Paşinyanın taktikası
Ermənistanda ilhaqa zəmin yaratma çabası
Şahin CƏFƏRLİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Ölkə sazişlə qorunmur
Ukraynaya təhlükəsizlik təminatı verə bilməyən Qərb Ermənistana vəd verir
-
Pis deyil, Pive ilə gedər...
... Yaxud “Nansy” arasında bağlılıq
-
“Ermənistan mövcud olmayacaq”
“Qoruyucu mələklər”i bədxah qonşularımızdan üz çevirməyə başlayır
-
Avropa Ermənistanı tək buraxır
Sülhməramlılar isə Moskvadan göstəriş gözləyir
-
Köpək siyasəti...
Rusiya ilə separatçılar sinxron hərəkət edir
-
Allahsızlığın iki növü...
Cəllad Miloşeviç cəzasını verənlər Xameneyiyə göz yumur ...
-
İranın Ermənistan planı
Tehran Avrasiya İqtisadi İttifaqına bazarlarına çıxış əldə etmək istəyir
-
“Film”in sonu...
Fransa bizim üçün tam şəkildə itirildi
-
Seçim də Paşinyanındır, məsuliyyət də
Qərb isə ilin sonuna qədər sülh müqaviləsi istəyir
-
Ölünün qıdığı gəlməz ...
İrəvan Minsk Qrupunu diriltməyə çalışır, Moskva separat oyuncağı ...
-
Makronun “erməni məhəbbəti” ...
... iki qitənin həyati əhəmiyyətli layihəsinin təkərinə çomaq soxur
-
Parisin Qafqazdakı son durağı
Fransanın kasıb və balaca Ermənistan başqa söykənəcəyi başqa bir ölkə yoxdur
-
İrəvanın qara günləri qarşıda
Zəngəzur dəhlizi məsələsində Azərbaycan-Rusiya razılaşması
-
... İrəvandan İrana təşəkkür
Anti-Azərbaycan mövqeyinə görə ...
-
İrəvan danışıqları sabotaj edir
Paşinyanın tələbi Kremlin maraqlarına xidmət edir
-
KTMT-də növbəti fiasko
İrəvan növbəti il əl-qolu bağlı qalacaq
Ermənistanın yeni hökumət başçısı Azərbaycan prezidenti ilə masaya oturmaq ərəfəsində məqsədyönlü radikallıq siyasəti yeridir. Əvvəlcə bildirdi ki, görüşün xüsusi gündəmi olmayacaq və o, danışıqların formatı, yəni Dağlıq Qarabağ ermənilərinin tərəf kimi prosesə cəlb olunması barədə məsələ qaldıracaq. Ötən gün isə işğal altındakı ərazilərdə Ermənistan Təhlükəsizlik Şurasının iclası keçirildi.
Bu cür siyasət kursunun seçilməsində həm Ermənistan daxili siyasətinin dinamikası rol oynayır, həm də müzakirə masasında erməni tərəfinin mövqelərinin daha da gücləndirilməsi məqsədi güdülür. Əvvəla, Paşinyan bizim XİN-in dili ilə ifadə etsək, substantiv danışıqlara başlamaq istəmir və bunu öz iqtidarı üçün təhlükə sayır. Çünki bu mövzu iqtidardan uzaqlaşdırılmış Qarabağ klanı və daşnakların ən qısa yoldan revanşı və reabilitasiyası üçün zəmin yaradır. 10 illik hakimiyyətdən sonra bir anda siyasi sistemin xaricində qalan həmin qüvvələrin Qarabağ kartı ilə xal toplayıb ayağa durmasını əngəlləmək üçün Paşinyan ən azı onlar qədər, hətta daha radikal mövqe sərgiləyir. İkincisi, radikallıq həm də ona görə lazımdır ki, danışıqlar başlayanda hələ ki Madrid prinsipləri üzrə Ermənistanın atmalı olduğu addımlar deyil, məhz format məsələsi önə çıxsın, vasitəçilər Paşinyanı dilə tutub israrından vaz keçirməyə çalışsınlar, o da əvəzində nələrsə tələb etsin...
Əslində Madrid prinsiplərinə nəzər saldıqda, bütövlükdə erməni tərəfinin maraqlarının daha çox təmin olunduğunu görmək olur, bu prinsiplər faktiki, ən sonda Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına hüquqi əsas yaradır. Amma ermənilər hər zamankı kimi maksimalist yanaşma nümayiş etdirib, bunu da bəyənmirlər, gözləyirlər ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini bəri başdan qəbul etsin, yalnız bundan sonra Ermənistan öz ordusunu ətraf rayonlardan (geniş dəhliz saxlanılmaqla) çıxarmağa başlasın. Bir sözlə, erməni tərəfi nəinki konstruktivizmə meylli deyil, hətta mən yaxın gələcəkdə Dağlıq Qarabağın ilhaqı təhlükəsini də görürəm. “Xarici hücumdan birgə müdafiə” barədə Ermənistan və Dağlıq Qarabağ erməniləri arasında müqavilə imzalanması barədə artan tələblər, Qərb mediasında Azərbaycanla bağlı neqativ informasiya fonunun yaradılması, Bakının erməni xalqı və mədəniyyətinə qarşı tam dözümsüz münasibətdə olduğu haqda rəy formalaşdırılması cəhdləri bu ilhaqa zəmin yaratma çabası kimi görünür.
Bizim üçün başqa narahatlıq mənbəyi Ermənistanda korrupsioner və antidemokratik rejimin devrilməsinin işğalçı ölkənin beynəlxalq nüfuzuna müsbət təsir etməyə başlamasıdır. Aydındır ki, ermənilərə Sərkisyan dövründə də, ondan əvvəl də dünyada simpatiya var idi, indi isə Ermənistan hökuməti reformist obrazda dünyanın qarşısına çıxıb. Son parlament seçkiləri demokratik, şəffaf keçirildi və bir şikayət belə daxil olmadı. Bu, önəmli detaldır. Belə bir təhlükəli situasiyada Azərbaycanda müxaliflərə qarşı düşmənləşdirmə siyasətinin (Xocalı abidəsinə gül qoymalarına belə imkan verilmədi), əks fikirlilərə qeyri-tolerant münasibətin hələ də davam etməsini anlamaq çətindir. Son həftələr atılan bəzi addımlar və ölkədə problemlərin inkar edilməsindən vaz keçilməsi ümid oyadır ki, siyasi sferada da müəyyən yumşalma və pozitiv dəyişiklik baş verəcək. Əslində bu, qaçılmazdır, zamanın tələbidir və gecikdirilməsi anlamsızdır. Söhbət ondan getmir ki, Azərbaycan demokratik islahatlara başlayan kimi, işğal olunmuş əraziləri dərhal bizə geri qaytaracaqlar. Yox. Bu, Azərbaycanın beynəlxalq nüfuzunun artması və qarşı tərəfin əldə etdiyi siyasi üstünlüyün aradan qaldırılması baxımından zəruridir. İndiyə qədərki siyasət nəticə vermədi və dəyişməlidir. Digər tərəfdən, Qarabağ problemi olsa da, olmasa da, demokratik islahatların həyata keçirilməsi, konstitusion hüquqların reallaşması, iqtisadi-siyasi inkişafa nail olunması alternativsiz yoldur və dövlətin də, vətəndaşların da maraqları bunu tələb edir.