NATO zirvəsi əndişəsi
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
11:23 | 10 yanvar 2017 | Çərşənbə axşamı
Məqaləyə 2241 dəfə baxılıb
Şriftin ölçüsü
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
Ermənistandan vacib Türkiyə həmləsi
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
İş adamı Aydın Çavuşoğlunun vəziyyəti ağırdır
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
“Qalatasaray” TFF ilə bütün münasibətləri kəsdi
“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı
İtki yoxdur
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
«The Guardian» qəzetinin redaksiya məqaləsində deyilir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın tərəfdarları son günlərin terror hadisələrində də dolayısı ilə Birləşmiş Ştatları günahlandırırlar. Onlar deyirlər ki, ABŞ Suriyadakı kürd döyüşçüləri dəstəkləməklə İstanbulun gecə klubunda 39 nəfərin qətliam edilməsi kimi aktların baş verməsinə kömək etmiş olur.
Məqalədə deyilir ki, gecə klubuna basqın üçün məsuliyyəti üzərinə İslam Dövləti götürsə də, hökumət bir qayda olaraq kürd ekstremistləri ittiham edir.
Hökumət İzmirdə törədilmiş terror hücumunun arxasında «Suriya kürdlərinin PYD qüvvələri ilə müttəfiq olan PKK-nın» durduğunu bildirir.
Obama administrasiyası onun PYD ilə bütün əlaqələrini kəsməsi üçün Türkiyənin israrlı tələblərini qulaqardına vurub.
İzmir aktından sonra qəzəblənmiş daxili işlər naziri Fikri Işık ABŞ və onun müttəfiqlərinin İncirlik hərbi hava bazasından məhrum edilə biləcəkləri ilə hədələyib.
Işık bildirib ki, ABŞ PYD-ni dəstəkləməklə strateji səhvə yol verib, çünki PYD PKK-nın bir qanadıdır.
«The Guardian» yazır ki, nazirin bəyanatına Pentaqondan çevik cavab gəlib: «Biz İncirlikdən əməliyyatlarımızı davam etdiririk və... gələcəkdə də davam etdirəcəyimizə ümid edirik».
Türkiyə narahatdır ki, Suriyada, İraqda və ya elə Türkiyənin cənub-şərqində kürdlərə geniş muxtariyyət verilməsi ölkənin bütövlüyünə təhlükə yarada bilər.
Məqalədə bildirilir ki, ABŞ Suriya kürdləri ilə müttəfiqliyə Ankara ilə münasibətlərdən daha çox prioritet verib və bu, indi baxanda səhv siyasət kimi görünür.
«The Guardian» yazır ki, Ərdoğanın Vladimir Putinlə getdikcə artan əməkdaşlığı ciddi narahatlıq yaradır. Avropa, Avrasiya və Yaxın Şərq arasında Qərbin əsas müttəfiqi sayılan Türkiyə Ərdoğanın hakimiyyəti altında avtoritar, neoislamçı və antiqərb bir dövlətə çevrilib. Məqalədə deyilir ki, bu prosesin başlanğıcı, əslində Obamadan da əvvələ, 2003-cü ilə gedib çıxır. O vaxt Ərdoğan hökuməti ABŞ-ın İraq əməliyyatları üçün Türkiyədən tranzit kimi istifadəsinə imkan verməmişdi.
«Odur ki, baş üstündən qılınc kimi asılan sual budur – «Türkiyəni kim itirib?»» - yazır qəzet.
Lakin bu sualın ünvanı təkcə Obama deyil, qəzet yazır. Məqalədə deyilir ki, Rusiya hiyləgər diplomatiya, enerji sövdələşmələri və amerikalılara ortaq nifrətdən istifadə edərək Yaxın Şərqə əsas oyunçu kimi qayıdıb.
Ərdoğan Putinlə yaxınlaşdıqca, ABŞ-a və özünün ənənəvi partnyorlarına acıq verir. O insan haqları ilə bağlı heç bir tənqidi qəbul etmək niyyətində deyildir.
Belə də güman etmək olar ki, hazırkı anda Ərdoğan Atatürkdən bəri Türkiyənin ən qüdrətli lideridir, amma o, tamamilə ağlabatan terror, vətəndaş qarşıdurması, stalinsayağı repressiyalar və Suriyadan qaynaqlanan daha çox sabitsizlik xofunun təsiri ilə dərindən parçalanmış ölkəyə liderlik edir. Bəlkə də elə buna görə «Türkiyəni kim itirdi» sualına bircə sözlə cavab verilə bilər: Ərdoğan», - yazır «The Guardian».