vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
SAĞLAMLIQ  
09:44 | 2 fevral 2022 | Çərşənbə Məqaləyə 696 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dodaqlar quruyaraq çatlayır

“Omikron”un dəridəki əlamətləri

MÖVZU İLƏ ƏLAQƏLİ

Amerikalı həkimlər koronavirusun “omikron” ştammının diqqətdən kənarda qalması təhlükəli sayılan dəri simptomlarının siyahısını tərtib ediblər.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin tibb mütəxəssisləri dəridə bir sıra simptomların koronavirusdan xəbər verdiyini açıqlayıblar. Belə ki, solğun, boz və ya mavi rəngə çalan dəri COVİD-19-un nadir rast gəlinən əlaməti ola bilər.
Koronavirus infeksiyası, həmçinin qaşınma qabarıqları, pətək kimi səpkilər, quru dəri və ekzema kimi özünü göstərir. Bəzi xəstələr tərləmənin artması və bədəndən mayenin buxarlanmasının gecikməsi səbəbindən inkişaf edən miliaria ilə qarşılaşır. Mütəxəssislərin fikrincə, bu cür xoşagəlməz simptomlar kifayət qədər uzun müddət davam edə bilər.
Həkimlər COVİD-19 ilə qırmızı, iltihablı ayaq barmaqlarına diqqət yetirməyi tövsiyə edir. Tibbi hesabatlara görə, bu simptom ən çox uşaqlarda və yeniyetmələrdə olur. Bir çox hallarda infeksiyanın son versiyası dodaqlarda görünür - onlar quruyur və çatlayır. (“Report”)