vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
AMERİKA  
10:41 | 21 oktyabr 2018 | Bazar Məqaləyə 1354 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hansı daha yaxşıdır?

Amerika dünya məsələlərinə müdaxilə etsə, yoxsa etməsə?

Şahin CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Praktika göstərir ki, müdaxilə edəndə də söyülür, etməyəndə də. İraqa girdiyinə görə hələ də lənətlənir. İkinci müdaxilə beynəlxalq hüquq baxımından qanunsuz idi və lənətləyənlər bu baxımdan tam haqlıdır. Amma bu da var ki, Səddam kürdləri kimyəvi silahla qarışqa kimi qırırdı, şiə çoxluğu adam saymırdı, Kaşıkçı cinayətinə bənzər hadisələr Səddam Hüseyn rejimində gündəlik rutin idi. Lakin bu məqam diqqətdən kənarda qalır və hamıya elə gəlir ki, ABŞ cənnətməkan, problemsiz bir ölkəni xaraba qoydu. "Gördük İraqa necə demokratiya gətirdiyini" cümləsi az qala aforizmləşib, amma İraqda artıq seçki yolu ilə hökumətlərin dəyişməsi, iqtidar partiyasının seçkilərdə dördüncü olması, şiə çoxluğun öz haqqını alması gözardı edilir.

Kaşıkçı olayına görə şübhəsiz ki, ABŞ başda olmaqla müasir dünya hansısa şəkildə Səudiyyə rejiminə bədəl ödətməlidir. Bu, ən əvvəl onların mənəvi borcudur. Böyük ehtimalla müəyyən sanksiyalar olacaq, amma ABŞ-ın Səudiyyə ilə müttəfiqliyi kəsməsini gözləmək əbəsdir və bunun əsas səbəbi silah ticarətindən çox, geosiyasi mübarizədir. ABŞ-dan boşalacaq yeri Rusiya və Çin kimi alternativlər dərhal doldurub ABŞ-ı Orta Şərqdən atmağa hazırdır, bu perspektiv bizə heç də indikindən daha gözəl və daha insani dünya vəd etmir. Tam əksinə, Səudiyyə rejiminin "insan haqları", "demokratiya" kəlmələri heç lüğətində olmayan bu dövlətlərə güvənib daha da vəhşiləşməsi ehtimalı yüksəkdir. Guya Səudiyyə Ərəbistanı kimi müştərilər olmasa və müharibələr baş verməsə, ABŞ silah sənayesi çökər fikri də şişirtmədir. ABŞ silah sənayesinin ən böyük sifarişçisi ABŞ dövlətinin özüdür. Xarici satışlardan ildə maksimum 40-50 milyard dollar gəlir əldə edilir, bu, təbii ki, önəmlidir, amma ABŞ-ın nəhəng hərbi sənayesini ayaqda saxlaya biləcək miqdar deyil.

Çin bu gün 1 milyondan çox günahsız uyğuru konslagerlərə doldurub, uyğurlar öz şəhərlərində pasport yoxlanışından keçərək hərəkət edir, bütün uyğur əhali 24 saat videomüşahidə altındadır. Uyğur fəallar heç də Kaşıkçıdan daha az zülmə məruz qalmır, amma bunlardan yazan yoxdur. Rusiyanı isə hamımız tanıyırıq. Razıyam ki, ABŞ-ın beynəlxalq siyasətində çoxlu naqisliklər var, amma bu, onun Çin və Rusiya ilə müqayisədə daha proqressiv dövlət olması gerçəyini dəyişmir.

Dünyaya kimsə liderlik edəcəksə, qoy elə ABŞ, Qərb etsin, çünki alternativləri daha bərbaddır. (Heç kim liderlik, ağalıq etməsə, daha yaxşı olardı, amma belə bir dünya yoxdur və yəqin ki, olmayacaq da...)

 


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)