Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
08:44 | 3 sentyabr 2025 | Çərşənbə
Məqaləyə 1245 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Rus ordusunda ciddi cəmləşmə baş verdiyini iddia edən NATO Baş katibi Mark Rutte, Ukraynanın özünü müdafiə etməsinə yardım etməyin kritik əhəmiyyət daşıdığını bildirib.
Lüksemburqda Baş nazir Lyuk Friden və Müdafiə naziri Yuriko Bakes ilə birgə mətbuat konfransında çıxış edən Rutte, “Biz bilirik ki, Rusiya bütün alyans üçün uzunmüddətli təhdid olaraq qalır. Hazırda Rus ordusunda böyük bir yığılma müşahidə olunur. Bu yalnız Moskvadakı hərbi paradda nümayiş etdirmək üçün deyil, həm də istifadə olunmaq üçündür. Onlar hazırda bunu Ukraynada tətbiq edirlər və başqa yerlərdə də istifadə edə bilərlər”, – deyib.
Rutte Ukraynanın müdafiəsinə kömək etməyin həyati vacib olduğunu vurğulayıb. O bildirib ki, NATO Ukraynanın Prioritet Tələbat Siyahısı (PURL) vasitəsilə bir neçə həftə ərzində həyati əhəmiyyət daşıyan, bəzən ölümcül silah sistemlərini də əhatə edən 2 milyard dollarlıq resursu Kiyevə çatdıra bilib.
NATO baş katibi əlavə edib ki, bu paketə sursatla yanaşı, müasir hava hücumundan müdafiə sistemləri və digər dəstək vasitələri də daxildir. O, həmçinin ABŞ Prezidenti Donald Trampın müharibəni bitirməyi ən önəmli prioritet elan etdiyini vurğulayıb.
Rutte sözlərinə davam edərək, “Fevral ayından etibarən Tramp, Putinlə çıxmaz vəziyyəti aşdı, onunla telefon danışıqları apardı və bir neçə həftə əvvəl ABŞ-ın Ukraynanın təhlükəsizlik zəmanətlərinə qoşulacağına dair söz verdi. Hazırda çox ciddi işlər görülür ki, Rusiya əldə olunacaq hər hansı sazişə riayət etsin və Ukrayna torpaqlarını bir daha heç vaxt təhdid etməsin”, – deyib.