«Diplom almağı çətinləşdirmək lazımdır»
Ali məktəblərə imtahansız qəbul mümkün olmayacaq
Mirmahmud KAZIMOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Yeni əxlaq bu qədər huşsuz ola bilməz
Pis niyyətə düşənlərin sonu bəllidir
-
Kimlər vergidən azad olunacaq?
Yeni güzəştləri tətbiq ediləcək
-
Yaşıl dəhliz niyə işləmir?
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
-
Pensiyalar nə qədər artacaq?
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
-
Büdcə müzakirələri ...
Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
-
Son 5 ildə 36 pillə geriləmə ...
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
-
Büdcə icrasının müzakirələri
Fiskal siyasətdə hər manatın iqtisadiyyata təsiri
-
Ali təhsil 3 ilə endirilə bilər
Bütün universitetlərin yataqxanası olmalıdır
-
Bu ilin büdcəsinə dəyişiklik
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
-
MM-də yeni təyinat
25 il aparat rəhbəri işləyən Mirzəyevi 33 yaşlı gənc əvəzlədi
-
“Ölkədə savadsızlıq tüğyan edir”
11-ci sinif buraxılış imtahanlarında 25 faiz şagird 50 balı aşa bilməyib
-
MM-də islahatlar
Bir çox şöbələr birləşdirildi, bəziləri ləğv olundu
-
Yeni spiker kimdir?
Filoloq, prorektor və Amerika ədəbiyyatı üzrə mütəxəssis …
-
Siyasətin rəngi yoxdur
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
-
Ağsu aşırımında erməni radiosu...
Millət vəkili həyəcan təbili çalır
-
“Vəziyyət həqiqətən bərbaddır”
Əflatun Amaşov: “Əksər reklamlarda dövlət dilinə hörmət edilmir”
Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında «Təhsil haqqında» qanuna dəyişiklik məsələsi müzakirə olunub. Modern.az-ın xəbərinə görə, qanuna nəzərdə tutulan dəyişiklik barədə məlumat verən parlamentin Elm və təhsil komitəsinin sədri müavini Bəxtiyar Əliyev bildirib ki, qanuna üç dəyişiklik nəzərdə tutulur.
«Birinci dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, ali və orta xistisas məktəblərində hazırlıq kursları müvafiq icra hakimiyyəti tərəfindən təşkil olunacaq.
Bildiyiniz kimi ildə 70-80 min abituryent imtahan verir, ancaq onların heç də hamısı ali və orta ixtisas məktəblərinə qəbul ola bilmirlər.
Onlar müəyyən bal toplasa da, bakalavr pilləsinə qəbul ola bilmirlər. Qanuna nəzərdə tutulan dəyişikliyin də məqsədi imtahan zamanı müəyyən bal toplayan abituryentlərin təhsildən kənarda qalmamasını təmin etməkdir. Bu şəxslər hazırlıq kurslarına cəb olunacaq. Sonra müvafiq icra hakimiyyəti tərəfindən buraxılış imtahanları müəyyən ediləcək. Hazırlıq kurslarının müvəfəqiyyətlə bitirənlərin ali və orta ixtisas məktəblərinə qəbulu məsələsi müvafiq icra hakimiyyəti tərəfindən müəyyən ediləcək».
Deputat onu da əlavə edib ki, hazırlıq kurslarının ödənişli olması nəzərdə tutulur.
Müzakirələr zamanı çıxış edən deputat Fazil Mustafa dəyişikliyi təqdir edərək bildirib ki, ali məktəblərə qəbul qaydalarını asanlaşdırıb, universiteti bitirməyi çətinləşdirmək lazımdır.
«Qoy bir ali məktəbə on minlərlə adam qəbul olunsun, ancaq 10-20 nəfəri diplom ala bilsin. Bununla da pul ölkədə qalır. Bəzən elə olur ki, Azərbaycanda ali məktəbə qəbul zamanı yüksək bal toplayan gənclər xaricdəki ali məktəblərdə təhsilə üstünlük verirlər. Amma onlar da xaricdə təhsili nəzərdə tutulan müddətdə başa vurmurlar.
Ona görə də bizdə də diplom almağı çətinləşdirmək lazımdır. Tələbə bilməlidir ki, oxumaq lazımdır».
Deputat Vahid Əhmədovun hazırlıq kurslarını bitirən abituryentlərin ali məktəbə test və ya testsiz qəbul edilməyəcəyi ilə bağlı qaldırdığı məsələ isə Milli Məclis sədri Oqtay Əsədov tərəfindən etirazla qarşılanıb.
Spiker bildirib ki, bəzən bütün məsələlərdə hansısa xoşagəlməz məqamlar axtarırlar.
«İldə Azərbaycanda 70-80 min abituyent imtahan verir və onun haradasa 40 mini tələbə adını qazanır. Qalanları isə kənarda qalır. Məsələn, ötən il 40 min abituriyent tələbə adını ala bilməyib. Onalrın 20 mini xarici ölkəyə üz tututb. Hazırlıq kurslarının da təşkil olunması məhz xaricə axının qarşısını almağa xidmət edir. Burada digər məqam ondan ibarətdir ki, hazırlıq kursunu bitirən abituriyentin ali məktəbə imtahansız qəbulu nəzərdə tutulmur. Hazırlıq kursunu bitirənlər üçün də yekunda imtahan verməsi nəzərdə tutulur».
Deputat Qüdrət Həsənquliyev də qanuna nəzərdə tutula dəyişikliyi təqdir edərək bildirib ki, bununla da külli miqdarda valyuta ölkədə qalcaq.
«Bu gün Azərbaycanda ali məktəbə qəbul olmayanlar xarici ölkələrə üz tutur. Hansı ki, həmin ölkələrdəki ali məktəblər də elə də reytinqli ali məktəblər deyil. Ora üz tutuanların valideynləri də sonradan onlara maddi dəstək vermək üçün ciddi problemlərlə üzləşirlər. Ona görə də qanuna dəyişikliyi təqdir edirəm». Deputat sonda onu da bildirib ki, Azərbaycanda region ölkələri arasında tələbə sayına görə sonuncu yerdədir və bu say artırılmalıdır.
Qanun layihəsi sonda səsə qoyularaq qəbul edilib.