Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
10:22 | 28 avqust 2025 | Cümə axşamı
Məqaləyə 315 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
İşğalçı ordunun Ukraynanın paytaxtına gecəyarısı təşkil etdiyi bombardımanda ən azı 10 nəfər həlak olub. Zelenski hücumu “sülh danışıqlarına açıq bir hörmətsizlik” olaraq qiymətləndirib.
Rus raketləri və pilotsuz uçuş aparatları (PUA) Ukraynanın paytaxtı Kiyevdəki yaşayış bloklarını yerlə-yeksan edib. Ukrayna hava qüvvələri bildirib ki, Rusiyanın gecəyarısı hücumunda atdığı 598 pilotsuz uçuş aparatından 563-ünü və 31 raketdən 26-sını vurublar.
Hava qüvvələri 13 nöqtədə hədəf isabeti və 26 nöqtədə dağıntı qeydə alıb.
Ukrayna Dövlət Prezidenti Vladimir Zelenski hücumda, biri uşaq olmaqla, ən azı 10 nəfərin həyatını itirdiyini qeyd edərək bunu “sülh danışıqlarına açıq hörmətsizlik” adlandırıb.
Kiyevdəki fövqəladə hallar qrupları hücumu nəticəsində dağılan binalarda axtarış aparıb.
Xilasedicilər Darnitsiya rayonundakı çoxmərtəbəli binadan bir meyit çıxararkən, digərləri isə ağır maşınların köməyi ilə dağıntılar altında axtarış-xilasetmə işləri aparıb.
Kiyev hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko “Telegram”da bildirib ki, fövqəladə hallar qrupları paytaxtda 20-dən çox nöqtədə hücumlardan sonra işlərini davam etdirir.
Rusiya ABŞ Prezidenti Donald Trampın atəşkəs çağırışlarına və 2022-ci ilin fevralında başlatdığı işğalın yaratdığı münaqişəni sona çatdırmaq əhəmiyyətinə dair açıqlamalarına baxmayaraq, Ukrayna şəhərlərinə qarşı hava hücumlarını davam etdirir.
“Rusiya danışıq masası əvəzinə ballistik silahları seçir. Müharibəni sona çatdırmaq əvəzinə öldürməyə davam etməyi üstün tutur. Bu, Rusiyanın hələ də nəticələrindən qorxmadığını göstərir”, – Zelenski açıqlamasında deyib.
Zelenski Ukraynanın müttəfiqlərindən yeni sanksiyalar daxil olmaqla sərt reaksiyanın göstərilməsini tələb edib.
O, həmçinin Rusiyanın müttəfiqi Çin və Avropa Birliyi üzvü Macarıstanı Moskva qarşısında daha sərt mövqe tutmağa çağırıb: “Bütün son tarixlər artıq keçib, diplomatiya üçün onlarla imkan məhv olub. Rusiya bu müharibənin hər günü, hər hücumu üçün cavabdeh olduğunu hiss etməlidir”.