vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
BAZARLIQ  
15:26 | 16 yanvar 2017 | Bazar ertəsi Məqaləyə 11912 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Palma yağı ziyanlıdır

Azərbaycanda bu yağın hansı məhsula vurulduğu niyə açıqlanmır?

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Naziri Faruk Çelik, yazılı açıqlamasında, müxtəlif mətbuat orqanlarında palma yağının insan sağlamlığı üzərində mənfi təsirləri olduğuna dair informasiyaların yer aldığını xatırladaraq, bu xəbərlərlə bağlı ictimaiyyəti düzgün məlumatlandırmaq məqsədilə açıqlama etməyə ehtiyac duyduqlarını bildirib.

«Marja» xəbər verir ki, Türkiyədə palma yağına dair qanunvericiliyin «Türk Ərzaq Kodeksi» ilə müəyyən olunduğunu qeyd edən Faruk Çelik, «Kodeks milli və beynəlxalq elmi araşdırmalar və faktlar əsasında hazırlanıb. Sözügedən kodeksdə palma yağının tərkibində olması lazım olan fiziki və kimyəvi xüsusiyyətlər yer alır. Nazirliyimiz bu məsələdə hər cür nəzarəti aparır. Palma yağı bütün dünyada qida sənayesində geniş şəkildə istifadə edilir» – ifadələrini istifadə edib.


«Lazımi inzibati tədbirlər görüləcək»


«Bəzi məhsullar ilə bağlı mətbuatda yer alan xəbərlərdən sonra Türkiyədə palma yağı istifadə edilən məhsullar mövzusunda elmi araşdırma aparılmasını tapşırdığını deyən Çelik, bunları qeyd edib: «Araşdırmanın nəticələri ictimaiyyətə açıqlanacaq və elmi faktlar işığında lazımi inzibati tədbirlər görüləcəkdir. Ərzaq məsələsində istehlakçı sağlamlığını ən yüksək səviyyədə qorumaq əsas məqsədlərimiz sırasındadır. Bu məsələdə hər cür narahatlıq və həssaslıqları nəzərə alaraq üzərimizə düşən vəzifələri qüsursuz yerinə yetirməyə davam edəcəyik». 


«Nutella» rəflərdən yığışdırıldı


Palma yağı ilə bağlı aparılan araşdırma nəticəsində 2016-ci ildə Avropa Ərzaq Standartları agentliyi (EFA), 200 dərəcədən yüksək temperaturda qızdırılan palma yağının digər bitki mənşəli yağlardan daha təhlükəli olduğunu açıqlayıb.

Dünya Səhiyyə Təşkilatı daxil bir çox səhiyyə təşkilatları riskə diqqət çəkmiş, lakin ərzaqlarda işlədilməsinə bir məhdudiyyət tətbiq edilməyib. Hazırlanan məruzədən sonra İtaliyada ictimai təzyiq artıb və «Coop» supermarketlər şəbəkəsi və unlu məmulatlar istehsalçısı «Barilla» məhsullarından palma yağını çıxarıb.

«Ferrero» şirkəti isə dadının dəyişəcəyi və bu səbəblə də dünyaca məşhur «Nutella» adlı şokolad-fındıq yağı məhsulunda palma yağını istifadə etməyə davam edir, amma İtaliyadakı satışlarının son 12 ayda 3 faiz aşağı düşməsindən sonra palma yağını müdafiə edən reklam kampaniyaları aparır.


Təzyiqlərin ardından rəflərdən yığışdırıldı


«Nutella» «Ferrero» şirkətinin ən mühüm məhsuludur. Şirkətin illik 10 milyard Avroya çatan satışlarının beşdə biri «Nutella»dan gəlir. Ancaq artan ictimai təzyiq qarşısında bu dəfə də marketlər palma yağı istifadə edilən «Nutella»ları rəflərdən götürüblər. Hesabatdan sonra istehsalçı «Ferrero» şirkəti bir televiziya reklamı yayımlayıb.

Reklamda palma yağının təhlükə yaratmayacaq şəkildə istifadə edildiyinə və bu yağ olmadan eyni yayılmanın əldə edilməyəcəyi qeyd edilib.


Azərbaycan da tonlarla palma yağı alır


«Marja» 05 Oktyabr 2015 –ci il tarixində yaydığı məlumatda qeyd etmişdi ki, Azərbaycanda da palma yağından geniş istifadə olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəmizə 2014-cü ildə 28,5 milyon dollar dəyərində 47,6 min ton palma yağı idxal olunub. 2015-ci ilin yanvar-iyun aylarında isə ümumi dəyəri 16,4 milyon ABŞ dolları olan 27,3 min ton xam palma yağı idxal olunub. Palma yağının böyük bir hissəsi İndoneziyadan, cüzi bir hissəsi də Malayziyadan alınır.

Gətirilən palma yağının hansı məhsulun istehsalında istifadə edilməsi açıqlanmır.

Əlbəttə, bu qədər palma yağının idxal olunması şübhə doğurur. Böyük ehtimalla, xaricdən alınan palma yağından süd, pendir, xama, marqarin, dondurma və şokolad məhsullarının istehsalında geniş istifadə edilir. Palma yağı qidaların rəf ömrünü (istifadə müddətini) artırır.


Diqqətli olun!


Palma yağının xərçəng xəstəliyi əmələ gətirə biləcəyini deyən həkimlər, bu yağı ehtiva edən qidalardan uzaq durmağın lazım olduğunu məsləhət görürlər. Dünyada bu yağın istifadəsi qadağan edilməyib, ancaq aparılan təzyiqlər ilə, Avropa Birliyi, palma yağı olan qidaların etiketində bu barədə açıq yazılması barədə bir qanun çıxardıb. Bundan əvvəl, qidaların etiketində yalnız «bitki yağı» yazırdılar. Unudulmamalıdır ki, bir məhsulun tərkibini göstərən etiketi üzərində «bitki yağı» ifadəsi varsa, böyük ehtimalla həmin yağ palma yağıdır. Bir çox hallarda isə, məhsulların etiketində Palma Yağı, Palmitic Asit, Palmeate, Palm şəkilində məlumat verilir.

Palma yağı, uzunömürlü və xüsusilə də ucuz yağ olduğu üçün istifadə edilir, amma keyfiyyətsiz və doymuş yağ ehtiva etdiyi üçün ürək xəstəlikləri və köklük ilə də əlaqələndirilir. Həmçinin istehsalı üçün geniş sahəyə ehtiyac var, bunun üçün də, iqlimi əlverişli olan Cənub-Şərqi Asiyadakı meşələr talan edilir. Oranqutanlar, meymunlar, fillər, kərgədanlar və daha çox heyvan və bitkinin nəsli tükənir. İçimizə çəkdiyimiz oksigenin mühüm mənbəyi məhv edilir.


Ən çox istehlak edilən bitki yağıdır


İddialara baxmayaraq, palma yağı hazırda dünyanın ən çox istehlak edilən bitki yağıdır. İldə dünyada 50 milyon ton civarında palma yağı istifadə edilir. Dünyada palma yağı, əsasən marqarin və şokolad istehsalında istifadə olunur. Bu gün palma yağından böyük miqdarda bioloji yanacaq istehsalında da istifadə olunur.