İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
02:00 | 5 noyabr 2016 | Şənbə
Məqaləyə 1337 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Şimal dənizindəki neft hasilatçıları son 4 il üzrə rekord həddə neft ixrac etməyə hazırlaşırlar. Vaxt.az «Report»a istinadən xəbər verir ki, bu, Neft İxrac Edən Ölkələrin (OPEC) Avstriyanın paytaxtı Vyanada keçiriləcək sammiti öncəsi neft bazarı üçün mənfi xəbərdir.
Məlumatda bildirilir ki, gələn ay adı çəkilən su hövzəsindən ixracın aylıq müqayisədə 10% artaraq 2,16 mln. barelə çatması gözlənilir. Bu, baş tutsa, 2012-ci ilin may ayından bəri ən yüksək həcm olacaq və sutkalıq ixrac 360 min bareli üstələyəcək.
Belçikanın enerji bazarında araşdırmalar aparan «KBC Energy Economics» şirkətinin baş məsləhətçisi Ehsan ül-Haq bildirib ki, Şimal dənizindən neft ixracının kəskin artması neft bazarındakı təklifin izafiliyini bir qədər də artıracaq və bazarın tarazlığını daha da pozacaq: «Əgər OPEC həqiqətən də hasilatı azaldaraq neft bazarını tarazlaşdırmaq istəyirsə, o zaman daha çox azalmaya getmək məcburiyyətində qalacaq».
Dekabrda Böyük Britaniyanın «Forties» yatağından gündəlik az 25 gəminin (bu 2011-ci ildən etibarən maksimal həddir), Norveçin «Grane» yatağından isə 10 gəminin (bu isə 2010-cu ildən etibarən maksimal həddir) neftlə doldurularaq dünya bazarına yola salınması planlaşdırılıb ki, bu da Britaniyadan gündəlik orta hesabla 483 871 barel, Norveçdən isə 193 548 barel neft ixracı deməkdir.
Bu arada Norveçin «Statoil» şirkəti isə Şimal dənizində yeni «Trestakk» yatağını istismara verməyə hazırlaşdığını bildirib. «Fitch» beynəlxalq reytinq agentliyinin «BMİ Research» araşdırma departamentinin analitiklərinin fikrincə, Şimal dənizi hövzəsində xərclərin və risk amilinin aşağı olması bura investisiyaları artıracaq.