vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 13 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
AMERİKA  
Argentina prezidentinə sui-qəsd? 10:29 | 28 avqust 2025 | Cümə axşamı Məqaləyə 194 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Argentina prezidentinə sui-qəsd?

Xavyer Miley daşlı hücuma məruz qaldı

TURQUT

MÖVZU İLƏ ƏLAQƏLİ

Argentina Prezidenti Xavyer Miley Buenos-Ayresdə keçirilən açıq tədbirdə etirazçıların hücumu ilə üzləşdi. Maşınına daş atılan Miley təhlükəsizlik komandası tərəfindən sürətlə hadisə yerindən uzaqlaşdırıldı.

Buenos-Ayresdə yaxınlaşan yerli və aralıq seçkilər üçün kampaniya aparan Argentina Dövlət Prezidenti Xavyer Miley müxaliflərin qalası hesab edilən “Lomas de Zamora” bölgəsində qəzəbli bir izdihamla qarşılaşıb.

İzdiham Mileyin konvoyuna daş və şüşə atıb. Daşlardan biri Mileyin olduğu yük maşınına dəyib.

Hücuma baxmayaraq, Mileyin konvoyu sürətlə hadisə yerindən uzaqlaşıb. Milei-nin sözçüsü bildirib ki, hadisə zamanı heç kim xəsarət almayıb.

Buenos-Ayresdə yerli seçkilər sentyabrın 7-də keçiriləcək. Seçki Mileyin hakimiyyətini gücləndirməsi üçün bir fürsət kimi qiymətləndirilir.