vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
DÜNYA  
12:22 | 22 aprel 2020 | Çərşənbə Məqaləyə 14754 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Nuhun gəmisi”ində üzənlər

Koronaqiyaməti kruizdə atladan insanlar quruya çıxmaq istəmir

G.ƏLİYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünyada koronavirus qiyamətinin hökm sürdüyü, hər gün minlərlə adamın bu virusdan öldüyü bir vaxtda “Magnifica” adlı kruiz laynerinin sərnişinləri özlərini lap Nuhun gəmisində hiss edirlər. Çünki gəmi minlərlə sərnişinlə birlikdə koronavirusun Avropanı bürüməsindən əvvəl səyahətə çıxıb və virusun dünyanı bürüdüyünü görəndə kapitan gəmidəkilərin quruya çıxmasına icazə verməyib. Nəticədə göyərtədə virusa yoluxanlar yoxdur.

...Bir aydan çoxdur ki, okean sularında üzən “Magnifica” səyahət gəmisi nəhayət ki, Fransa sahillərinə yan ala bilib. Virtualaz.org “Alman dalğası”ına istinadən xəbər verir ki, İsveçrənin “MSC” şirkətinə məxsus “Magnifica” səyahət gəmisi aprelin 20-də Marsel limanına yan alıb. Gəmidə 3000 sərnişin və ekipaj üzvü var, demək olar ki, onların heç biri altı həftə ərzində sahilə çıxmayıblar. Yanvarın 5-də gəmi Genoa limanından səyahətə başlayanda sərnişinlərin çox az hissəsi  koronavirus haqqında məlumatlı idi. Avropadan səyahətə başlayıb Kabo-Verdeni keçən gəmi Latın Amerikasına gəlib.  COVID-19-a yoluxma faktları qeydə alındığından gəmi heç bir limana yaxınlaşmayıb.

Martın 14-də Avstraliyaya yaxınlaşarkən  kapitan virusu gəmiyə gətirməmək üçün sərnişinləri sahilə enməyə qoymamaq qərarı verib.  Artıq Avropaya qayıdarkən göyərtədə həyat adi axarıyla davam edirdi - nə maskalar, nə sosial məsafə, nə də digər karantin əlamətləri müşahidə olunmurdu.  Hər axşam səhnədə tamaşalar göstərilirdi, barlar və restoranlar işləyirdi və tətil edənlər evlərinə dönmələrini gözlədilər.

Gəminin sərnişinləri arasında bir Azərbaycan vətəndaşı da var. Azərbaycanlı sərnişin Fərid Novruzi deyir ki, gəmidə fərqli bir atmosfer var, heç kimə  məhdudiyyət qoyulmayıb və heç kəs maska taxmır:  "Pandemiya xəbəri Taitiyə üzdüyümüz zaman yayılmağa başladı. Kuk adalarından birinin qubernatoru bizə sahilə çıxmağa icazə vermədi.  Bu ilk siqnal idi. Hələ Yeni Zelandiya sahillərində üzərkən Avstraliyada 100-dən çox yoluxma hadisəsi barədə narahatedici xəbər gəlirdi. Martın 14-də  Hobarta (Avstraliyanın Tasmaniya əyalətinin paytaxtı) yola düşdükdə kapitan qərar verdi ki,  sərnişinlər gəmidən enməsinlər və biz qərara gəldik ki, gəmidə qalaq”.

F. Novruzinin sözlərinə görə, Yeni Zelandiyaya çatmazdan əvvəl demək olar ki, heç kəs bir-birimizi tanımayıb, ancaq sahilə çıxmaq qadağan olunduqdan sonra insanlar bir-birinə çox isinişiblər: “Bundan sonra hər kəs bir-biri ilə ünsiyyətə başladı, mən özüm xeyli insanla tanış oldum.  Çox emosional şəkildə vidalaşırıq, heç kim gəmini tərk etmək istəmirdi. Bəziləri, bu virus keçənə qədər ən azı bir neçə ay daha burada qalmaq istədiklərini söyləyirlər. Burada gəmidə atmosfer tamamilə fərqlidir, heç bir məhdudiyyət qoyulmayıb, məsafə saxlamağa ehtiyac yoxdur, təcrid olunma yoxdur, heç kim maska taxmaq məcburiyyətində deyil. Buna görə də, hazırda bu nağıldan gerçəkliyə çıxmaq istəməyən insanlar var. Bu gəmi mənim 180 gün ərzində dünyaya səyahətimin bir hissəsidir.  Keçən ilin əvvəlindən bu səyahətə hazırlaşırdım.  Koronavirus səbəbindən yolumdakı bəzi ölkələr dəyişdi, amma yenə də sərhədlər açılanda səyahətimi davam etdirməyə ümid edirəm”.

İsveçrədən olan digər sərnişin Endi  Gerber isə deyir ki, gəmidə vəziyyət çox yaxşıdır, yalnız evdə qalan yaxınlarına görə narahatlıq keçirirlər: ”Sonuncu dəfə martın 10-da Yeni Zelandiyada quruda olmuşuq. Ancaq gəmi səhər səkkizdən gecə yarısına qədər əyləncələrlə doludur: iki hovuz, bir bufet, bar, ziyafətlər var, cansıxıcı olmağa vaxt yoxdur!  Düzdür, şərab tükənib, yalnız bir neçə cür içki qalıb. Əlbəttə ki, dünyada nələrin baş verdiyini bilirdik və evdə qalan yaxınlarımıza görə narahat olurduq, amma eyni zamanda göyərtədə təhlükəsiz olduğumuz üçün çox sevinirdik.  Bəzi gəmilərin sərnişinləri sahilə çıxırdılar, amma mənə elə gəlir ki, kapitan düzgün qərar verdi.  Hamımız sağlamıq, sərnişinlərin heç birində koronavirus yoxdur”.

E. Gerber spyləyir ki, bu səfəri iki ildir ki, planlaşdırıb. O, 70 yaşını gəmidə qeyd etmək arzusunda olub: “Sidneydə bir steyk evi rezerv etmişdim.  Əlbəttə ki, hər şey ləğv edildi, çünki Sidneydə biz gəmidə qaldıq.  Martın 17-də kapitan səyahətin bitdiyini və evə qayıdacağımızı bildirdi.  Bəzi sərnişinlər Sidney və Melburnda eniş etdilər, lakin çoxları göyərtədə qaldı, çünki təyyarədə uçmaq da təhlükəli idi. Bizi evə xüsusi avtobus aparacaq.  Bu avtobuslardan bir neçəsi bu gün Fransa və İtaliyaya gedib.  Sabah Sürixə gedəcəyik.  Hər kəsə qoruyucu maskalar və əlcəklər verilib.

Evə qayıtmaqdan bir az qorxuruq, çünki burada hər şey daha təhlükəsiz idi . Orada isə məsafəni gözləməyə alışmalıyıq, nəyə icazə verildiyi və qadağan olunduğu barədə heç bir məlumatımız yoxdur.  Boş bir soyuducum var və mənim 70 yaşım var, risk altındayam. Gərək kimdənsə xahiş edim ki, mənə yemək alsın”,- sərnişin qeyd edir.