vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
REGİON  
12:07 | 24 mart 2019 | Bazar Məqaləyə 2156 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əsgərlərin üsyanı

Ermənistan ordusundakı hərc-mərcliyə qarşı hərbi hissələrdən birində etirazlar başladı

Ermənistan Müdafiə Nazirliyinin Mehri şəhərində yerləşən hərbi hissəsində əsgərlər üsyan təşkil ediblər. Erməni mətbuatı bildirir ki, üsyana səbəb əsgərlərin bir zabitin davranış qaydasından narazı qalmaları olub.

Nəticədə bir neçə əsgər əvvəlcə hərbi hissəni tərk etsə də, sonradan geri qayıdıb. İnsidentin qarşısının alınmasından sonra 20 hərbçi cəzalandırılaraq əvvəlcə Qafan hərbi polisinə təhvil verilib, oradan isə xidmət üçün Dağlıq Qarabağa göndərilib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan məsələ ilə bağlı öz “Facebook” səhifəsində açıqlama yayıb. Açıqlamada Ovannisyan zabitlərin heç bir günahının olmadığını, guya bir neçə nizamsız əsgərin xüsusi şəraitdə xidmət edib, xüsusi geyim geyinmək, digərlərindən kənarda qidalanmaq istədiyini bildirib. O, bu əsgərlərin digər hərbçiləri də öz yanlarına çəkərək, onları üsyana qaldırmaq istədiklərini vurğulayıb.

Ovannisyan üsyan qaldıran əsgərlərin sayının 600 nəfər olması ilə bağlı yayılan məlumatları da təsdiqləməyib. Mətbuat katibi insidentlə bağlı bir neçə hərbçi və zabitin cəzalandırılacağını, eləcə də bəzi zabitlərin öz vəzifələrindən çıxarılacağını bildirib.