vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7008 AZN
Avro 1 EUR = 2.0342 AZN
Rusiya rublu 1 RUB = 0.0294 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3097 AZN
Türk lirəsi 1 TRY = 0.4864 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
MÜƏLLİF  
20:33 | 31 iyul 2014 | Cümə axşamı Məqaləyə 607 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Yarımçıq qalan Adil Mirseyid»

«Vitrinlər mənə əşyalardan utanmağı öyrətdi» Adil Mirseyid

Aqşin YENİSEY

MÖVZU İLƏ ƏLAQƏLİ

Düz on beş il bundan qabaq Yazıçılar Birliyində - ədəbiyyatımızın sütül gəncliyi ilə kiflənmiş qocalığının ilk görüş yerində o zamanlar bu birliyə ayaq döyməklə özünü şair-yazıçı sayan, qalstukunun ucunu, az qala, şalvarının balağı ilə eyniləşdirən, özündən böyük görəndə ayaq üstə durduğu yerdə bir də ayaq üstə durmağa hazır olan gənclərə qoşulub ədəbiyyatımızın «İf qalasına» avaralanmağa getmişdim. Pilləkənlərlə yuxarı qalxdıqca hiss edirdim ki, yaşı artıq sədrlik etdiyi birliyin yaşını ötüb-keçmiş Anar müəllimin bu pilləkənlərə hopmuş addımlarının ağırlığı bizi, sanki, xəyalən yuxarı qalxmağa qoymur, başımızdan aşağı, yalnız aşağı basırdı. Sədrin qəbul otağının qarşısındakı foyenin divarlarına, nağıl diliylə desək, doxsan doqquz şairin başının şəkli vurulmuşdu, sədrin başının üzərindən isə elə bil, uzaqlaşmaqda olan bir səs qeybdən pıçıldayırdı: «Ay bədbəxtlər, hara gəlib çıxmısınız? Başınız divardakı yüzüncü baş olmamış gedin burdan». Lakin növbəti mərtəbədə qarşımıza «pərdələri çeynəyən bir neçə inək» çıxdıqdan sonra arxayın olduq ki, bundan sonra divardakı yüzüncü şair başının yeri həmişə boş qalacaq, çünki artıq cəlladlar ölmüş, onların yerini «pərdələri çeynəyən inəklər» tutmuşdular.

Bax burda yollarımız ayrıldı: kimi öz başını boş qalan yüzüncü şair başının yerinə yapışdırmaq üçün «işıq gələn tərəfə», kimisi isə sadəcə, başını salamat saxlamaq üçün qaranlığa, «it hürən tərəfə» üz tutdu.

Yazıçılar Birliyinin qabağında fəxri qarovul kimi cərgəyə düzülmüş ağacların altında Bulqakovun məşhur romanının qəhrəmanları yaşlı Berliozu və gənc Bezdomnını xatırladan iki adam peyda oldu; biz aramızdakı yaş fərqinə və heç vaxt bir-birimizin üzünü görməməyimizə baxmayaraq, min ilin əldən düşmüş tanışları sayaq ötəri vərdişlə salamlaşdıq. Mən, Səlim Babullaoğlu və Adil Mirseyid: ünvansız bir gəzinti başladı. Şəhərə çiskinli yağış yağsa da, adamlar yuvalarına yad həşərat soxulmuş qarışqalar kimi qaynaşırdılar, səkilərdə yan-yana yox, dal-qabaq yeriyirdik və Səlim yol boyu daha yaxından tanış olmağımız üçün hərəmizdən yadında qalan şeirlər söyləyirdi. Adil Mirseyid Bakının dəniz, külək və günəş sarıdan bəxti gətirməsinə baxmayaraq, bu şəhərin poetik ruhunun qısırlığından danışır və bu barədə bizim də fikirlərimizi bilmək üçün tez-tez suallar verirdi. O vaxt yaşca bu üçlüyün balacası olduğum üçün susmağa, fürsət düşdükcə onların danışığından bəzi fikirləri çırpışdırıb «poetik çinədanıma» yığmağa üstünlük verirdim. İndi isə Adil Mirseyidi, bəlkə də, ömrü boyu düşündürən Bakının poeziyadan məhrumluğu sualına bir-iki cümlə ilə öz mülahizəmi söyləyə bilərəm. Deyirlər yerin də qulağı var, bəlkə, torpağın altında eşidəcək.

Yaradıcılıq insanın ruhani narahatlığının, sarsıntısının nəticəsidir. Yaradıcı adam təhlükənin, yəni xoşbəxtliyin və bədbəxtliyin haradan gələcəyini hiss edən və daim bu naməlum narahatlığın həyəcanını yaşayan vəhşi  həssaslığına malikdir. Bu həyəcan onda mənəvi qorxu və ümidsizlik yaradır. Bizə həzz verən başqasının əzablarıdır. Bakı insanında isə bu ümidsizlik ruhani deyil, daha çox cismani xarakterlidir.  O, günəmuzd qorxuya və ümidsizliyə qapılır ona görə ki, birdən sabah işdən çıxarsalar, külfəti necə dolanacaq, uşağı əsgər göndərsə, sağ gedib, salamat qayıdacaqmı? Və s. Bu adam üçün yaradıcı adamın izaholunmaz həyəcanı, aclıqdan, evsiz qalmaqdan qorxmaması, öz evini deyil, bütün dünyanı düşünməsi, oğlunu yox, vətəni qoruması tamamilə axmaqlıqdır. O, ailədə ona görə bədbəxt olur ki, sevgi romantikasından uzaqdır, müharibədə ona görə uduzur ki, müharibənin romantikasından xəbəri yoxdur, onun üçün dəniz balıqdan və neftdən, meşə odundan, dağlar isə daş karxanalarından ibarətdir. O oxuduqca, yazdıqca ona görə savadsızlaşır ki, oxuduqlarına, yazdıqlarına özü də inanmır. O, özünü yox, dünyanı fani bilir. O, ağzındakı tikəni də öz əbədiliyi naminə çeynəyir.

Sonralar, hamını bir damın altına yığan şəhər bizi pərən-pərən saldı və mən Adil Mirseyidlə onun çap olunmuş şeirlərində görüşürdüm. Xəyalımda həmişə onun danışdıqca balacalaşan, büzüşən, büzüşdükcə üşüyən görkəmini yazdığı şeirlərlə tutuşdururdum. Mənə elə gəlirdi ki, bu şeirlər altıaylıq doğulmuş uşaq kimi alayarımçıqdır. Lakin bu alayarımçıqlıq istedad böhranı nəticəsində yaranan «qocafəndi şikəstlik» deyil. Bu sirr mənə onun millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə təşkil olunan sərgisində açıldı. Ölüm ayağında olan rəssam Adil Mirseyid öz tablolarında da şair Adil Mirseyidin şeirlərindəki bitkin yarımçıqlıq ideyasına sadiq qalmışdı. Sanki bu şəkillər onların davamını çəkəcək yeni bir rəssamın gəlişini gözləyirdi.

Adil Mirseyid nəyi vardısa, hamısını özündən sonrakılar üçün yarımçıq saxladı - şeirlərini də... rəsmlərini də... ömrünü də... (1937.az)


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)