
44 günlük müharibənin 4 nəticəsi var
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İndi nə 1918-20-ci, nə də 90-cı illərdir
İndi elə bir dövrdə yaşayırıq ki, artıq şər qüvvələr maskalanmağa ehtiyac duymurlar...
Hindistan-İran-Ermənistan yaxınlaşması
Rusiya ABŞ-da imzalanan müqaviləyə mane olmaq istəyir
Ermənistan sülh yolunu tutsa da, Hindistan Azərbaycandan əl çəkmək istəmir...
Ermənistan baş naziri 3 ölkə ilə diplomatik münasibətlərə can atır
Paşinyan: “Eyni anda həm iki quruma üzvlüyün mümkün olmadığını bilirik”
... və ya “dil pəhləvan”ın yeni macəraları
İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır?
Ermənistan isə İranı “Tramp Yolu”na döndərməyə çalışır
Ermənistan baş naziri dövlətinin 200 illik doktrinasından imtina edə biləcəkmi?
Azərbaycanla Ermənistan arasında müqavilə ABŞ-da imzalana bilər
Prezident İlham Əliyevin aforizmə çevrilən ifadəsi – ...
Sənəddə erməni xalqının günahı mütləq qeyd olunmalıdır...
Ermənistanın baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsindən və Azərbaycanın Qarabağda həyata keçirdiyi bir günlük anti-terror əməliyyatından sonra bölgədə formalaşan reallıqları qəbul etməyə. O, Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur qalıb, Minsk Qrupundan imtina edib, “soyqırımı tanıtma” siyasətinin Ermənistana faydası olmadığını bildirib, üstəgəl Zəngəzur dəhlizinin yubadılmasının Ermənistana zərərini anlayıb.
Paşinyana müxalif olanlar isə hələ də xülya ilə yaşayır, ermənilərə “güclənib Azərbaycana cavab verəcəyik” kimi nağıllar danışırlar. Türkiyədə terrorçu PKK-nın siyasi qanadı olan HDP-nin erməniəsilli keçmiş millət vəkili Qaro Paylan da eyni ağıldadır. İrəvanda ermənilərə deyib ki, “Ermənistanın Azərbaycana cavab verməsi üçün 3-5 il lazımdır. Vaxt qazanmaq üçün sülh müqaviləsi imzalanmalıdır”.
Ermənistan sülh müqaviləsi imzalasa da, imzalamasa da, vaxt qazana bilməyəcək. Əksinə Azərbaycanla məsələlərin həlli əvəzinə vaxtın uzadılması Ermənistanın əleyhinə işləyir. Biz Birinci Qarabağ müharibəsindən lazımi dərslər çıxararaq İkinci Qarabağ müharibəsində qələbə qazandıq və bundan sonra 100 dəfə də müharibə olsa, hamısında Ermənistan üzərində qələbə qazanarıq.
Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəsləndirərkən, vəziyyəti Türkiyə ermənisindən doğru təhlil etməyi bacaran Paşinyan Azərbaycan və Türkiyə ilə düşmənçiliyin Ermənistanı uçuruma apardığının fərqindədir. Paşinyan bircə addım ataraq Konstitusiyada zəruri dəyişikliklərə getməklə sülh sazişinin imzalanmasını təmin edə bilər. Ancaq onu da unutmamalıyıq ki, Paşinyandan sonra hakimiyyətə revanşistlər gələrsə, onlara yenidən reallıqları anlatmaq məcburiyyətində qala bilərik.