Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
11:46 | 10 fevral 2025 | Bazar ertəsi
Məqaləyə 540 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibədə məğlub olduqdan sonra seçkiyə getdi və öz postunu qorudu. Bu ermənilərin seçimi idi. Səhv və ya düz buna onlar qərar verə bilərdilər və verdilər. Sübut elədilər ki, onlar dövləti Paşinyana etibar edirlər, yəni Nikol bir erməni olaraq ermənilərə rəhbərlik etməyə layiqdir.
Paşinyan isə öz çıxışlarında dəfələrlə xalqını “böyük Ermənistan”, “erməni soyqırımı” kimi xülyalardan ayılıb real vəziyyətlə barışmağa, qonşu dövlətlərlə münasibət qurmağa çağırıb. Özünütəcridin doğru yol olmadığını bildirib, həmçinin bu ideyaların onları idarə etmək vasitəsi üçün istifadə edildiyini, yalan ideyaların onlara qəsdən sırındığını deyib. Paşinyan uydurma ideyaların ölkənin həm bu gününə, hə də gələcəyinə mənfi təsir edəcəyini açıq mətinlə deyib.
Məsələn, o, bu yaxınlarda verdiyi açıqlamada Rusiyanın “erməni soyqırımı” iddialarından həm sovetlər zamanı, həm də müstəqillik dövründə Türkiyəyə qarşı istifadə edildiyini bildirib.
Sitat: “Bu iddiaların geniş təbliği 1950-ci ilə - Türkiyənin NATO üzvlüyünə qəbul olunmasından sonraya başlayın. Sovet imperiyası “erməni soyqrımını” ortaya atmaqla Türkiyəyə qarşı ərazi iddiaları formalaşdırmağa, onu təzyiq altında saxlamağa çalışıb. Ona görə də Ermənistanın bu avantüranı davam etdirməsi onun Azərbaycan və Türkiyə kimi regional güclərin qarşısında köməksiz vəziyyətdə qoyur”.
Gördüyümüz kimi adam baş erməni və ya erməni başı olan baş nazir tarixi həqiqəti deyib. Həmçinin xalqını mövcud və gözlənilən bəlalardan qorumaq üçün şəxsi karyerasını təzyiq atına atıb.
Paşinyanı gözümüzdə böyütməyək, qəhrəman deyil, belə bir iddia yoxdur və ola bilməz, sadəcə o, doğru düşünə bilən ermənidir.
Amma ondan daha çox erməni olmaq iddiasına düşən Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Paşinyandan ermənilərin düşməni obrazı yaratmağa çalışıb.
O, keçirdiyi brifinqdə Paşinyanın erməni soyqırımı ilə bağlı bəyanatını şərh edərkən: “Mən heç vaxt düşünməmişdim ki, illərlə əziyyət çəkən, illərlə formalaşdırılan və formalaşan bu möhkəm mövqe erməni icması daxilində hər hansı dəyişikliyə məruz qalacaq. Amma görürsünüz ki, son vaxtlar hansı bəyanatları eşidirik. Amma bu, bizim üçün sual deyil”, - deyib.
Zaxarova göstərməyə çalışıb ki, guya o, ermənilərin keçmişini və gələcəyin Paşinyandan çox düşünür. Amma bununla bir daha sübut edib ki, təmsil etdiyi rus dövləti nəyin bahasına olur olsun Ermənistanı “buyruq qulu” kimi saxlamaqda maraqlıdır. Həm də Zaxarova bunun üçün uzun illər ölkəsinin xərc və enerji sərf etdiyini sətiraltı vurğulayıb. İndi Nikolun yalançı ideyaları məhv edəcəyindən təlaşa düşüblər. Qarşısını almaq istəyirlər. Çünki Rusiyaya ermənilər deyil, Ermənistan maraqlıdır.