Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
11:51 | 25 fevral 2025 | Çərşənbə axşamı
Məqaləyə 263 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
ABŞ Prezidentinin ölkəsi tərəfindən Ukraynaya xərclənən 500 milyard dolların müqabilində nadir torpaq metallarına sahib olmaq istəyi birmənalı qarşılanmasa da bu qlobal siyasətdə qaydaların kəskin dəyişməsindən xəbər verir.
26 trilyon dollardan çox təbii ehtiyatlara malik olduğu güman edilən Ukrayna qlobal təchizat zəncirində mühüm aktrlardandır. Ölkə 116 növ faydalı ehtiyatları əhatə edən təxminən 20 min faydalı qazıntı yatağına malikdir. Ukrayna titan, litium, berilyum, manqan, qallium, uran, qrafit, apatit, flüorit və nikel ilə zəngin ölkədir. Sadəcə bir faktı qeyd etmək lazımdır ki, Ukrayna Avropada ən böyük titan ehtiyatlarına, eləcə də litiumuna malik olmaqla dünya rezervlərinin 7 faizini formalaşdırır.
Ukraynanın malik olduğu resurslar müdafiə, yüksək texnologiya, aerokosmik və yaşıl enerji kimi sənayelər üçün vacib hesab olunur. Eyni zamanda, elektrikli nəqliyyat vasitələrinə və bərpa olunan enerji texnologiyalarına keçid nəticəsində bu resurslara qlobal tələbatın kəskin artacağı gözlənilir.
Son illər Qərb dövlətlərinin Ukraynanın malik olduğu resurslara marağı daha da yüksəlib. Rusiya-Ukrayna müharibəsindən öncə artıq Ukrayna ilə Avropa Birliyi (AB) arasında bu istiqamətdə razılaşmalar imzalanmışdı. 2021-ci ilin iyulunda imzalanmış Kritik Minerallar üzrə AB-Ukrayna Strateji Tərəfdaşlığı 10 əsas xammala yönəlmiş 100 layihəni reallaşdırmaqla bu mənbə hesabına Avropada mədən resurslarına tələbin tam ödənilməsini hədəfləyirdi.
Göründüyü kimi, böyük xammal ehtiyatlarına malik olan Ukrayna hər zaman birbaşa və ya dolayı olaraq qlobal aktrların diqqətində olub. Bu arada, zəngin ehtiyatlara malik olan Ukrayna BMT-nin tanıdığı ərazilərinin 80 faizindən azına nəzarət edir və minimum əmək haqqı cəmi 192 dollardır.