vaxtlı-vaxtında oxuyun! Şənbə, 30 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
REGİON  
10:49 | 18 avqust 2018 | Şənbə Məqaləyə 2321 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Paşinyanın mesajı

17 avqust mitinqində kimlərə nə çatdırıldı?

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanın baş naziri Nikol Paşiyan avqustun 17-də İrəvanda mitinq keçirdi. Mitinq Paşinyanın hakimiyyətdə olduğu 100 günə həsr olunmuşdu.

Ermənistanın baş naziri Nikol Paşinyan 17 avqust mitinqi ilə həm müxalifətə, həm də ondan narazı olan Moskvaya gücünü göstərdi. Mitinqə on minlərlə insan qatılmışdı. Ancaq mitinq resursu Paşinyanın gücünu heç də artırmır. Paşinyanın mövqeyinin güclənməsinə 3 amil mane olur.

Birinci amil onun parlamentdəki mövqeyinin zəifliyidir. O güclə baş nazir mandatı alıb. Hansısa partiyanın ona qarşı səsvermə prosesduruna başlamasını təklif etməsi yetərlidir ki, Paşinyan baş nazir kreslousunu itirsin. Məsələn Respublika Partiyası və Daşnaksütun Partiyası 105 yerlik parlamentdə 57 səsə malikdir. Bu iki partiya qeyri-rəsmi eks-prezident Robert Köçəryanı dəstəkləyir.

İkinci amil Paşinyana qarşı olan müxalifətin kifayət qədər maliyyə və media resursuna malik olmasıdır. Paşinyanın hakimiyyətdə olmasına baxmayaraq administrativ resurs hələ onun xeyrinə deyil. Məsələn Robert Köçəryan həbsdən azad olunan kimi onun Daşnaksütun Partiyasının televiziyasında müsahibəsinə şərait yaradıldı. Və ya məlum oldu ki, Köçəryanı həbsdən azad edən hakim vaxtilə Prezident Administrasiyasında onun işçisi olub.

Üçüncü amil Rusiyadır. Köçəryan Paşinyanı zəif yerindən vurur. Köçəryan Paşinyanın “Rusiya Ermənistndakı yeni şərtlərə adaptasiya olunmalıdır” sözlərini kəskin tənqid edərək Rusiyaya xoş gəlsin deyə bilə bir ifadə işlədib: “Rusiya o ölkə deyil ki, Ermənistanın baş nazirinin istəyi ilə nəyəsə adaptasiya olunmalıdır”. Köçəryanın Moskvaya daha çox yaxınlığı Paşinyanın problemlərini artıracaq.

Paşinyanın hazırki reytinqi hələ ki, yüksəkdir. Ancaq onun əlində iqtisadi islahatları dərinləşdirmək üçün resursları azdır, əngəllər isə çoxdur. Ermənistanda növbədənkənar parlament seçkisi 2019-cu ilin may ayında keçiriləcək. Həmin tarixə qədər Paşinyana olan dəstək azala da bilər.

 


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)