

“11-13 yaşımda məni Bakı fahişəsi adlandırırdılar”
“İri balıq” əvvəl-axır danışacaq
Tarixdə də belə bir hal olmayıb ki, qalib ölkə məğlubun tələbini yerinə yetirsin
Avropa niyə parçalanır, Tramp nə istəyir suallarına cavablar Eldar Namazovun təqdimatında
Qərb şübhəli geosiyasi layihələrə pul xərcləmək istəmir
Bu Paşinyanın ümid etdiyi regional sülhü yaxınlaşdıra bilər
... və Qarabağ ermənilərinin məyus gözləri
Rusiyaya ermənilər yox, Ermənistan maraqlıdır
Yaxud Paşinyandan artıq erməniçilik etmək cəhdləri...
Erməni politoloqdan Paşinyana xəbərdarlıq: “Diqqətli olmalıdır”
Yaxud bədnam qonşularımızın həzrəti Musası...
Ermənistanda və xaricdə yaşayan revanşistlər isə eyni ağıldadır
Avropa separatizmdən yarasa işıqdan qorxan kimi qorxur
İrəvan Minsk Qrupunu diriltməyə çalışır, Moskva separat oyuncağı ...
Paşinyanın tələbi Kremlin maraqlarına xidmət edir
Əliyev Makronu “oyundan kənar vəziyyətdə” saxlayır
Nikol Paşinyanın hökuməti qondarma Dağlıq Qarabağ” respublikası” rejiminin maliyyə yardımı barədə xahişlərini rədd edir. Bu sensasion məlumatı Rusiya mənbələri erməni mətbuatına istinadən yayıb.
Məlumatda deyilir ki, Paşinyan Dağlıq Qarabağa maliyyə yardımının göstərilməsi üçün qondarma rejimin “təhlükəsizlik şurasının katibi”, general Vitali Balasanyanın istefası şərtini irəli sürüb. Qondarma “prezident” Bako Saakyan Balasanyandan Ermənistan hakimiyyətinin tələbini yerinə yetirib istefa verməyi istəsə də keçmiş səhra komandiri bu addımı atmaqdan imtina edib.
Xatırladaq ki, Balasanyan “DQR prezidenti” postuna iddialıdır və onunla Paşinyan arasında ciddi ixtilaf var.
Məlumatda həmçinin bildirilir ki, maliyyə yardımı barədə xahişlər artıq ikinci aydır Ermənistan hökuməti tərəfindən rədd edilir. Mənbələr yaranmış vəziyyəti Ermənistan tərəfdən Dağlıq Qarabağa tətbiq edilmiş sanksiya kimi qiymətləndirirlər.
Bundan əvvəl Paşinyan Dağlıq Qarabağın rəhbərliyini, o cümlədən Balasanyanı Qarabağda yeni müharibə qızışdırmaq planlarında ittiham etmişdi. Onun bildirdiyinə görə, həmin qüvvələr müharibəni başladıb “bəzi əraziləri verə bilər” və buna görə Ermənistan hakimiyyətini günahlandırmağı planlaşdırır.