Ukraynalı uşaqlar qaytarılmalıdır
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
14:41 | 10 sentyabr 2025 | Çərşənbə
Məqaləyə 163 dəfə baxılıb
Şriftin ölçüsü
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
Polşa qonşusu Ukraynanın qərb hissəsinə Rusiyanın təşkil etdiyi hücum zamanı hava sahəsini pozan pilotsuz uçuş aparatlarından (PHA) bəzilərini vurdu. NATO üzvü olan Polşa bu pozuntunu “hücum aktı” kimi qiymətləndirdi.
Rusiya ilə Ukrayna arasında üç ildir davam edən müharibədə ilk dəfə NATO ölkəsi hava qüvvələrindən istifadə etmiş oldu.
Polşanın Baş naziri Donald Tusk bildirib ki, ölkənin hava sahəsi 19 dəfə pozulub və təhlükə yaradan PUA-lar vurulub. O, NATO müqaviləsinin 4-cü maddəsinin işə salınmasını tələb edib.
NATO-nun 4-cü maddəsi üzv dövlətlərdən birinin ərazi bütövlüyü, müstəqilliyi və ya təhlükəsizliyi təhdid altında olduqda alyans daxilində məsləhətləşmələrin keçirilməsini nəzərdə tutur.
Polşa Prezidenti Karol Navrotski (Karol Nawrocki) bildirib ki, 48 saat ərzində ölkədə baş verənlərlə bağlı bütün məlumatlara çıxış olacaq və milli təhlükəsizlik şurasının 48 saat içində toplanması üçün çağırış edib. Navrotski həm NATO, həm də Polşa tarixində bu hadisənin misilsiz olduğunu deyib.
Polşa Silahlı Qüvvələrinin açıqlamasına görə, Rusiyanın Ukraynaya hücumu zamanı PUA-lara bənzər obyektlər dəfələrlə Polşa hava sahəsini pozub.
Səhər saatlarında yayılan bəyanatda, “Bu obyektlərin aşkarlanması və zərərsizləşdirilməsi üçün əməliyyat aparılır... silah tətbiq olunub və hərbçilər vurulan obyektlərin müəyyənləşdirilməsi istiqamətində işləyirlər”, – deyilib. Müdafiə naziri təyyarələrin silah işlətməsini təsdiqləyib.
Bəyanatda Podlaski, Mazoveçki və Lublin bölgələrində insanların evdən çıxmaması istənilib. ABŞ Federal Aviasiya Administrasiyasının məlumatına görə, dörd hava limanı müvəqqəti olaraq uçuşlara bağlanıb.
NATO sözçüsü Allison Hart bildirib ki, bu səhər keçiriləcək Şura toplantısında alyans hava sahəsini pozan PUA-lara qarşı reaksiyanı müzakirə edəcək. NATO-nun digər bir sözçüsü isə Baş katib Mark Rutte ilə Polşa rəhbərliyi arasında daimi əlaqənin olduğunu bildirib.
Ukrayna Prezidenti Vladimir Zelenski açıqlayıb ki, Rusiya gecə ərzində Ukraynaya 415 PUA və 40 raketlə hücum edib və onlardan ən azı 8 PUA Polşaya tərəf yönəlib.
Zelenski, “Avropa üçün çox təhlükəli bir siqnaldır. Güclü cavab tələb olunur və bu cavab yalnız bütün tərəfdaşların – Ukrayna, Polşa, bütün avropalılar və ABŞ-ın birgə mövqeyi ilə ola bilər”, – deyib.
NATO-da bir mənbə isə bildirib ki, baş verən hava sahəsi pozuntusu hücum aktı kimi qiymətləndirilməyib, lakin qəsdən edildiyi düşünülür.
Mənbəyə görə, ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemləri PUA-ları aşkar edib, lakin müdaxilə etməyib.
NATO-dan olan mənbə həmçinin bildirib ki, alyansa məxsus hava vasitələri ilk dəfə olaraq müttəfiq bir ölkənin hava sahəsində potensial təhlükələrə qarşı fəaliyyət göstərib. Əməliyyatda Polşaya aid “F-16” qırıcıları, Niderlandın “F-35” qırıcısı, İtaliyanın havadan erkən xəbərdarlıq təyyarələri və NATO-ya aid hava yanacağı doldurma təyyarələri iştirak edib.
Rusiyanın “RIA Novosti” agentliyinin məlumatına görə, bir rus diplomatı Polşanın iddialarını “əsassız” adlandırıb və vurulan PUA-ların Rusiya mənşəli olduğunu sübut edən hər hansı dəlilin təqdim edilmədiyini söyləyib.