Berlin üçün gözlənilməz nəticə
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
10:42 | 28 avqust 2025 | Cümə axşamı
Məqaləyə 340 dəfə baxılıb
Şriftin ölçüsü
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
İtaliyada avtomobil elektron üsulla soyuldu, sığorta ödənişdən imtina etdi
Almaniyada erkən seçki çağırışları güclənir
Alman televiziya ulduzu Türkiyədə saç əkimindən sonra xəstəxanalıq oldu
KFC türk iş adamına uduzmaq üzrədir
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
Azərbaycan istiqamətinə uçuşlar istisna siyahısında
İbadət məkanları pulsuzluq səbəbindən bağlanır, Avropa kultu tənəzzüllə qarşı-qarşıya
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Almaniyada 50 milyard avroluq qənaət çağırışı
Anım mərasiminə qatılan Merz etirazla qarşılandı
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
Maddi dəyəri 10 min avro idi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
Avropanın mərkəzində müharibə qorxusu
Məzar daşları dağıdıldı
Almaniya kansleri Fridrix Merz və Müdafiə Naziri Boris Pistorius dünən ölkənin təhlükəsizlik strukturunu gücləndirmək məqsədilə Milli Təhlükəsizlik Şurasının (NSC) yaradıldığını açıqladılar.
Yeni şura silah ixracı və müdafiə siyasətlərinə cavabdeh Federal Təhlükəsizlik Şurası ilə böhran zamanı toplanan Təhlükəsizlik Kabinetini bir çətir altında birləşdirib. Beləliklə, Almaniya təhlükəsizlik və müdafiə sahəsində qərarvermə proseslərini sürətləndirməyi hədəfləyir.
Kansler Merz bildirib ki, NSC həm uzunmüddətli strateji planlaşdırma, həm də böhran anlarında sürətli qərarvermə vəzifəsini yerinə yetirəcək: “Rusiya və digər mənbələrdən gələn təhdidlər qarşısında daha sürətli, daha yaradıcı və daha qərarlı olmalıyıq”.
Yeni şura sədr, doqquz nazir, təhlükəsizlik və kəşfiyyat qurumlarının nümayəndələri və lazım olduqda NATO və Aavropa Birliyi (AB) rəsmilərinin iştirakı ilə toplanacaq. Məqsəd, nazirliklərin fərqli sahələrdə ayrı-ayrılıqda çalışdığı “parçalı təhlükəsizlik yanaşmasını” sona çatdırmaqdır.
Ekspertlər qeyd edirlər ki, şura Almaniyanın təhlükəsizlik memarlığında bir “dönüm nöqtəsi”dir və NSC həmçinin AB və NATO qarşısında Berlinin daha güclü bir tərəfdaş olaraq görünməsini təmin edəcək.
Əvvəlki hökumət dövründə oxşar struktur gündəmə gəlsə də, koalisiya tərəfdaşları arasındakı razılaşmazlıqlar səbəbindən həyata keçirilə bilməmişdi. Merz rəhbərliyindəki hökumət isə bu dəfə layihəni tamamlayıb.