vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
ELM-TƏHSİL, DİN  
13:59 | 16 yanvar 2014 | Cümə axşamı Məqaləyə 1535 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Alimlər narazıdır

AMEA-da yeni qayda tətbiq olundu; işçilər niyə intizamlı olmaq istəmir?

Elmin NURİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) işə davamiyyəti artırmaq və işçilərin işdən yayınma hallarını qarşını almaq məqsədilə kart sisteminə («turniket») keçilib. Bu barədə Modern.az saytına AMEA-dan məlumat verilib. AMEA institutlarının girişində qoyulan «turniket»lər iş intizamını və keyfiyyətini artırmaq üçün nəzərdə tuulub. Lakin ötən ilin noyabrın 19-dan start verilən yenilik - kart sisteminə keçiddən AMEA strukturunda çalışan elmi işçilərin narazılığına səbəb olub.

Alimlər bildirirlər ki, «turniket»ə keçiləndən sonra hər gün 2-3 dəfə AMEA institutlarında çalışanların yerində olub-olmadığını yoxlayırlar. 
Əvvəllər elmi işçilərə həftəninin çərşənbə və cümə axşamları «yaradıcılıq günü» kimi verilirdi sə, kart sistemindən sonra bu da aradan qaldırılıb. Yəni, yaradıcılıq günlərində  kadrlar işə gəlməksə sərbəst idilər, kitabxanaya gedir, elmi yaradıcılqla məşğul olurdular. Bu ənənənin aradan qaldırılması da narazılığa səbəb olub. 
Bundan əlavə, AMEA-dan Modern.az-a bildirlib ki, «turniket»ə keçiləndən sonra qaydalara əsasən, işə az gələnlərin maaşlarından müəyyən məbləğ tutulur. Aşağı maaş alan və bu səbəbdən 2-3 yerdə işləməyə məcbur olan Akademiya işçiləri arasında yeni qaydaların ciddi narazılıq doğurduğu vurğulanır. Çünki az maaşla yüksək intizam tələb olunan yerdə işçilərin axşama qədər akademiyada qalması onlara sərf etmir. Məsələn, fəlsəfə doktoru olan böyük elmi işçi ayda 254 manat, elmi dərəcəi omayanlar 150-170 manat məvacib alırlar.
Bu səbəbdən də elə əməkdaşlar olub ki, «turniket sistemi»nin tətbiqindən sonra kartlarını iş yoldaşlarına veriblər ki, onların işə gəldiyini bildirmək üçün kartı sistemdə qeydiyata aldırsın. Yəni, bir nəfər bir neçə işçinin kartını «turniket»ə vurub. Məsələnin üstü açılandan sonra həmin şəxslər barəsində ciddi ölçülər götürülüb. 
Hazırda AMEA-da işə davamiyyətlət bağlı nəzarət gücləndirilib. İnstitutların girişində xüsusi xəbərdarlıq elanları da vurulub.