Paşinyan – Qaregin davası
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
20:52 | 7 fevral 2025 | Cümə
Məqaləyə 501 dəfə baxılıb
Şriftin ölçüsü
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
Zaxarovanın tarixi “malalaması” və onun Paşinyana cavabı Rusiyanın özünüifşasıdır...
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Baxın, Ermənistanın baş naziri Vaşinqtonda erməni icması ilə görüşü zamanı qondarma “erməni soyqırımı”nı şübhə altına alan ifadələr səsləndirir və birilərinin (ilk növbədə isə Rusiyanın) bundan keçmiş Qarabağ məsələsi üçün, Ermənistandan alət kimi istifadə etmək üçün yararlandığını bəyan edir. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova və onun trolları isə dərhal Paşinyana qarşı hücuma keçir.
Paşinyanın həmçinin 44 günlük İkinci Qarabağ müharibəsinin Ermənistana müstəqil və suveren olmağa imkan verdiyini bildirməsi də “müqəddəs” Mariyanı bərk qəzəbləndirib.
Bu gün keçirdiyi brifinqdə Paşinyanın sözügedən açıqlamalarına münasibət bildirən M.Zaxarova hikkəsindən deyib ki, “44 günlük müharibə Ermənistana müstəqil və suveren olmağa imkan verib” bəyanatı ilə Nikol Paşinyan nə demək istəyib, bunu Ermənistan Baş nazirinin ofisindən soruşmaq lazımdır.
M.Zaxarovadan sitat: “Mənə onun nə demək istədiyini söyləmək çətindir. Mən bilmirəm. O ki, qaldı “erməni soyqırımı” məsələsinə, düzünü deyim ki, mən heç vaxt gözləmirdim ki, Ermənistanda bu məsələyə dövlət və xalqın tarixi cəhətdən formalaşan tam konsensuslu mövqeyi kimi deyil, başqa cür yanaşacaqlar. Mən heç düşünmürdüm ki, illər ərzində formalaşan bu konsolidə olunmuş mövqe Ermənistan cəmiyyəti daxilində hansısa dəyişikliklərə məruz qalacaq. Görürsünüz ki, biz son vaxtlar hansı bəyanatları eşidirik”.
Rusiya XİN-in sözçüsünün Paşinyanın açıqlamalarından bu cür partlamaya düşməsi bir daha onu göstərir ki, Kremlin imperiya siyasəti artıq tam olaraq iflasa uğrayır.
Paşinyan bu son açıqlamaları ilə “soyqırımı” oyunun, əslində, keçən əsrin 50-ci illərinin əvvəllərində ovaxtkı SSRİ (indiki Rusiya) tərəfindən ortaya atıldığı həqiqətini bəyan edib və Kremlin iç üzünü ortaya çıxarıb. Bəli, Türk dünyasına qarşı bütün cinayətkar əməllər uzun illər boyu məhz Kremldə hazırlanıb. Ona görə indi əl-ayağa düşüblər. Paxırlarının açılmağını istəmirlər. Lakin Ermənistan rəhbərliyi Azərbaycan və Türkiyə ilə normallaşmanı axıra qədər davam etdirə bilsə, qarşıda Moskva və Tehranın istər sovetlər dönəmində, istərsə də, Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sərkisyan kimi balaca faşistlərin əli ilə gerçəkləşdirdikləri hələ çox planların üstü açılacaq.
Bu baxımdan Mariya Zaxarovanın Paşinyandan artıq erməniçilik etmək cəhdlərinin motivini anlamaq olar. Çünki böyük “tamaşa”nın əsas hissəsi məhz indi başlayır. Moskva isə bu tamaşaya hazır deyil. Çox pis məqamda yaxalanıblar. Bakı və İrəvandan ard-arda gələn həmlələr Moskvanı rəsmən təntitməkdədir.