Azay Quliyevdən «nokaut»
ATƏT PA-nın iclasında Ermənistan nümayəndə heyətinin təxribatı fiaskoya uğradı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ATƏT dağılır?!
“Minsk Qrupu artıq işləmir”
-
ATƏT də Ermənistana missiya göndərir?
Ermənistana dəstək verən bu dövlətlər Paşinyanı danışıqlarda arxayınlaşdırır
-
Minsk Qrupu dirilmədi
ABŞ-ın taktiki dəyişikliyinin iki mümkün hədəfi var
-
Minsk Qrupu tarix oldu
Dünənə qədər eyni havanı çalan üçlü indi ayrı ayrılıqda Qarabağ üzərindən oyun quracaqlar
-
Qərb münaqişəni bitmiş hesab edir
Lavrov: “ABŞ və Fransalı həmsədrlər ATƏT-in Minsk Qrupunu ləğv etdilər”
-
Bakı cığallığı sevmir
“Gəncə keçidi” geopolitik güclərin enerji arzularını aparan logistik layihələrin mərkəzində durur
-
Vaşinqton görüşü nə ilə nəticələndi?
19 il aradan sonra ...
-
Qarabağda müharibə riski
“Azərbaycan həmin obyektlərin ətrafını vursa…”
-
Qarabağın havasında barıt qoxusu artır
Ermənistanın son təxribatları sülh əvəzinə müharibəni yaxınlaşdırır
-
Vyana görüşündən hansı nəticə çıxdı?
Bakının “Hamının hamıya” prinsipi, İrəvanın isə prinsipsizliyi
-
Həmsədrlər “Yox” dedi
... Həm İrəvana, həm də Bakıya
-
Kaspşikdən çoxdan qurtulmaz lazım idi
Dağlıq Qarabağ münaqişəsinin həlli onu maraqlandırmır
-
“Lavrov planı Bakıda da, İrəvanda da rədd edilib”
Səfir Riçard Hoqland nikbinlik yaratsa da, o, ciddi irəliləyişləri gözləməyi məsləhət görməyib
-
Amerikalı diplomatdan 4 bəndlik Qarabağ mesaji...
İndiki həmsədrlər də Riçard Hoqland kimi oxşar açıqlama verəcəklər
-
“Ancaq karlar və korlar görməyə bilər”
Qarabağ məsələsində “bəzi pozitiv dəyişikliklər” nədir?
-
“İrəliləyiş üçün əsas yoxdur”
Sabiq xarici işlər nazirindən ATƏT sədrinin çıxışına reaksiya
Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) 12-ci qış sessiyasının ikinci günü də ciddi müzakirələrlə keçmişdir. Bu barədə Rəsmi Dövlət Teleqraf Agentliyi - AzərTAc məlumat yayıb.
Məlumatda bildirilir ki, Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev daimi komitənin iclasında çıxış edərək bildirmişdir ki, ATƏT-in müəyyən etdiyi səkkiz prioritet sahələrdən bir neçəsi - ATƏT məkanında münaqişələrin həlli, ATƏT institutlarının səmərəliliyinin artırılması, qəbul olunmuş sənədlərin icra mexanizminin təkmilləşdirilməsi və ATƏT-in digər beynəlxalq təşkilatlar ilə əməkdaşlığının gücləndirilməsi Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir və onların yaxın illərdə Assambleyanın gündəliyinə salınması təklif olunmuşdur.
Assambleyanın yay sessiyasının Bakıda keçirilməsi ilə bağlı məsələ müzakirə olunan zaman Azərbaycan nümayəndələri ölkəmizin bu tədbirə tam hazır olduğunu, lazımi şəraitin yaradıldığını, sessiya iştirakçılarına tədbirlə bağlı bütün müvafiq məlumat və materialların təqdim edildiyini diqqətə çatdırmışlar.
Ermənistan nümayəndə heyətinin rəhbəri Artaşes Qiqanyan daimi komitənin iclasında adəti üzrə Azərbaycana qarşı böhtan dolu çıxışlar silsiləsindən növbətisini etmişdir. O, belə bir tədbirin Bakıda keçirilməsinin qeyri-düzgün qərar olduğunu, erməni deputatların Bakıya səfər etməkdən çəkindiklərini söyləmişdir.
Azay Quliyev erməni deputata cavab olaraq bildirmişdir ki, o, Azərbaycanla bağlı qarayaxma kampaniyası aparır. A.Qiqanyan son illərdə Azərbaycan və Türkiyə ilə bağlı yalnız yalanlar söyləməklə özünün təbliğatını qurmağa çalışır. Azərbaycana səfər edənlər ölkənin kifayət qədər tolerant olduğunu bilirlər. Hətta erməni əsilli vətəndaşlar da Azərbaycanda təhlükəsiz şəraitdə yaşayırlar. 2012-ci ildə Avronest Parlament Assambleyasının illik sessiyası Bakıda keçirilmişdir və həmin tədbirdə Ermənistandan səkkiz deputat iştirak etmişdir. Azərbaycan həmin deputatların təhlükəsizliyi üçün tam təminat vermişdir və onların Azərbaycandan gedərkən heç bir narazılıqları olmamışdır. Azərbaycan bu dəfə də erməni deputatların təhlükəsizliyinə tam təminat verir və onların araqarışdıran çıxışlarına baxmayaraq, yay sessiyasında Bakıda bütün iştirakçılar üçün yüksək səviyyədə şərait yaradılacaqdır.
Sonra ATƏT PA-nın prezidenti Ranko Krivokapiç Azərbaycan nümayəndə heyətinin tədbirə hazırlığını yüksək qiymətləndirdiyini, yay sessiyasının Bakıda uğurla keçiriləcəyinə əmin olduğunu söyləmişdir. Digər çıxışçılar da Azərbaycanın mövqeyini dəstəkləmiş, Bakıdakı illik yay sessiyasında iştirak edəcəklərini bildirmişlər.
Sonra «Ukraynada cari vəziyyət», «Ekstremizm, radikalizm və ksenofobiyanın güclənməsi: ATƏT məkanı üçün təhdidlər» mövzularında xüsusi müzakirələr keçirilmiş və qış sessiyasının işinə yekun vurulmuşdur.