vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 22 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
Təqaüdçülərin etirazı 12:59 | 21 may 2025 | Çərşənbə Məqaləyə 9 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Təqaüdçülərin etirazı

Argentinada keçirilən aksiyada polis toqquşma baş verib, yaralananlar var

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Cənubi Amerika ölkəsi Argentinada Millei hökumətindən pensiyaların artırılması tələbi fəallar və təqaüdçülərin Konqres qarşısında təşkil etdiyi nümayişə polis müdaxilə edib. “Reuters”ə danışan şahidlər aksiyada onlarla yaralı olduğunu bildiriblər.

Buenos-Ayresdəki etiraz aksiyasından mətbuata əks olunan görüntülərdə yaşlı fəallar və digər etirazçılar mahnı oxuyarkən və şüarlar səsləndirərkən təhlükəsizlik qüvvələri əllərində qalxan və dəyənəklə etirazçılara müdaxilə edib. Aksiya təqaüdlərin artırılması və təqaüdçülərə yardımın davam etdirilməsi ilə bağlı təkliflər də daxil olmaqla Konqresin təkliflərinin kifayət qədər səs çoxluğu əldə edə bilmədiyi bir vaxtda baş tutub.

***

Argentinada dövlət xərclərini azaltmaqla iqtisadiyyatı yaxşılaşdırmaq və inflyasiyanın qarşısını almaq məqsədi daşıyan prezident Xavier Milei və hökuməti Konqresə gətirilən hər iki təklifə qarşı çıxıb. Mileinin qənaət siyasəti əvvəllər paytaxtda genişmiqyaslı etirazlara səbəb olmuşdu.

***

Mərkəzçi Vətəndaş Koalisiyası partiyasından millət vəkili Paula Oliveto Konqresə: “Demokratiyanın evi olan bu yer, əgər təqaüdçü ayda 379,000 pesodan (təxminən 331 dollar) az qazanırsa, biganə qala bilməz”, – deyib. Səsvermədə 124 deputat iştirak etdiyi halda, 133 deputat səs verməyib.

***

Sosialist Partiyasının deputatı Esteban Paulon hökumətin siyasətini dəstəkləyən deputatları Konqresin iclası başa çatdıqdan sonra kifayət qədər səs toplamayn qanunu məzxərəyə qoyaraq gülməkdə günahlandırıb. “Hökumətin planı açıq şəkildə minimum əmək haqqı alan milyonlarla insanı aclıqdan öldürməkdir”, – Paulon deyib.

***

Milei hökuməti bu tələb və tənqidlər qarşısında “resurslarının məhdud olduğunu” və pensiyaları artırmaq üçün ilk növbədə ölkəyə daha çox investisiya yatırılmalı və iqtisadi inkişafı təmin etməli olduğunu bildirib. Cənubi Amerikanın ikinci ən böyük iqtisadiyyatı olan Argentinada rəsmi rəqəmlərə görə, ötən ilin ikinci yarısında əhalinin 38 faizi yoxsulluq içində yaşayırdı. Bu göstərici 11,3 milyon nəfərə uyğundur. 2024-cü ilin birinci yarısında yoxsulluq səviyyəsi yüzdə 53 olaraq qeydə alınıb.