vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
SAĞLAMLIQ  
02:04 | 24 yanvar 2014 | Cümə Məqaləyə 2850 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ana südü uşaqları ağıllı edirmiş

7 yaşlı uşaqlar İQ testindən keçirilib

MÖVZU İLƏ ƏLAQƏLİ

Ana südü ilə qidalanan uşaqlarla bağlı maraqlı araşdırma aparılıb. «Milliyet» qəzetinin xəbərinə görə, bu məqsədlə 1300 qadın və uşağın illər boyu davranış və inkişaf sxemi araşdırılıb. Uşaqlar 3 yaşına çatanda onlara dil testi keçirilib. Araşdırmaçılar müəyyənləşdirib ki, körpə ikən 6 ay boyunca əmizdirilən uşaqlar heç əmizdirilməyənlərdən 3 bal daha yüksək nəticə göstərib.

7 yaşına çatanda uşaqlar İQ testindən də keçiriliblər. 1 il boyunca əmizdirilən uşaqlar əmizdirilməyənlərlə müqayisədə 4 bal daha yüksək göstərici əldə edib. Araşdırmaçılar bildirib ki, əgər körpələrdən biri digərindən 1 ay daha artıq ana südü ilə qidalanıbsa, bu, onun zəka göstəricilərinə 1/3 bal təsir edir.