vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 31 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
MƏHKƏMƏ, İSTİNTAQ  
Keçmiş prezidentə 6 il həbs 07:41 | 11 iyun 2025 | Çərşənbə Məqaləyə 102 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Keçmiş prezidentə 6 il həbs

Ali Məhkəmə Kirşnerə dövlət vəzifəsində işləməyə ömürlük qadağa qoydu

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Ali Məhkəmə yekdilliklə Argentinanın keçmiş prezidenti Kristina Fernandez de Kirşnerə verilən 6 il həbs cəzasını və ömürlük dövlət vəzifəsində işləməyə qadağa qoyulmasını təsdiqləyib.

Argentina Ali Məhkəməsi Kirşnerin vəkillərinin apellyasiya şikayətini yekdilliklə rədd edib və həbs cəzasını qüvvədə saxlayıb.

Həm də ömürlük dövlət vəzifəsində işləmək qadağan edilmiş 72 yaşlı Kirchner bu qərarı “siyasi və məhkəməni cadugər ovu” kimi qiymətləndirib.

Argentina prezidenti Xavier Miley isə sosial media platforması “X”dəki paylaşımında bu qərarı alqışladığını və toxunulmazlıq dövrünün bitdiyini bildirib.

Bu arada paytaxt Buenos Ayres başda olmaqla bir çox şəhərdə onlarla Kirşner tərəfdarı toplaşaraq qərara etiraz edib və keçmiş prezidenti dəstəkləyib.

Argentina mətbuatında yer alan xəbərlərə görə, Kirşner cəzasını evində başa vura biləcək və son qərarı yerli məhkəmə verəcək.