ABŞ-a viza məhdudiyyəti aradan qalxdı
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
14:48 | 10 sentyabr 2025 | Çərşənbə
Məqaləyə 303 dəfə baxılıb
Şriftin ölçüsü
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
“Geniş miqyaslı müharibəyə yol aça bilər”
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
Reyqandan Trampa – 45 ilin kabusu
Ağ Ev müxbirləri şam yeməyində silahlı insident baş verdi
Trampın alyansa qarşı hansı təsir imkanları var?
Uzaqmənzilli raketlər hələ də tam məhv edilməyib
Tramp ABŞ-ın böyük başağrısını yox etməyə yaxındır
ABŞ prezidenti bankirlə quda olur
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Tramp administrasiyası ilə mübarizəyə hazırlaşan Aleksandr Sorosun həyat yoldaşı “Müsəlman qardaşları” ilə əlaqədə günahlandırılıb
ABŞ Prezidenti Donald Trampın (Donald Trump) iqtisadiyyat siyasətinə dəstəyin azaldığı və əksəriyyətin artıq onun fəaliyyətini təsdiqləmədiyi məlum olub.
“Reuters/Ipsos” tərəfindən dünən yayımlanan sorğu göstərib ki, amerikalıların 53%-i Trampın iqtisadiyyatı idarə etmə üsulunu bəyənmir, 36%-i isə dəstəkləyir. Respondentlərin yalnız 30%-i prezidentin ABŞ ailələrinin artan həyat xərclərinə münasibətini dəstəkləyib.
Sorğu ötən 5-9 sentyabr aralığında keçirilib. Sentyabrın 5-i açıqlanan son məşğulluq hesabatı iqtisadiyyatın avqustda cəmi 22 min nəfərə iş imkanı yaratdığını göstərib ki, bu da ekspertlərin gözləntilərindən daha zəif nəticədir.
İyulda açıqlanan mənfi məşğulluq hesabatından sonra Əmək Statistikası Bürosunun rəhbəri Erika MakEntarferi (Erika McEntarfer) vəzifədən uzaqlaşdıran Tramp, avqust hesabatı yayımlanmadan əvvəl jurnalistlərə, “Rəqəmlər sabah açıqlanacaq, amma mənim danışdığım real göstəricilər – nə olursa-olsun – yalnız bir ildən sonra ortaya çıxacaq”, – demişdi.
Prezident dünən daha bir zərbə aldı. Federal rəsmilər martadək olan 12 ayda ABŞ iqtisadiyyatının əvvəl düşünüləndən 911 min daha az iş yeri yaratdığını müəyyən etdilər.
Yeni sorğuda Trampın ümumi dəstək göstəricisi 42% səviyyəsində qalıb.
Prezident miqrasiya və cinayət siyasətində iqtisadiyyata nisbətən daha yaxşı nəticə göstərsə də, amerikalıların əksəriyyətinin dəstəyini qazana bilməyib.
Sorğuda iştirak edənlərin 42%-i Trampın ölkə üzrə federal miqrant basqınları, kütləvi deportasiyalar və sənədsiz miqrantların öz istəkləri ilə ABŞ-ı tərk etmələrinə yönələn siyasətini dəstəkləyib.
Yerli rəsmilərin məlumatına görə, zorakı cinayətlərin 30 ilin ən aşağı səviyyəsində olmasına baxmayaraq, Trampın ötən ay Vaşinqton polis idarəsini nəzarətə götürüb cinayətkarlıqla mübarizə məqsədilə Milli Qvardiyanı yerləşdirməsindən sonra onun bu siyasətinə dəstəklər 43% təşkil edib.