Paşinyan Putinə söz atır?
“İnciyən dövlət”lər dedikdə kimlər nəzərdə tutulub?
Elçin ALIOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“... Müharibəyə hazır ol”
Lukaşenko: “Əgər sülh istəyirsənsə, ...”
-
Aİ ilə Fransanın fərqi ...
Avropa separatizmdən yarasa işıqdan qorxan kimi qorxur
-
Ölünün qıdığı gəlməz ...
İrəvan Minsk Qrupunu diriltməyə çalışır, Moskva separat oyuncağı ...
-
İrəvan danışıqları sabotaj edir
Paşinyanın tələbi Kremlin maraqlarına xidmət edir
-
Görüş baş tutumayacaq
Əliyev Makronu “oyundan kənar vəziyyətdə” saxlayır
-
Kreml fikrindən daşınıb?
Putin Paşinyana pozitiv siqnallar ötürüb
-
Paşinyanın KTMT-dəki fiaskosu
Sərhəddən Ermənistanın başına od ələnəcək
-
Paşinyan KTMT-ni şantaj etdi
“Ermənilərin təşkilata ümidi doğrulmayıb”
-
İrəvanın Qərbə ötürdüyü sirr
Kremlə ən böyük zərbəni ermənilər vurdu
-
Putin kritik qərar astanasında
İrəvandan əlini çəkir, yoxsa Bakıyla savaşa girir?
-
Əliyev israrlıdır ...
Paşinyan isə üçüncü tərəfin maraqlarını dilə gətirir
-
“Çətiraltı” mesaj
Paşinyan bütün Ermənistanı islatdı
-
Kremlin “Ruben planı”
Ermənilər üçün məxfi ssenari işə salındı
-
Putinin qarşısına nə qoyulacaq?
Makronun bicliyi, Əliyevlə Paşinyanın yeni görüşü
-
Ermənistana dərs olmadı
Paşinyan növbəti müharibənin səhvini buraxdı
-
Paşinyan Putinin əsəbləri ilə oynayır
Əvvəlcə Qarabağda, sonra da İrəvanda “vurhavur” başlaya bilər
“Nə vaxtsa gördünüzmü ki, küçələrdə əlimdə avtomat dolaşım?” Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxış edərkən deyib. O, bununla Belarus Prezidenti Aleksandr Lukaşenkoya öz aləmində “cavab” verməyə çalışıb.
Xatırladaq ki, Aleksandr Lukaşenko Rusiyanın “Rossiya” telekanalının aparıcısı, telejurnalist Vladimir Solovyova verdiyi müsahibəsində söyləmişdi: “Belarus artıq Rusiya ilə ittifaqdadır. Düşünürəm ki, Qazaxıstana da yaxşı dərs oldu. Əgər siz 15 illik müddətdən danışırsınızsa, əminəm ki, səhv etməsək Ukrayna da orada olacaq. Ermənistanınsa çıxış yolu yoxdur. Axı Ermənistan, ermənilər kimin nəyinə lazımdır?! Onlar bunu gördülər. Azərbaycan bu sıradan kənardadır, çünki biz də çox səhvlər etmişik. Ayrı söhbətdir. Təbii, Azərbaycanı Türkiyə çox ciddi şəkildə dəstəkləyir. Türkmənistan, Özbəkistan və Tacikistan isə, düşünürəm ki, ilk əvvəl iqtisadi zərurətlərə görə qatılacaqlar”.
“Batka”nın açıqlaması Ermənistanın hakimiyyətində, siyasətində və cəmiyyətində əməllicə bifurkasiyaya səbəb olmuşdu.
İş o yerə çatdı ki, Belarusun İrəvandakı səfirliyinin qarşısında “etiraz aksiyası” keçirildi, kartof kisələrinin üzərinə Adolf Hitlerin fotosu qoyularaq Lukaşenkoya işarə vuruldu. Yəni “Lukaşenko da Hitler kimi diktatordur”.
Daha sonra erməni siyasətçilər, şərhçilər, millət vəkilləri və sosial şəbəkə istifadəçiləri Belarusun dövlət başçısını hədələməyə, təhqir etməyə başladılar.
Bu sarsaq kampaniyanı Nikol Paşinyan da davam etdirib.
Onun Ermənistan parlamentindəki çıxışdan iqtibası təqdim edirik:
“Deyirlər ki, dünya birliyindən hansısa mesajlar, cavablar alırıq. Necə cavablar alırıq? Beynəlxalq arenadakı tərəfdaşlarımızdan aldığımız cavablarda o var ki, Ermənistan demokratik ölkədir, Ermənistanda seçkilər saxtalaşdırılmır.
