vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 10 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
AVROPA  
AfD məcburi hərbi xidmətin tələb edir 17:43 | 10 sentyabr 2025 | Çərşənbə Məqaləyə 112 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

AfD məcburi hərbi xidmətin tələb edir

Partiya daxilində uzun illər davam edən müzakirələr yekunlaşdı

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniya üçün Alternativ (AfD) partiyasının Federal Bundestaq qrupu uzun illər davam edən daxili müzakirələrdən sonra məcburi hərbi xidmətin yenidən tətbiqini tələb etdi. Berlin şəhərində keçirilən toplantıda təklif səs çoxluğu ilə qəbul edildi. Bu qərarla AfD, 2011-ci ildə sülh dövründə dayandırılan hərbi xidmət öhdəliyinin yenidən qüvvəyə minməsi üçün Bundestaqa rəsmi müraciət edəcək.

Müraciət sənədində, məcburi hərbi xidmətin ləğvindən sonra Bundesverin (Almaniya Silahlı Qüvvələri) personal çatışmazlığını könüllü əsgərlərlə doldura bilmədiyi vurğulanır. Ola biləcək böhran və ya müharibə vəziyyətində ordunun sürətlə genişləndirilə bilməyəcəyi qeyd olunur. AfD məcburi hərbi xidmətin ölkə müdafiəsi üçün strateji ehtiyac olduğunu iddia edir.

AfD-nin təklifində hərbi xidmətə çağırılacaq şəxslərin yalnız ölkə müdafiəsində fəaliyyət göstərəcəyi, döyüş bölgələrinə göndərilməyəcəyi bildirilir. Həmçinin, vicdani etiraz hüququ konstitusiya hüququ kimi qorunacaq və istəyənlər üçün alternativ sivil xidmət strukturu yenidən yaradılacaq.

Məcburi hərbi xidmət məsələsinin AfD daxilində uzun illər davam edən müzakirə mövzusu olduğu məlumdur. Xüsusilə Ukraynada baş verən müharibədən sonra təhlükəsizlik siyasətinə təzyiqlər artarkən, partiya daxilində hərbi xidmətin bərpasına dair fikir ayrılıqları yaşanmışdı. İndi isə partiya mövqeyini dəqiqləşdirərək qanun təklifini Bundestaqa təqdim etməyə hazırlaşır.