Qiymətlər sıçradı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
07:44 | 10 sentyabr 2025 | Çərşənbə
Məqaləyə 265 dəfə baxılıb
Şriftin ölçüsü
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
“Brent” 100 dollara yaxınlaşdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
İsrailin Qətərdə “HƏMAS” terror təşkilatı rəhbərliyinə hücumundan və ABŞ prezidenti Donald Trampın Avropanı Rusiyanın neft alıcılarına gömrük vergisi tətbiq etməyə çağırmasından sonra qiymətlər artıb; lakin zəif bazar mənzərəsi qazancı məhdudlaşdırıb.
“Brent” neftinin fyuçersləri 0,53% (35 sent) artaraq barel başına 66,74 dollara, ABŞ xam nefti isə 0,57% (36 sent) yüksələrək barel başına 62,99 dollara çatıb.
Qiymətlər əvvəlki ticarət günündə İsrailin Dohada “HƏMAS” rəhbərliyinə hücum etdiyini açıqlamasının ardından 0,6% artımla bağlanmışdı. Qətərin baş naziri Məhəmməd bin Əbdürrəhman Əl-Sani bu hücumun “HƏMAS” ilə İsrail arasındakı sülh danışıqlarını poza biləcəyini bildirib.
Neft qiymətlərinin reaksiyası ümumi bazar zəifliyi səbəbindən nisbətən məhdud qalıb. Hər iki göstərici hücumun dərhal ardından təxminən 2% yüksəlsə də, ABŞ-ın Dohaya belə bir hadisənin öz ərazilərində təkrar yaşanmayacağına dair təminat verməsindən sonra geri çəkilib.
“IG” bazar analitiki Toni Saykamor qeydində, “Xam neft qiymətlərinin bu xəbərə verdiyi reaksiya və ABŞ prezidenti Donald Tramp-ın Rusiya neftinə dair sanksiyaları artıra biləcəyinə dair iddialara şübhələr, xam nefti daha aşağı qiymətlər qarşısında həssas vəziyyətdə qoyur”, – yazıb.
Tramp AB-dən Çin və Hindistana 100% vergi tətbiqini istəyir
Mənbələrə görə, Tramp, Rusiya prezidenti Vladimir Putinə təzyiq göstərmək məqsədilə Avropa Birliyindən (AB) Çinə və Hindistana 100% gömrük vergisi tətbiq etməsini istəyib.
Çin və Hindistan Rusiyanın 2022-ci ildə Ukraynanı işğal etməsindən bəri ABŞ-ın sərt sanksiya təzyiqlərinə baxmayaraq, Rusiyanın neftinin ən böyük alıcıları olaraq Moskvanın büdcəsini dolduran ölkələr arasında qalmaqda davam edir.