ABŞ Prezidenti Co Bayden “Demokratiya Sammiti”nə Ermənistanı dəvət edəndə, başqa ölkələri dəvət etməyəndə həmin ölkələr inciyirlər. Ermənistanı demokratik dövlət adlandırıb onlar barədə belə deməyəndə inciyirlər. Ermənistanda hakimiyyət legitimdir, onların hakimiyyəti isə qeyri-legitimdir, inciyirlər.
Ermənistanda kütləvi etiraz aksiyaları oldu. Mənim əlimdə avtomat küçələrdə gəzdiyimi görən oldumu?!”
Çox bəsit və cılız “stand-ap” səviyyəsində bərbad yumoreskanı ifa edən Nikol Paşinyanın parlamentdə çıxışı zamanı sərxoş olub-olmadığını bilmirik.
Lakin görünən və eşidilən budur ki, Ermənistanın baş naziri Belarusun dövlət başçısını hədəfə almaqla kifayətlənməyib, idarə etməyə çalışdığı ölkəni “failed state”, yəni itirilmiş dövlət və geosiyasi, habelə iqtisadi baxımdan kimsəni maraqlandırmayan ölkə sayan Lukaşenkonu “tənqid” edəndən sonra başqa müstəviyə keçib.
Co Baydenin videokonfrans formatında keçirdiyi, əslində ABŞ rəhbərinin çox paradoksal “demokratiya anlayışı”nı nümayiş etdirdiyi “Demokratiya Sammiti”nə dəvət edilmiş dövlət və hökumət başçılarının siyahısına baxmaq yetər ki, Vaşinqtonun yeni geosiyasi düzən yaratmaq istəyi bəlli olsun.
Çünki Konqo və İraq kimi “demokratik” dövlətlərin dəvət aldığı virtual sammitdə Azərbaycan təki sürətlə inkişaf edən dövlətlərlə yanaşı, qlobal supergüc olan Çin və Rusiya da yoxdur.
Paşinyan “inciyən dövlət”lər dedikdə Belarusla yanaşı, Rusiya və Çini də nəzərdə tutur? Axı həmin həşəmətli sammitə Vladimir Putin də dəvət almamışdı.
“Ermənistanda hakimiyyət legitimdir, onların hakimiyyəti isə qeyri-legitimdir, inciyirlər” deyən Paşinyan Belarusla yanaşı, Çin və Rusiyadakı hakimiyyətləri də qanundankənar sayır, Vladimir Putini də qeyri-legitim dövlət başçısı hesab edir?!
“Ermənistanın baş naziri parlamentdə çıxış edərkən yalnız Lukaşenkonu nəzərdə tutub, Rusiya və Çin barədə danışmayıb” - bu sözləri şübhə yox ki, İrəvandakı hakimiyyət mənsubları deyəcəklər, Paşinyanın funksionerləri müsahibələrində və açıqlamalarında belə fikri refren kimi təkrarlayacaqlar.
Amma və lakin... Paşinyan nə İrəvan küçələrini ölçən permanent müxalifətçidir, nə blogger, nə ictimai fəal, nə də siyasi publisistikada özünü sınayan birisi. O, de-yure baş nazirdir və Ermənistanı hazırda faktiki idarə edən tək şəxsdir.
Belədirsə, diplomatiyanın və siyasətin təməl qanunlarına görə, Paşinyan söylədiyi, xüsusən də parlamentin tribunasından səsləndirdiyi hər sözü düşünərək deməlidir.
Nikol Paşinyanda isə belə məziyyət bilmərrə yoxdur. O, əvvəlcə nəsə deyir, sonra dediyinin yaratdığı qalmaqalı görüncə düşünərək sığortalanmağa çalışır.
Rusiyanın dövlət başçısı Vladimir Putinə gəldikdə isə, onun rəsmən “tərəfdaş və dost” adlandırdığı, əslindəsə nifrət etdiyi Paşinyanın sözlərinə reaksiyası təbii ki, aşkar olmayacaq.
Siyasətdə, xüsusilə də Moskvanın forpost və az qala quberniya saydığı kiçik ölkələrin rəhbərlərinin açıqlamalarına reaksiyası zahirən ətalətli görünsə də, cavablar gecikmir.
Moskva Paşinyanın son bəyanatından qıcıqlanıb.
Həmin qıcıq Ermənistan üçün nə nəticə verəcək - bir müddət sonra bilinəcək. (milli.az)