Paşinyanın müşaviri tarixi açıqladı
Ermənistan-Azərbaycan dəmir yolunun tikintisinə nə vaxt başlanacaq?
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Hər kəs, hər şeyin fərqində idi…
Xalqla ordunun vəhdəti yoxdursa, qalib gəlmək mümkün deyil
-
Son 4 ilin təcrübəsi
Bakı və İrəvanın vasitəçiyə ehtiyacı yoxdur
-
Rusiya balansı saxlayacaq
Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək
-
Ağdamın son ucu
Qərib eldə qaçqınlığın bitməsinin sevinci
-
“Erməni vandalları Azıx mağarasında partlayış törətmişdilər”
Professor Abbas Seyidov: “İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq ekspertlərin iştirakı ilə daha geniş arxeoloji tədqiqatlar aparılacaq”
-
“Pulyuyan camaşırxana”çı ...
... Yaxud Kremlin yalanı, Vardanyanın “planı”
-
Vardanyanın son sözü
Bakının cavabı necə olacaq?
-
Xəyanətin miqyası artır
Qəpik-quruş üçün vətənini, millətini satanlar...
-
Bakı AHİM-ə şikayət etdi
Beynəlxalq hüquqa uyğun təzminatın tələbi prosesi başlayır
-
Laçın-Xankəndi yolunda dinc aksiya yeddinci günündə davam edir
Azərbaycan XİN aksiyanın mahiyyətini kobud təhrif edən xarici ölkələrə cavab verib...
-
Düşmən bizi vahid görməlidir
Xalq hər məqamda mübarizəyə hazır olduğunu bir daha nümayiş etdirir
-
Ekoloji aksiya siyasiləşir?
Yeni tələblər irəli sürüldü
-
Dombra – qəlb sazından çıxan səda
“Astana Opera”nın Bakıya qastrolu
-
Yolkəsənlərin başqa yolu yoxdur!
Arutyunyan və Vardanyan hazırda bizim üçün heç kimdir
-
Düşmənlərimizi birləşdirən aksiya...
“Dahiyanə” öncəgörmələr bizdə xof hissi yaratmağa hesablanıb
-
Azərbaycan şantajlardan qorxmamalıdır
Qırmızı xətti qoruyan iradəni görən dünya Bakıyla hesablaşmaq məcburiyyətində qalacaq
Təxminən 10 gündən sonra Ermənistan-Azərbaycan dəmir yolunun bərpa edilməli olan iki hissəsində mütəxəssislər araşdırmalara başlayacaq və onların əsasında layihə hazırlanacaq. Bunu “Azadlıq” radiosunun erməni xidmətinə Ermənistan-Azərbaycan dəmir yolunun bərpası proqramı üzrə işçi qrupunun rəhbəri, Ermənistan baş nazirinin müşaviri Artaşes Tumanyan deyib.
Tumanyan qeyd edib ki, işçi qrupun işində “Rusiya Dəmir Yolları”nın mütəxəssisləri də iştirak edəcək.
Onun sözlərinə görə, tikinti işlərinə başlamaq üçün Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşmalar sənəddə qeyd olunmalıdır: bu, həm ikitərəfli, həm də üçtərəfli razılaşma ola bilər.
“Ən azı iki tərəf öhdəlik götürməlidir, çünki onlar birlikdə işləməlidirlər. İstiqamətlər və birgə işlər var. Dəmir yolunun Yerasx (Arazden) hissəsinin bərpası aylar, Meğri hissəsinin (burada 45 kilometrlik dəmir yolunun çəkilməlidir) üç il çəkəcək. Bu işlərin Ermənistana nə qədər başa gələcəyi hələlik bəlli deyil”, o əlavə edib.