vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 21 avqust 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Səndən uzaq düşsəm də
mən eşqin ilə yaşayıram, 
Yaralanmış qəlbim kimi
qəlbi viran Azərbaycan.»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
REGİON  
22:34 | 31 iyul 2019 | Çərşənbə Məqaləyə 373 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Qərb Türkiyəni itirməməlidir”

Böyük Britaniyalı ekspertdən çağırış

Maykl BERLİ, “The Times”

MÖVZU İLƏ ƏLAQƏLİ

Türklər, hər şeydən əvvəl, döyüşçüdürlər. Osmanlı işğalçıları 1683-cü ildə xristian Avropasının dəhşəti üzərində Vyanaya qədər gəliblər. 1915-1916-cı illərdə Türkiyə Cümhuriyyətinin qurucusu Kamal Atatürkün komandirlərdən biri olduğu türklərin, müttəfiqlərin kütləvi desant çıxarmasını dayandıraraq uğurlu əməliyyat keçirdiyi Hallipoliyə (Çanaqqala-tərc.) keçək.

İndi isə o zaman 1950-ci ildə beş min nəfərlik türk qoşunlarının dörd döyüşdə onları sayca üç dəfə üstələyən Çin qoşunları ilə vuruşduğu və qələbə çaldığı Koreya savaşına keçək.

Türkiyə 1952-ci ildə Sovet İttifaqı ilə qarşıdurmada cənub dayağı kimi, Yaxın Şərqdə müsəlman olsa da, Qərb  istehkamı kimi çıxış edərək NATO-ya girib. Bu münasibətlər indi o dərəcəyədək pisləşib ki, bəziləri Türkiyəni NATO-dan çıxdaş etməyi tələb edirlər və ardınca hökmən sual doğacaq ki, Türkiyəni kim itirib.

ABŞ heç bir itkini özünə rəva bilməz – istər 1949-cu ildəki Çin, ya da 2019-cu ildəki Türkiyə olsun.

İndiki böhran bundan törəyib ki, ABŞ Ankaraya özünün anoloji sistemini – “Patriot”u satmağa cürət etməyəndən sonra Türkiyə 2,5 milyard dollara Rusiyanın “S-400” HHM sistemini alıb. Rusiya sisteminin RLS-i Amerika qırıcılarının proqram təminatı üçün maneə yarada bilməsə də, bu təyyarələri görə bilər (eyni şey Rusiyanın “Su-57” qırıcılarına aid olsa da, bu, Moskvanı narahat etmir).

Donald Tramp Konqresin cavab tədbirləri görərək Türkiyəni NATO-dan çıxarmaq, yaxud ona qarşı sərt sanksiyalar tətbiq etmək çağırışına hələlik məhəl qoymur. Onun Türkiyənin sərt avtoritar lideri Rəcəb Tayib Ərdoğanla yaxşı münasibəti var və Rusiya komplekslərini düzməyə, təxminən, bir il lazım olacağı fikri ilə razılaşmağa hazırdır.

Amerika və Türkiyə hərbçiləri arasındakı sıx bağlar əvvəlcə prezident Ərdoğan 2003-cü ildə İraqa soxulmaq üçün ABŞ-a Türkiyədən istifadə etməyə icazə verməyəndə, Amerika qoşunları isə kürdlərin Süleymaniyyəsində əməliyyat zamanı Türkiyə xüsusi təyinatlısına hücum edəndə korlanıb. Bəlkə də, ABŞ bunu unudub da, amma Türkiyə komandanlığı hər şeyi xatırlayır.

Ərdoğan əvvəlki kimi şübhələnir ki, 2016-ci ildə ona qarşı təşkil edilən baş tutmamış çevrilişdə ABŞ-ın əli var. Rusiya kəşfiyyatı bu şübhələri qızışdırır və görünür, bu şübhələr Vaşinqtonun çevrilişin təşkilatçısı – dini xadim Fətulla Güləni verməkdən imtina etdiyinə görə möhkəmlənir. Ərdoğanın təyyarəsini izləyən və parlamentin binasını atəşə tutan F-16 qırıcılarının qıyamçı təyyarəçiləri ABŞ-ın önəmli gücünün olduğu “İncirlik” hərbi aviabazasından qalxıb.

