Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
11:18 | 13 mart 2025 | Cümə axşamı
Məqaləyə 454 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Ermənistan rəhbərliyi tələsik yarımçıq sülh müqaviləsi imzalayaraq növbəti parlament seçkilərində Paşinyanı qalib etməyi hədəfləyir. İrəvan bununla vaxt qazanaraq ordunun gücləndirmək, Qərblə Rusiyanın münasibətləri düzələndən sonra isə Minsk Qrupunu Qafqaza qaytarmağı hədəfləyir.
Yaxın 6 ay ərzində müharibə riski, Paşinyanın bilərəkdən sərhəddə eskalasiyaya getmək ehtimalı da var. Bu arada, Ermənistan daxilində ARABO terrorçuları, Qarabağ separatçıları revanşizm haqqında getdikcə daha tez-tez çıxış edirlər, eyni zamanda, keçmiş nazirlərin də Azərbaycan ilə sülh müqaviləsi bağlanmasına qarşı çıxdıqları məlumdur. Bundan başda, peyk görüntüləri Ermənistan ordusunun şərti sərhədlərə hərbi texnika yığdığını və istehkamlar qurduğunu göstərir. Sülhü istəyən bu addımları atmazdı.
Çıxış yolu nə qədər gec deyil var. Zəngəzur dəhlizi açılır və regionda gələcəkdə ehtimal olunan təxribatların qarşısı alınır.
***
Məlumdur ki, bir neçə gün əvvəl bir qrup türkiyəli jurnalist Paşinyanın dəvətilə İrəvanda olublar. Deyəsən onların bəziləri İrəvanın havasına düşüblər. Həmin media nümayəndələrindən biri, Barçın Yinanç qismində, tamamilə birtərəfli analitik yazı ilə çıxış edərək Azərbaycanı Türkiyəyə təsir etməkdə göstərib və sülh müqaviləsinin bağlanmamasında faktiki olaraq Bakını günahlarlandırıb.
Əslində isə Azərbaycan yarımçıq sülhün deyil, tam sülhün tərəfdarıdır və rəsmi Bakı qalib tərəf olmasına baxmayaq 5 ildir ki, Paşinyandan adekvat addımlar gözləyir.
1. Ermənistan konstitusiyasında Azərbaycana qarşı hələ də ərazi iddiası var.
2. Zəngəzur dəhlizi bu və ya digər görkəmdə hələ də açılmayıb.
3. Üçüncü dövlətlərin orduları Zəngəzurda Azərbaycan sərhədçiləri ilə üz - üzə yerləşdiriliblər.
O ki qaldı Azərbaycan və Türkiyə əlaqələrinə.
Bu münasibətlər Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik kimi ən üst səviyyəyə çatıb. Hər iki dövlətin liderləri bu və digər məsələləri qarşılıqlı dialoq vasitəsilə müzakirə edirlər, onlar arasında xarici siyasətin istiqamətləri və hədəfləri ilə bağlı heç bir fikir ayrılığı yoxdur.
Azərbaycan və Türkiyə Avrasiyanın orta xəttində geniş bir coğrafiyada türk faktorunu geosiyasi proseslərin mərkəzinə çevirərək birgə hədəflərə bir-bir addımlayırlar .
Azərbaycan və Türkiyə bundan sonra da Qafqazda tarix yazmağa davam edəcəklər.