Paşinyan – Qaregin davası
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
08:11 | 7 aprel 2025 | Bazar ertəsi
Məqaləyə 126 dəfə baxılıb
Şriftin ölçüsü
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
Zaxarovanın tarixi “malalaması” və onun Paşinyana cavabı Rusiyanın özünüifşasıdır...
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
... Cənubi Qafqazda sabitliyə təhdid
İki ölkə arasındakı sülh bir referenduma bağlıdır
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İndi nə 1918-20-ci, nə də 90-cı illərdir
İndi elə bir dövrdə yaşayırıq ki, artıq şər qüvvələr maskalanmağa ehtiyac duymurlar...
Hindistan-İran-Ermənistan yaxınlaşması
Rusiya ABŞ-da imzalanan müqaviləyə mane olmaq istəyir
Özünü “Qafqaz demokratiyasının fənəri” kimi dünyaya sırıyıb, insanlara “demokratiya” deyə-deyə artıq əməlli-başlı məzhəkəyə çevrilmiş Nikol Paşinyan hakimiyyəti, bu dəfə Ermənistanın ikinci böyük şəhəri Gümrüdə gülməli vəziyyətə düşdü. Necə deyərlər, demokratiya əjdahası öz quyruğunu yeməyə başlayıb.
Bu günlərdə Ermənistanda – həmin demokratik vadidə, hərbi cinayətkarları “milli qəhrəman”, mafiozları isə “xalq xilaskarı” elan edən dövlətin ikinci böyük şəhəri Gümrüdə və balaca, amma “əhəmiyyətli” Parakarda bələdiyyə seçkiləri keçirildi. Seçkidən əvvəl Paşinyanın “Mülki Müqavilə” adlı siyasi kabare-truppası sevinə-sevinə şəhəri “demokratik şəkildə” udacağını elan etsə də, nəticə fərqli çıxdı.
Əslində, seçkilər erməni demokratiyasının parlaq nümunəsi oldu: gün ərzində işıqlar gah yandı, gah söndü; namizədlərdən biri qəfildən özünü “kiminsə yumruğunun altına saldı”. Seçki qutularının başında gedən teatrı görəndə adam düşünür: bunlar dövlət idarə edirlər, yoxsa kənd klubunu?
Vəziyyət daha komik hal aldı, Paşinyanın truppası Gümrüdə birinci yeri götürsə də, tam üstünlük əldə edə bilmədi. İkinci yeri isə keçmiş kommunist və kriminal aləmin sevimlisi Varadan Qukasyan tutdu. Bundan da betəri, qan düşmənləri sayılan Qriqoryan və Qukasyan ailələri qəflətən barışıb səslərini bir-birinə ötürdü. Ermənistanda siyasətin “mafiya babaları” tərəfindən idarə edilməsi yeni xəbər deyil, amma düşmənlərin bir anda “xalq naminə” qucaqlaşması lap əyləncəli oldu.
Nəticədə, Gümrüdə indi demokratiya yox, “demokratik mafiokratiya” bərqərar olur. Paşinyan əvvəlcə İrəvanda özü üçün “demokratiya” oyunları qururdu, indi isə bölgələrdə kriminal dəstələr bu rolu oynamağa başlayıb. Hər şəhər öz “padşahını” seçib və teatr tamaşası davam edir.
Paşinyanın region üzrə nümayəndəsi bir həftə öncə gümrülüləri ittiham etmişdi ki, bəs, onlar öz uşaqlarını Qarabağdakı “pis yerə” xidmətə göndərməmək üçün hərbi komissarlıqlara rüşvət veriblərmiş. Adamlar da əvəzində elə nümayəndənin partiyasını seçkidə “mükafatlandırdılar”.
Gümrüdə yaşayan yaşlı ermənilər isə nəinki Paşinyanın qərbpərəst, liberal xəyalpərəstliyindən, həm də əvvəlki “Qarabağ klanının” dövründəki özbaşınalıq və oğurluq rejimindən belə nostalji duyur. Çünki nə qədər absurd olsa da, kriminal rejimlər çox vaxt həmin bu erməni xalqının həyatında “qızıl dövr” kimi xatırlanır. Bu insanlar indi də özlərini “Orta əsr monqol-tatar və fars istilalarından qoruyan xilaskar” kimi təqdim edən keçmiş kriminal məmura inanırlar.
Ermənistan demokratiyası tədricən əsl sifətini göstərir: seçkilərdə işıq söndürənlər, kriminal babaların qucaqlaşmaları və hərdən öz namizədlərini döyənlər. Görünən odur ki, bu tamaşanı idarə edənlər xalqın hər şeydən əvvəl “çörək və əyləncə” istədiyini çox yaxşı anlayır. Ermənistan üçün isə ən yaxşı əyləncə məhz belə bir siyasi sirkdir.
Demokratik seçki yox, bəlkə də sirk biletləri satmaq daha düzgün olardı. Paşinyan bu biletlərdən yaxşı qazana bilərdi, çünki xalq məhz belə mənasız, mənəviyyatsız və əyləncəli tamaşalar üçün darıxıb. Vəziyyət belə davam etsə, yaxın gələcəkdə Ermənistanda əsl demokratik seçki keçirilməyəcək – əvəzində hər şəhərdə öz “demokratik padşahını” seçib bu təlxək sirkini ölkənin hər tərəfində yayımlayacaqlar.
O ki qaldı sərhədlərin açılması, iqtisadi inkişaf və demokratik islahatlara, onlar yalnız seçkiqabağı nağıllardır. Ermənistanda demokratiya nədir, Paşinyanın özündən başqa heç kim bilmir. Nə yazıq ki, bu sirkdə Ermənistanın xalqı hələ çox əylənəcək...