

“Müharibə zamanı baş qərargah rəisi bir nəfərə – ölkənin rəhbərinə tabe olur”
Sülh prosesini ləngitməyə çalışan tərəf məhz Rusiyadır
“Ermənistanın milli maraqları bahasına imzalanmış sənədi qəbul etməyəcəyik”
Bakı niyə əlində olan üstünlükləri İrəvana verməlidir ki, ...?
... və Paşinyanın yaratmaq istədiyi “üçbucaq”
Bakıya düşmən münasibət bəsləyən Fransa, Daşkənddə dost axtarır
Ermənistan ordusu son 3 gündə mütəmadi olaraq atəşkəsi pozur
Ən azından Nelson saxlandığı şəraitlə müqayisədə, Ruben sanatoriyadadır
Timsah göz yaşlarına heç bir əhəmiyyəti olmadı
400-ə yaxın siyasətçi Bakıda dünya nizamını müzakirə edir
İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib
Sazişin imzalanması üçün ən uyğun məkan Türkiyədir
... Yaxud Makron komandasının balaca separatçılar üçün böyük riskləri
Ağ Evin Rusiya ilə uzlaşma məntiqi AB-nin Cənubi Qafqazdakı mandatına da təsir edir
Əgər Ermənistan hücuma keçərsə, ...
Rusiya Ukrayna burulğanından çıxsa növbəti düzərgahı Cənubi Qafqaz olacaq
Bu günlərdə Ermənistanın Eçmiədzin şəhərinin Komitas meydanından qondarma “artsax”ın “bayrağ”ının götürülməsi xəbərini hamımız izlədik. Bu hadisə əvvəllər paytaxt İrəvanın özündə də baş verib.
Buna paralel olaraq Nikol Paşinyan da bu günlərdə ermənilərin əsas piar mövzusu olan qondarma “soyqırımı” mövzusunu yenidən gündəmə gətirdi və ümumiyyətlə, bu hadisənin tarixdəki mövcudluğunu şübhə altına aldı.
Paşinyan bununla bağlı bütün erməniləri düşündürəcək suallar qoydu: “Əgər ortada erməni soyqırımı varsa, Türkiyə NATO-ya qatılıb Stalinlə arasını pozana qədər niyə heç yerdə qeyd edilməyib? 1915 hadisələri niyə 50-ci illərdə yada düşdü? Kimlər tarixi boyu bizi alətə çevirib, bunu araşdırmaq lazımdır”.
Gördüyümüz kimi Paşinyanın bu açıqlamasında həm “soyqırımı” mövzusunun həqiqətən də sonradan qondarıldığı etiraf olunur, həm də ermənilərin tarix boyu böyük güclər (xüsusən də Rusiya) tərəfindən alət kimi istifadə edilməsi gerçəyi gec də olsa dilə gətirilir.
Əlbəttə, Paşinyanın bu etirafları Ermənistanın millətçi, irqçi dünyagörüşlü qüvvələri tərəfindən qəzəblə qarşılandı. Bu da gözlənilən idi.
Lakin Paşinyan həmin qüvvələrin və o cümlədən, son 200 ildə ermənilərin ağlını, ruhunu türklərə nifrət şüarları ilə zəhərləyən Eçmiədzin kilsəsinin müqavimətini qırmağa, Ermənistan ictimaiyyətini sülhə hazırlamağa davam edir.
Ümumiyyətlə, Paşinyan öz xalqını dinc yolla denasifikasiya etmək, onu ifrat millətçilik azarından sağaltmaq istəyən və hazırkı erməni siyasi elitasında demək olar ki, yeganə adekvat ermənidir.
Paşinyan bu missiyanı axıra qədər davam etdirə biləcəkmi?
Bu suala birmənalı cavab vermək bir qədər çətin olsa da, amma görünən budur ki, o, millətçilik, faşizm təbliğatı ilə aşındırılmış erməni toplumunun həzrəti Musası olmaq missiyasını ciddi-cəhdlə davam etdirir. Və yəqin ki, elə tarixdə də öz xalqının həzrəti Musası kimi qalacaq.
Paşinyan isə bu missiyasına görə ilk növbədə Azərbaycana minnətdar olmalıdır. Çünki o, məhz 44 günlük müharibədəki məğlubiyyətdən sonra reallığı düzgün qiymətləndirməyə və çıxış yolunun “miatsum”, “böyük ermənistan”, “1915-ci il soyqırımı” kimi miflərdən, xülyalardan əl çəkməkdə olduğunu dərk etməyə başladı.