
Neft yüksəlir
Ticarət danışıqları qara qızılı dəyərləndirir
Ticarət danışıqları qara qızılı dəyərləndirir
Qiymətlər 4 ilin minimumunda çox qalmadı
OPEC+ qərarından sonra neft proqnozları aşağı düşüb
ABŞ prezidentinə ucuz neft niyə lazımdır
Səudiyyə Ərəbistanı aşağı qiymətlərə uzun müddət davam gətirəcəyini deyir
Şirkət günəş elektrik stansiyasının əsas investorudur
Neft son 4 ildə ilk dəfə bu qədər ucuzlaşıb
ABŞ-İran danışıqları qara qızılın qiymətinə mənfi təsir edir
Neft qiymətlərinə bir neçə amil təsir göstərir
Trampın açıqlamaları qiymətləri qaldırıb
Çinin xəbərdarlığı və Yaponiyanın baş nazirinin açıqlaması qara qızıla təsir edir
Ticarət müharibəsi tələbi vurduqca neft geri çəkilir
ABŞ neft ehtiyatları artıb, amma anbarlardakı yanacaqsa azalıb
Amma dünənki maksimuma çatmayıb
Ekspertlər bu il “Brent”i 66 dollar səviyyəsində görür
OPEC qlobal neft tələbi proqnozunu yenidən nəzərdən keçirir
Dünya bazarında neft yenidən bahalaşmağa başlayıb. Qiymət artımı az olsa da, bu tendensiya maraq doğurur. Ekspertlərin neft bazarından gözləntiləri fərqlidir. «The Wall Street Journal» isə neftin bahalaşacağını proqnozlaşdırır. Bildirilir ki, neftin qiyməti bu il 60 dollar/barel həddini keçəcək.
Çoxsaylı bazar risklərinə baxmayaraq, OPEC-in təklifi azaltmasının verdiyi müsbət effekt son 5 ayda ilk dəfə neft qiymətlərinin yüksələcəyi barədə proqnozların yaranmasına səbəb olub. ABŞ-ın «The Wall Street Journal» qəzeti analitiklər arasında bununla bağlı sorğu aparıb. Sorğuya görə, analitiklər «Brent» markalı neftin 2017-ci il üçün orta qiymətlə bağlı proqnozunu dekabrdakı 55 dollar/bareldən hazırda 56 dollar/barelə yüksəldiblər.
Ekspertlər neft bazarında təklifin azalması sayəsində tarazlığın əldə olunacağını bildirirlər. Qəzetin keçirdiyi sorğuda respondentlər «Brent» markalı neftin qiymətinin il ərzində 60 dollar/bareli bir qədər keçəcəyini gözlədiklərini açıqlayıblar.
Ekspert Natiq Cəfərlinin sözlərinə görə, neftin bahalaşması iqtisadiyyatda özünü hiss etdirmir: «Son zamanlar rəsmi şəxslərdən tez-tez bir cümlə eşidirik: Dünya bazarında neftin qiymətinin 2-3 dəfə düşməsinə görə ölkə iqtisadiyyatında bəzi problemlər yaranıb. Yəni problemlərin yaranmasını sırf neft qiyməti ilə əlaqələndirirlər. Bizlər isə həmişə deyirdik ki, ucuz neft, sadəcə, "kosmetikanı" tez yudu, problemlər üzə çıxdı, iqtisadi çətinliklərin kökündə idarəetmə sistemində olan problemlər dayanır, iqtisadi çətinliklər nəticədir, səbəbi idarəetmə sistemidir. Bunun bariz sübutu: 2016-cı ilin yanvar ayına nisbətən, 2017-ci ilin yanvar ayında neftimizin ortalama aylıq qiyməti 70 faizdən çox artıb. Yəni neft 70 faiz bahalaşıb, bəs niyə bu iqtisadiyyatda, bank sektorunda, manatın məzənnəsində pozitiv yöndə hiss edilmir? Çünki səbəb-nəticə korrelyasiyası dediyim kimidir".
Ekspert Vüqar Bayramov məsələ ilə bağlı açıqlamasında bildirib ki, neftin dünya bazarında qiymətinin proqnozlaşdırılması praktiki olaraq mümkün deyil: «Nəzərə alsaq ki, dünyanın aparıcı şirkətlərindən olan bp neftin dünya bazarında qiymətini proqnozlaşdırmır. Öz hesabatında qeyd edir ki, qiyməti proqnozlaşdırmır, ancaq bir rəqəm götürür ki, gəlirini bu qiymətə uyğun hesablaya bilsin. Fərqli proqnozların olması normaldır. Qiymətə siyasi faktorlar da təsir edir. Mövcud status-kvo, eləcə də xarici faktorlar kimi siyasi faktorlar dəyişməzsə, o zaman 2017-ci il üçün neftin dünya bazarındakı qiymətinin 50-60 dollar arasında dəyişəcəyi proqnozlaşdırılır. Bu gün «Brend» markalı neftin qiymətinin 55 dollar ətrafında dəyişməsi əslində bazar tarazlığı kimi qiymətləndirilir. Son aylar bazara siyasi təzyiq yoxdur. Sadəcə psixoloji təzyiq var. O da neftin dünya bazarında qiyməti artdıqca, şist neftinin hasilatı artır. Əgər bu tarazlıq qorunub saxlanarsa, o zaman 50-60 dollar intervalı daha uyğun və real proqnoz kimi görünür. Amma neftin dünya bazarında qiyməti aşağı düşə bilər, o zaman ki, Amerikanın yeni prezidenti seçkiqabağı kampaniyada səsləndirdiyi vədlərinə əməl etsin. Ancaq OPEC anlaşmanı uzadarsa, neftin qiyməti arta bilər, 60 dollarlıq intervalı keçə bilər. Amma yaxın dövrlərdə 80-100 dollarlıq qiymətə qayıtmasını güman etmirəm».
Ekspert İlham Şabanın sözlərinə görə, OPEC və qeyri-OPEC ölkələri yanvarın yekununa görə hasilatı 1,4 milyon barel azalda biliblər: «Nəticədə dünya bazarında «Brent» markalı neftin orta qiyməti noyabrla müqayisədə 22 faiz artıb. Ötən ilin yanvarı ilə müqayisədə isə «Brent» markalı neftin orta qiyməti 81 faiz artıb. Bəs bu tendensiya Azərbaycanın neft gəlirlərinə necə təsir edib? Axı Azərbaycanda rəsmi açıqlamaya görə son ay yarımda gündəlik hasilat 41 min barel azalıb. «Caspian Barrel»in araşdırmalarına görə, yanvar ayında təkcə Azərbaycan neftinin ixracı Ceyhan terminalından 832 min barel azalsa da, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə gəlirləri 58 faiz artaraq 570 milyon dollar təşkil edib. Neftin qiymətlərindəki artımdan gələn gəlir 209 milyon dollar civarında olub».