Şadlıq evlərinə «sürpriz»
Müəllif Hüquqları Agentliyi: «Müəllif qonorarını müğənnilər yox, məhz şadlıq sarayının, restoranın hüquqi sahibi ödəməlidir»
Xalidə GƏRAY
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Bethoven və Meray Keri istedadı
Ritorik mahnılar beynin gizli qabiliyyətlərini ortaya qoyur
-
Yaşlıların musiqi yaddaşı gənclərinki qədər güclüdür
Yaddaş problemindən əziyyət çəkənlər üçün yeni müalicə üsulları hazırlana bilər
-
“Gözəllik baxanın gözündədir”
Niyə bəzi müğənnilərin səsini daha çox bəyənirik?
-
Təzə sıxılmış “Yuppi”
...Yaxud salfet istəyəndə qanı qaralan ofisiant
-
75 yaş hesabat rəqəmidir
Yaxud sənət həm də zəhmət istəyir...
-
Dünyanı kimlər dəyişib?
Dəli dahilər, yoxsa dahi dəlilər?
-
... Musiqinin gücü
Tərk edilməsi mümkünsüz görünən hotel və ...
-
Bakıda yeni hotel və restoran açıldı
Teatrda qalanlara “Tavadan” pulsuz səhər yeməyi verəcək
-
Ofisiantları aşpazlardan hörmətli edən adət…
Bəxşiş vermək adəti haradan yaranıb və biz bunu niyə veririk?
-
«Heykəl tənhalığı»
Salam Sarvanın yeni kitabı işıq üzü gördü
-
Yaxşı şeir niyə valeh edir?
Ən güclü şeirlər canlı təsəvvür oyadanlardır
-
«Ən azı əlli il geri qalmışıq!»
Sovet musiqisi və musiqili işgəncələr
-
Toyxana sahiblərinə «toy tutacaqlar»...
Azərbaycanda repertuardan yayınan və müəllif qonorar ödənməyən musiqi və şeirə görə 50 min manat cərimə və icbari cəza
-
«Üzeyir bəy çalışırdı onu bütün xalq sevsin»
«O, uzun müddət Azərbaycan üçün işıq saçan fikir insanı olacaq»
-
Qavaldaşdan süzülüb gələn musiqi
Şərqin ilk müsəlman bəstəkarı - Üzeyir Hacıbəyli
-
50 yaşlı şair dostum
Varlığı ilə həyat yolumuza zənginlik gətirən bir İnsan - Elçin Mirzəbəyli
Nazirlər Kabinetinin qərarı ilə «Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı»nda edilmiş dəyişikliklər ictimaiyyətdə bəzi suallar doğurub. Məsələyə aydınlıq gətirmək üçün Müəllif Hüquqları Agentliyindən açıqlama verilib.
Qurumdan bildirilib: «Şadlıq evlərində, restoran və kafelərdə musiqili əsərlərin istifadəsinə görə müəlliflərə qonorar ödənilməsini nəzərdə tutan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli qərarına dəyişikliklər edilməsi barədə 20 oktyabr 2017-ci il tarixli, 466 nömrəli Qərarın tətbiqi bir yenilik deyil. Bu qanun 20 ildir mövcuddur, sadəcə olaraq »Müəllif və əlaqəli hüquqlar haqqında« Qanunun həyata keçirilməsini nəzərdə tutan bu akt 20 il keçdikdən sonra müasirləşdirilib.
Dünya praktikasına nəzər saldıqda görürük ki, əqli mülkiyyət və maddi mülkiyyət sahiblərinin qarşılıqlı münasibətlərini tənzimləyən qanunlar uğurla tətbiq olunur. Yəni hər kəsə bəllidir ki, şadlıq saraylarında, restoranlarda ifa olunan keyfiyyətli musiqi marketinq komponentinin vacib tərkib hissəsidir. Başqa sözlə desək, şadlıq saraylarında və restoranlarda səslənən əsərlər daha çox müştəri cəlb etməklə, məhz maddi mülkiyyət sahiblərinin qazancını artıran bir amildir. Bu bir növ sahibkarın əldə etdiyi qazancın çox cüzi bir hissəsinin istifadə olunan əsər müəllifləri ilə bölüşməsi anlamına da gəlir».
Qeyd olunub ki, müəllif qonorarı ilə bağlı məbləğ cüzidir:
«Qərara əsasən əsərlərin istifadəsinə görə restoranlarda, kafelərdə, barlarda və digər ictimai yerlərdə həmin obyektlərin sahibləri (mülkiyyətçiləri) tərəfindən bir hesabat ayı üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 60 manat, digər şəhər və rayonlar üzrə 50 manat həcmində müəllif qonorarı odənilməlidir. Toy mərasimləri keçirən obyektlərə gəlincə hər tədbir üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 25 manat, digər şəhər və rayonlar üzrə 20 manat qonorar ödənilməlidir».
Qurumdan həmçinin bildirilib ki, qonorarı müəlliflərə müğənnilər yox, məhz şadlıq sarayının, restoranın hüquqi sahibi ödəməlidir: «Sözügedən qonorar ödənişinin müğənnilərə heç bir aidiyyətı yoxdu, qonorarı müəlliflərə əsərləri kommersiya məqsədi ilə istifadə edən şadlıq sarayı və restoran sahibləri ödəməlidir və bu çox ədalətli bir prinsipdir».
Qurum qonorarların ödəmə qaydasına da aydınlıq gətirib: «Bu mexanizm çox sadədir və dünya praktikasına istinadən yeni deyil. Restoran və ya şadlıq sarayının sahibləri tədbir bitdikdən sonra ifa edilmiş əsərlərin siyahısını qonorar yığımını həyata keçirən yerli ictimai təşkilata göndərir. Həmçinin qonorar məbləği də eyni təşkilatın hesabına köçürülür. Qonorar yığımını həyata keçirən həmin ictimai təşkilat təqdim edilmiş siyahıya uyğun olaraq qonorarları müəlliflər arasında bölüşdürür. Bir vacib məsələdə ondan ibarətdir ki, qonorar ödənildiyi halda söhbət milli və xarici əsərlər arasındakı ayrı seçkilikdən getmir. Qaydalar bütün əsərlərə aiddir, çünki qonorar yığan ictimai təşkilat adətənMüəlliflər və Bəstəkarlar Cəmiyyətlərinin Beynəlxalq (CISAC) qurumun üzvüdür və qayda bütün üzvlərə şamil edilir».
O da vurğulanıb ki, xalq mahnılarına görə qonorar nəzərdə tutulmayıb.