vaxtlı-vaxtında oxuyun! Bazar, 26 may 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
AMERİKA  
16:08 | 26 yanvar 2019 | Şənbə Məqaləyə 366 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Onlara hörmət bəsləyirəm”

Nikolas Madurodan müxalifətə və ABŞ-a sülh təklifi

Şahin CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Venesuelada müxalifət lideri Xuan Quaydo prezident Nikolas Maduronun dialoq təklifini qəbul etməyib, bildirib ki, bundan sonra saxta dialoq olmayacaq. Çünki əvvəllər müxalifət bir neçə dəfə bu səhvi edib, hətta bir dəfə Maduro Roma papasından müxalifətlə onun arasında vasitəçi olmasını xahiş edib, rejimə qarşı həlledici həmləyə hazırlaşan müxalifət isə papanın çağırışına əməl edib, nəticədə Maduronun ömrü uzanıb. Quaydo deyib ki, dialoq yalnız uzurpasiyanın sona yetməsi, yəni Maduronun iqtidardan çəkilməsi mövzusunda ola bilər.

Maduro əks tərəflə yanaşı, ABŞ-a da “zeytun budağı” uzadıb, qeyd edib ki, diplomatik əlaqələrin kəsilməsi münasibətlərin dayanması demək deyil, tam əksinə, iqtisadi əlaqələr, neft sektorunda əməkdaşlıq daha da inkişaf edib çiçəklənəcək. “Amerikanı çox yaxşı tanıyıram, tarixinə, mədəniyyətinə və insanlarına böyük hörmət bəsləyirəm, Amerikaya dərindən güvənirəm”, deyə Maduro əlavə edib.

ABŞ isə Venesueladan aldığı neftin pulunu Maduroya yox, Quaydoya çatdırmaq üçün mexanizm axtarır. ABŞ Venesueladan gündəlik 500 min barel neft alır. Venesuela nefti ağır növdür və ABŞ-ın bəzi neftayırma müəssisələrinin bu növ neftə ehtiyacı var ki, onu yüngül neftlə qarışdırıb, benzin və digər yanacaq növləri hazırlasınlar. Venesuela da öz növbəsində ABŞ-dan yüngül neft alır və öz ağır nefti ilə qarışdırıb ixrac edir. Venesuelanın hasilatının 1,3 milyona düşdüyü nəzərə alınsa, ABŞ-la bu sahədə tərəfdaşlığın nə qədər önəmli olduğu anlaşılar. ABŞ gəlirlərin Quaydo hökumətinə çatdırılması mexanizmini tapa bilməsə, yəqin ki, sanksiya mexanizmini işə salaraq Venesuela ilə neft alverini dayandıracaq. “Bank England”ın Venesuelaya məxsus 1,2 milyard dollarlıq qızılı Maduroya qaytarmaqdan imtina etməsi də məhz ABŞ-ın təşəbbüsü ilə olub, Quaydo bu qərarı alqışlayıb.

ABŞ dövlət katibi Pompeo Venesuela üzrə xüsusi nümayəndə təyin edib. Bu vəzifəyə seçilən şəxsin kimliyi maraqlıdır: Elliot Abrams. Neokonların nümayəndəsi olan 71 yaşlı Abrams Reyqan dövründə dövlət katibinin müavini, ata Buş dövründə isə Ağ Evdə qlobal demokratiya strategiyası üzrə müşavir vəzifəsini tutub və Latın Amerikasını yaxşı tanıyır. Onun adı 1985-ci ildə “İran-kontras” qalmaqalına qarışıb. Belə ki, iudey Abramsın da daxil olduğu qrup 80-ci illərdə İrana İsrail vasitəsilə gizli şəkildə silah sataraq (sxemə baxın) əldə olunan vəsaiti Nikaraquada sandinist rejimə (Daniel Orteqa) qarşı silahlı mübarizə aparan kontraslara ötürürmüş. Qalmaqal məlum olduqdan sonra qrup üzvləri, o cümlədən Abrams mühakimə olunub, lakin prezident Buş tərəfindən əfv ediliblər.

İspaniya hökuməti də Venesuelada baş verənlərə münasibətini açıqlayıb. Bilirsiniz ki, Braziliya istisna olmaqla, Cənubi Amerika ölkələri, o cümlədən Venesuela ispandillidir. Madrid bəyan edib ki, əgər Maduro ən qısa müddətdə yeni prezident seçkiləri elan etməsə, onlar da Quaydonu qanuni prezident kimi tanıyacaqlar.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)