Bu çevriliş cəhdi Ərdoğan üçün həlledici məqam olub və 150 min dövlət qulluqçusu buna görə işini itirib, 77 min nəfər isə həbsxanadadır, bunun 800-ü orada doğulmuş uşaqlardır. Hətta ola bilsin, Tramp Suriya kürdlərindən imtina etsə də, Amerika hərbçiləri Türkiyə, Rusiya və Suriyanın bu keçmiş müttəfiqləri Türkiyənin sərhədyanı bölgələrindən – Ərdoğan onları buradan qovmaq niyyəindədir – sıxışdırmamasının qayğısına qalmağı özlərinə borc bilirlər.

Ola bilsin, Qərb son dərəcə inamla hərəkət edərək güman edir ki, Türkiyədə pisləşən iqtisadi durum və Ərdoğanın elektoral populyarlığının zəifləməsi əlamətləri Türkiyəni “həqiqi yol”a döndərəcək.

Ən nəhayətdə, Qərbin bəzi neokonlarının qıraqda qalmış ehtiyat müttəfiqi – Şərqi Aralıq dənizinin qazı ilə bağlı Yunanıstan, Kipr və İsrailin daxil olduğu yeni blok var, amma qazı Avropaya göndərmək üçün onların iki min  kilometr uzunluğunda qaz kəməri hələlik yoxdur.

Ərdoğan ikiüzlü mövqe tutan və hərdəmxəyal Qərbin həmişəki yanaşması – gah NATO üzvlüyü, gah da insan haqları –  ilə sadəcə barışmalı olacaq. Ya da Avropa ilə bağlı halda olduğu kimi, Türkiyəni AB üzvlüyünə şirnikləndirməklə – bu halda ki, populistlər Boltondakı, ya da Bremendəki 80 milyon türk haqqında durmadan mırıldanacaqlar.

Amma bu, Rusiya və Çinin Türkiyə ilə nə etdiyini lazımınca dəyərləndirməməyi bildirmir. Rusiya Türkiyəni NATO-dan “dartıb aparmaq” istəyərdi, Türkiyənin 2015-ci ildə vurduğu Rusiya qırıcısını və bir il sonra Ankarada öz səfirinin öldürüldüyünü buna görə “udub”.

Bundan savayı, Türkiyə Rusiya və İranla yanaşı,da Suriya sülh prosesində əsas oyunçu olub, çünki Ərdoğanın “qəvi dostu” Bəşər Əsəd vətəndaş savaşında qələbə çalıb.

Rusiya ABŞ-ın (İsrail və Səudiyyə Ərəbistanı çıxdaş olmaqla) Yaxın Şərqə marağının zəiflədiyini və öz nüfuzunu bərpa etmək imkanını  duyur, bu zaman Suriyada qanlı əməliyyatlarda uğurla sınaqdan keçən silah satır. Misir, Qətər və Səudiyyə Ərəbistanı kimi ölkələr Türkiyə örnəyini izləyərək Rusiya silahı almağa başlasa, ABŞ onları cəzalandırmağı özünə rəva bilərmi?

Çinin də Türkiyəyə marağı bundan az deyil. Ərdoğan bu ayın başlanğıcında Pekinə səfəri zamanı öz ölkəsini Si Szinpinin “Bir qurşaq və bir yol” təşəbbüsü zəminində bərkitməyə çalışıb. O, Çini Türkiyə, Gürcüstan, Azərbaycan, Türkmənistan və Qazaxıstan üzərindən Avropa ilə bağlayası quru yolu dəhlizindən danışıb. Ərdoğan Çindən Türkiyəyə son dərəcə gərək olan yatırım axını perspektivini nəzərə alaraq açar bəyanat verib: “(Çinin) Sinszyan-Uyğur muxtar bölgəsinin xalqları Çinin inkişafı və çiçəklənməsi sayəsində xoşbəxt yaşayırlar”. Bu, ABŞ dövlət katibi, yaxud “BBC”dənsə Çində uyğur müsəlmanların ağır durumundan az narahat olmayan Türkiyə prezidentindən sadəcə qəribə jestdir. 30 min uyğurun Türkiyədə sürgündə yaşadığına baxmayaraq, Türkiyə KİV-ləri onları MKİ-nin oyuncaqları kimi qələmə verir.

Türkiyənin itirilib-itirilmədiyindən danışmaq hələ tez olsa da, bu, çoxdan var olan ittifaqda açıqca sadəcə qəliz dövr deyil. Çinin yatırım təklif edib-etməyəcəyini, Rusiyanın sadəcə ötəri və etibarsız dost olub-olmadığını ancaq zaman göstərər. Amma … bir neçə raket sisteminə görə qəzəb havasında Türkiyəni “itirməmişdən” qabaq Avropa Birliyinin də, Birləşmiş Ştatların da yaxşı-yaxşı düşünməyi gərəkdir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *