Rusiyada ekoloji fəlakət
Qara dəniz sahillərində göyün üzünü tüstü örtüb, şəhərlər “neft yağışı”na tutulub
14:47 | 9 sentyabr 2025 | Çərşənbə axşamı
Məqaləyə 390 dəfə baxılıb
Şriftin ölçüsü
Qara dəniz sahillərində göyün üzünü tüstü örtüb, şəhərlər “neft yağışı”na tutulub
3 arsenal, 3 anbar, 2 logistik mərkəz məhv edildi
Kreml yanacaq istehsalında “dövlət planı” modelinə qayıdır
Solovyovun Melonini təhqir etməsindən sonra Rusiya səfiri XİN-ə çağırıldı
“Telegram” kanalları təkərlərin relsdən çıxdığını yazdı
İki həmyerlisinin qətlində şübhəli bilinən azərbaycanlı Rusiyada həbs olundu
Neft zavoduna zərbələr nəticəsində güclü yanğın baş verdi
Şəhərin mərkəzində qalın tüstü buludu yaranıb
Azərbaycanlı əsilli biznesmen Rusiya kinostudiyasını satın aldı
Putin Pasxa bayramına görə döyüşlərə fasilə verdi
Aİİ Azərbaycan məhsuluna tətbiq edilən rüsumların müddətini uzatdı
Gündə milyon barel ixrac edən əsas neft limanlarından birində böyük dağıntı
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
“İlk öncə daxili bazarda sabitlik təmin ediləcək, xarici tələbat ikinci planda qalacaq”
Gömrük işçiləri mədəni dəyər daşıyan antik əşyanın aparılmasına imkan vermədi
25 milyard dollarlıq hərbi tədarük planı təsdiqləndi
Soyuq Müharibə dövründən bu yana sirrini qoruyan qısa dalğa radio stansiyası UVB-76, dünən yayımladığı iki şifrəli mesajla yenidən gündəmə gəlib.
Rusiyanın Moskva yaxınlığında yerləşən və “Qiyamət Radiosu” kimi tanınan qısa dalğa radio stansiyası UVB-76 illər sonra yenidən şifrəli mesajlar yayıb. 1970-ci illərdən bəri davamlı monoton uğultu səsi ilə tanınan stansiya, bu dəfə adi yayını iki dəfə kəsərək rus dilində sözlər, rəqəmlər və kodlardan ibarət mesajlar göndərib.
Yayımlanan mesajlarda əvvəlki “NZhTI” çağrı işarəsi yer alıb, “38, 965, 78, 58, 88, 37” kimi rəqəm sıraları diqqət çəkib. Bəzi istifadəçilər bu rəqəmlərin koordinatları təmsil edə biləcəyini irəli sürüblər. Yayımın videosu sosial mediada paylaşılarkən, dinləyicilər “bu gecə böyük bir şey olacaq” şərhləri yazıblar.
“Hökumət tərəfindən istifadə oluna bilər”
London Şəhər Universitetində (City University of London) elektronika və radio mühəndisliyi dərsləri verən professor Devid Stappls (David Stupples), stansiyanın böyük ehtimalla Rusiya hökuməti tərəfindən istifadə olunduğunu qeyd edərək, “Bu bir təhlükəsizlik tədbiri ola bilər və sülhpərvər məqsədli olması çox mümkün deyil” deyib.
Hollandiyalı radio araşdırıcısı Ari Bonder (Ary Boender) isə stansiya ilə bağlı illər ərzində ortaya atılan müxtəlif nəzəriyyələri xatırladaraq, “Bəziləri bunu köhnə Sovet Ölü Adam Açarı olduğunu, uğultu dayandığında Qərbə nüvə hücumunu işə saldığını söyləyir. Bəziləri isə UFO-lar üçün siqnal və ya zehin nəzarət cihazı olduğuna inanır” ifadəsini işlədib.
Gizli keçmiş
UVB-76 1980-ci illərdən etibarən radio həvəskarlarının diqqətini çəkib. 1990-cı illərdən etibarən davamlı “uğultu” səsləri və bəzən təsadüfi oxunan adlar, sözlər və rəqəmlərlə fərqlənib. Bəzi araşdırıcılara görə, bu müxtəliflik adi “təhlükəsizlik frekansı”ndan daha çox şeyin işarəsidir. Professor Stapplsın ölçmələrinə görə, stansiya minlərlə vatt gücü ilə hər istiqamətə yayımlanır.
Son yayımlanan mesajların şifrəsinin açılıb-açılmayacağı hələlik məlum deyil. Lakin “Qiyamət Radiosu”, Soyuq Müharibə illərində olduğu kimi, bu gün də beynəlxalq ictimaiyyət arasında maraq və narahatlıq yaratmağa davam edir.