Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Əgər Ermənistan Avropa seçimi yolunu seçərsə, bu, obyektiv olaraq İrəvanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) xətti ilə tərəfdaşları ilə mövcud olan oturuşmuş iqtisadi münasibətlərin yenidən nəzərdən keçirilməsinə səbəb olacaq.
Bu, çox güman ki, kifayət qədər ağrılı bir proses olacaq, o cümlədən, təəssüf ki, Ermənistan əhalisi üçün də. Bu barədə “İzvestiya”ya müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
“O məsələ deyil ki, guya Rusiya və ya kiminsə Ermənistana zərər vermək və ya onu xaric etmək istəyi var, xüsusilə də bizim çox inkişaf etmiş iqtisadi əməkdaşlıq kontekstində. Ötən il bizim ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil edib və bu, əhəmiyyətli artım nümayiş etdirib. Ermənistanın maraqlarını məhdudlaşdırmaq kimi planlarımız yoxdur və ola da bilməz. Bu, bizim müttəfiqimizdir, strateji tərəfdaşımızdır, bizi Gürcüstanla olduğu kimi, çoxəsrlik ümumi tarix, Böyük Vətən müharibəsindəki ümumi qələbə birləşdirir, hansı ki, 80 illiyini, ümid edirəm, 9 mayda birlikdə qeyd edəcəyik.
Məsələ ondadır ki, obyektiv olaraq Avropa Birliyi və Aİİ-yə eyni zamanda üzvlük mümkün deyil, çünki bu ittifaqların gömrük-tarif tənzimləmələri fərqlidir, bu, mahiyyətcə fərqli iqtisadi bloklardır. Müvafiq olaraq, erməni tərəfdaşların yəqin ki, hansısa mərhələdə qərar verməli olacaqları ehtimal olunur: Avropa Birliyinə inteqrasiya istiqamətindəmi irəliləmək, yoxsa Aİİ xətti ilə Avrasiya inteqrasiyasında iştirakını davam etdirmək. Bu iştirak Ermənistan əhalisinə açıq üstünlüklər verir. Bu, ilk növbədə Ermənistanın ÜDM artımında çox əhəmiyyətli rəqəmlərlə ifadə olunur. Son ildə bu təxminən 6 faiz təşkil edib.
Digər tərəfdən, indiki mərhələdə Avropa Birliyi Ermənistan və digər ölkələr üçün nədir? Bu, üzvlük perspektivləri qeyri-müəyyən olan tələblər və meyarlar toplusudur. Əgər Ermənistan Avropa seçimi yolunu seçərsə, bu, obyektiv olaraq İrəvanın Aİİ xətti ilə tərəfdaşları ilə mövcud olan oturuşmuş iqtisadi münasibətlərin yenidən nəzərdən keçirilməsinə səbəb olacaq.
Bu, çox güman ki, kifayət qədər ağrılı bir proses olacaq, o cümlədən, təəssüf ki, Ermənistan əhalisi üçün də. Mümkündür ki, ölkə rəhbərliyi əhaliyə Aİİ-dən çıxmaqla nələri itirə biləcəyini və Avropa Birliyinə üzvlükdən nə əldə edə biləcəyini izah edəcək.
Ümid edirəm ki, rəsmi İrəvan bu vəziyyəti görür və onu müvafiq şəkildə qiymətləndirir. Hələlik Ermənistan Avrasiya İqtisadi İttifaqının heç bir strukturundan çıxmayıb. Biz onun 2024-cü ildə Aİİ-də uğurlu sədrliyini yüksək qiymətləndiririk, buna görə də əməkdaşlığımız davam edir. Ölkənin nümayəndələri həmçinin MDB orqanlarının bütün tədbirlərində, bütün ekspert görüşlərində fəal iştirak edirlər”, – deyə Qaluzin vurğulayıb.