Qızıl geri çəkilir
Qiymətli metal 4 min dollar həddinə doğru geriləyir
07:38 | 10 sentyabr 2025 | Çərşənbə
Məqaləyə 145 dəfə baxılıb
Şriftin ölçüsü
Qiymətli metal 4 min dollar həddinə doğru geriləyir
Qızıl və gümüş bazarındakı kəskin enişin səbəbi
Qızılda 12 ilin ən böyük ucuzlaşması
İnvestorların qazancdan satışı qiyməti aşağı saldı
Qlobal birjalarda narahatlıq davam edir
Makroiqtisadi narahatlıqlar, ETF çıxışları təzyiq yaradır
Birjalar çökür, məşhur şirkətlərin hissələri və kriptovalyutalar həddindən artıq ucuzlaşdı
Qiymətli metal investisiya banklarının proqnozlarından daha sürətlə bahalaşır
Analitiklər bunu müvəqqəti sayır
Qorxular qiymətli metalı gücləndirir
Nyu-York bazarları ilə London Metal Birjası arasında qiymət uçurumu yaranıb
Venesueladakı faciədə 14 nəfər həlak oldu
“Bloomberg” ən son proqnozları açıqladı
“Bloomberg” qiymətli metalla bağlı iki il üçün proqnozları açıqladı
Qiymətli metal 4.185 dollara yüksəldi
Pentaqon Rusiyanın dərinliklərini vurmaq üçün Ukraynaya köməklik edəcək
Qızıl unsiya başına 3 min 643 dollarla rekorda yaxın hərəkət edir. ABŞ-da mümkün faiz endirimləri və bu gün açıqlanacaq PPI (Producer Price Index – İstehsalçı Qiymət İndeksi), sabah isə açıqlanacaq CPI (Consumer Price Index – İstehlakçı Qiymət İndeksi) göstəricilərinin yaxından izlənilməsi qızıl qiymətlərinin yüksəlişini davam etdirməsinə səbəb olub.
Spot qızıl 3 min 643 səviyyəsində ticarət olunur. Qızıl dünən 3 min 673 dollarla tarixi zirvəsini görmüşdü.
Açıqlanacaq inflyasiya göstəriciləri də FED-in faiz siyasətinə dair yeni işarələr verəcək.
Hökumətin dünən yayımladığı məlumatlara görə, ABŞ iqtisadiyyatı mart ayına qədərki 12 ayda əvvəlki proqnozdan 911 min daha az məşğulluq təmin edib. Ötən həftə açıqlanan qeyri-kənd təsərrüfatı məşğulluq rəqəmləri də əmək bazarının zəiflədiyinə işarə edərək FED-in sentyabr iclasında faiz endirimlərinə getmə ehtimalını artırıb.
Bazar iştirakçıları arasında 25 baza bəndlik endirimin həyata keçiriləcəyi gözləntisi üstünlük təşkil edir, 50 baza bəndlik daha güclü bir addımın ehtimalı isə təxminən 6% ilə 10% arasında qiymətləndirilir.
Qızıl qiymətləri bu il 38% yüksələrək, 2024-də qeydə alınan 27%-lik artımı da geridə qoyub.