmək imkanlarını vurğulamışdı. Bu bəyanat, sanki, vəziyyəti Tehranın üstünə atmışdı. Lakin İranın cavabı gecikmədi. Ölkə prezidenti Məhəmməd Pezeşkian Trampın bu çağırışına olduqca sərt şəkildə reaksiya verdi: “ABŞ İranı diz çökdürməyi xəyal edə bilər, lakin bu heç vaxt baş verməyəcək”. Bu sözlər İran hakimiyyətinin Vaşinqtonun hazırkı mövqeyini ikiüzlü oyun kimi dəyərləndirdiyini göstərir – bir tərəfdən danışıqlara hazırlıq bəyan edilir, digər tərəfdən isə sanksiyalar daha da gücləndirilir.
İran hazırda olduqca mürəkkəb vəziyyətdədir. Uzun illərdir davam edən sanksiyaların yaratdığı daxili iqtisadi problemlər və beynəlxalq arenadakı təcrid rejimi yeni çıxış yollarını tapmağı zəruri edir. Lakin yüksək rütbəli məmurlar, o cümlədən, birinci vitse-prezident Məhəmməd Rza Arifin bəyanatları göstərir ki, İran elitası güzəştə getməyə hazır deyil. “ABŞ ilə saziş hər iki tərəf üçün faydalı olmalıdır, lakin hazırda Vaşinqtonun milli maraqlarımıza uyğun bir şey təklif etdiyini düşünmürük”, – deyə Arif qeyd edib.
Son nöqtəni İran XİN başçısı qoydu, açıq şəkildə bildirdi ki, ölkə danışıqlara qapalıdır. Bu kəskin mövqe, hətta Tehranın sərt ritorikasına öyrəşmiş olanları belə təəccübləndirdi. Nə Ruhaninin prezidentliyi dövründə, nə də Rəisinin hakimiyyəti zamanı bu cür bəyanatlar eşidilməmişdi. Ola bilsin ki, belə sərt ifadələr İran İslam İnqilabının ildönümü ilə əlaqədardır. Lakin əslində bu sözlər rejimin qarşılaşdığı daxili və xarici çətinliklərin dərinliyini göstərir.
Hazırda İran elitası daxilində əsas müzakirə mövzusu məhz nüvə sazişi ilə bağlıdır. Tehran üçün bu, sadəcə danışıqlar deyil, rejimin varlığını qoruyub saxlamaq məsələsidir. Bu mövzuda deyilən hər sözün böyük əhəmiyyəti var, çünki nəticələr fəlakətli ola bilər.
İranın belə sərt bəyanatlar verməsinin səbəbləri ilə bağlı bir neçə versiya mövcuddur. Birinci və ən məntiqli versiya odur ki, İran rəqiblərinə və daxili auditoriyasına güclü görünmək üçün məqsədli şəkildə gərginliyi artırır. Bu strategiya daxili ictimaiyyətə rejimin son ana qədər mübarizə apardığını və milli qüruru itirmədən Tramp administrasiyasını öz şərtlərini qəbul etməyə məcbur etdiyini göstərmək məqsədi güdür.
İkinci versiya isə İranın bu vaxtı nüvə silahını tamamlamaq üçün qazanmağa çalışmasıdır. Lakin bu ssenari az ehtimal olunur: Tehran nüvə bombası hazırlasa belə, onun çatdırılma vasitələrini və ya İsrailin mümkün hücumlarından müdafiəni təmin edə bilməsi çətin görünür.
Üçüncü versiya isə budur ki, Tehran İsrailin hərbi zərbəsinin qaçılmaz olduğunu artıq qəbul edib və bu səbəbdən sazişi mənasız hesab edir. Axı, belə bir zərbə ilk növbədə nüvə obyektlərinə yönəldiləcək və nəzəri cəhətdən rejim bunu sağ qala bilər. Lakin əsas sual budur: iqtisadiyyat nə olacaq? Artıq iflas həddində olan İran iqtisadiyyatı bu saziş olmadan daha da zəifləyəcək və sosial partlayışlara gətirib çıxara bilər.
Beləliklə, Tehran üçün ən məntiqli ssenari maksimal dərəcədə sərt mövqedən çıxış edərək danışıqlarda daha əlverişli şərtlər əldə etməkdir. Bu, İrana həm daxili möhkəmlik, həm də kompromisə hazır olduğunu göstərmək imkanı verəcək. Lakin bu qeyri-sabit dövrdə heç bir ssenarini tam istisna etmək mümkün deyil.