vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 10 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
BANK, BİRJA, SIĞORTA  
Zəif hesabat qızılı dəstəklədi 16:57 | 10 sentyabr 2025 | Çərşənbə Məqaləyə 103 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Zəif hesabat qızılı dəstəklədi

Növbədə inflyasiya məlumatları var

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Qızıl qiymətləri son həftələrdə sürət qazanan yüksəlişini davam etdirərək dünən rekord səviyyə olan 3.674 dollara çatdı. Bu yüksəlişin əsas səbəbi, ABŞ Mərkəzi Bankı (FED) tərəfindən yaxın zamanda faiz endiriminə gediləcəyi ilə bağlı gözləntilərdir. Keçən həftə açıqlanan və yalnız 22 min nəfərlik məhdud bir qeyri-əmtəə məşğulluq artımını göstərən ABŞ məlumatı, faiz endirim ehtimalını gücləndirdi.

Bir müddətdir zəif olan iş bazarı, investorların FED-in 25 baza bəndi faiz endirimi edəcəyini tam qiymətləndirməsinə səbəb oldu. Hətta bəzi analitiklər daha güclü bir endirimi də mümkün hesab edirlər. Baş verənlər qızıl qiymətlərində yuxarı istiqamətli hərəkəti dəstəkləyən əsas dinamiklərdən biri kimi çıxış edir.

Lakin ABŞ-da bu həftə açıqlanacaq inflyasiya məlumatları, qızılın yüksəliş meylini məhdudlaşdıra biləcək vacib bir amil kimi görünür. “Commerzbank” analitiklərinə görə, inflyasiya göstəricisi gözləniləndən daha yüksək olsa, FED-in faiz endirim qərarında geri addım atması gündəmə gələ bilər. Bu isə qızılın qiymətlərində düzəlişə səbəb ola bilər.

Analitiklər xüsusilə ABŞ İstehlakçı Qiymət İndeksi və İstehsalçı Qiymət İndeksi məlumatlarının bu həftə bazarın istiqaməti üçün həlledici olacağını vurğulayıblar. Gözləntilərin altında qalacaq inflyasiya məlumatları FED üzərində daha yumşaq pul siyasəti yönündə təzyiq yarada və qızıl qiymətlərini dəstəkləyə bilər.

Avstraliyalı maliyyə qurumu “ANZ Group”, 2025-ci ilin sonu üçün qızıl qiyməti proqnozunu 3.800 dollara yüksəltdiyini açıqladı. Bank həmçinin 2026-cı ilin iyununa qədər qızıl qiymətlərinin 4.000 dollara qədər yüksələ biləcəyini proqnozlaşdırır. Bu proqnozun əsas səbəbi güclü investisiya tələbi, mərkəzi bankların artan alımları və geosiyasi qeyri-müəyyənliklərin davamlı təsiridir.

ANZ-in qiymətləndirməsinə görə, mərkəzi bankların 2025-ci il ərzində 900-950 metrik ton arasında qızıl əldə etməsi gözlənilir. ilin ikinci yarısında isə təxminən 485-500 ton alımın baş verəcəyi proqnozlaşdırılır. Xüsusilə Çin Mərkəzi Bankı avqust ayında qızıl rezervlərini bir daha artıraraq alımlarını ardıcıl 10 aya çıxarıb.

Qızıldakı yüksəliş yalnız FED gözləntiləri ilə bağlı deyil. Zəif dollar, mərkəzi bankların genişlənməyə yönəlmiş mövqeyi və qlobal iqtisadi qeyri-sabitlik də qızılın cazibəsini artıran amillər arasındadır. Son məlumatlara görə, ABŞ iqtisadiyyatı 2025-ci ilin martına qədər əvvəllər açıqlanandan təxminən 911 min nəfər daha az işçi təmin edib. Bu isə iqtisadi yavaşlamanın daha əvvəl başlamış ola biləcəyini göstərir.

ANZ həmçinin gümüş üçün proqnozunu yeniləyib. Bank 2025-ci ilin sonu üçün gümüş qiyməti hədəfini 44,7 dollar səviyyəsinə yüksəldib. Son günlər spot gümüş qiymətləri isə 14 ilin zirvəsi olan 41,67 dollara çatıb. Gümüşdəki bu yüksəliş, qızıldan qaynaqlanan investisiya tələbinin yayılma effektlərinin bir göstəricisi kimi qiymətləndirilir.