vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
QARABAĞ  
17:08 | 25 mart 2022 | Cümə Məqaləyə 651 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənistanın isterikası ...

Azərbaycan ordusu sülhməramlılar olan ərazilərdə yeni mövqelər seçir

Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycanın bəzi ərazilərində ilişib qalan qanunsuz erməni qüvvələrinin vəziyyəti getdikcə dalana dirənir.

Bu dalanda onlar nə qədər çırpınsa da, Ermənistan hökuməti baş verənləri humanitar böhran kimi beynəlxalq ictimaiyyətin beyninə yeritməyə çalışsa da, onların bu cəhdləri hədər gedir, çünki artıq dünya ermənilərin saxta göz yaşlarına inanmır.

İkinci, Azərbaycan tərəfi hansı addımı atırsa, bu, 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatın icrasını təmin etmək məqsədi daşıyır və burada hər hansı hüquq pozuntusundan söhbət gedə bilməz. 

Üçüncü, Azərbaycan ordusunun sülhməramlılar olan ərazilərdə hər hansı mövqe yerdəyişməsi və dislokasiya yerlərinin dəqiqləşdirilməsi hərbi qaydalara uyğundur və Ermənistan zəhmət çəkib beyinlərini işlədərək bunun qanuniliyini dərk etməlidir. 

Azərbaycan Müdafiə Nazirliyinin martın 24-də yaydığı məlumatda iki məqamı önə çıxara bilərik: 

1. Məntəqədə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır, 

2. Hər hansı toqquşma və ya insident baş verməyib.

Dəqiqləşdirmələrin məzmununun hərbi baxımdan izahı belədir: Azərbaycan ordusu Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində mövqelərini irəli çəkib. 

Bu isə yeni dislokasiya yerlərinin müəyyənləşdirilməsini zəruriləşdirir.

Ermənistan tərəfi isə baş verənlərin forma və məzmununa mübaliğə qataraq beynəlxalq isterika yaratmağa çalışır.

Ancaq Azərbaycan tərəfinin rəsmi məlumatı göstərir ki, mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi atışmasız baş tutur. 

Təbii ki, ermənilərdən təxribat da gözləmək olar, axı, separatçıların iliyinə keçən “erməni iynəsi” onların təfəkkürünü də radikallığa kökləyir. Bununla belə, hər hansı təxribatın bədəli daha ağır olacaq. 

Rəsmi İrəvan nala-mıxa vurmaqla Azərbaycanın suveren ərazilərinə dair həyasız açıqlamalar vermək praktikasına son qoymur, olsun, əgər bu əməlinə nöqtə qoymasa, o zaman Azərbaycan tərəfinin daha sərt cavab tədbirləri ilə üzləşəcək. 

Hazırda ən çox informasiya Xocalının Fərrux və Pirlər kəndi ilə bağlıdır, Azərbaycan ordusunun sülhməramlıların məsuliyyət zonasındakı həmin ərazilərə nəzarəti bərpa etdiyinə dair məlumatlar yayılır. 

Azərbaycan ordusunun hazırkı əməliyyatları səssiz müharibədir və atəş açmadan, itki vermədən zəncir yaratmaq və erməni separatçıları həmin zəncir içində “boğmağa” hesablanıb. 

Fərrux kəndi və ətraf ərazilər Ağdamın təhlükəsizliyi baxımından vacib nöqtələrdir, hələ Birinci Qarabağ müharibəsində Fərrux uğrunda Azərbayacan xeyli şəhid verib. 

Martın 24-də Rusiya müdafiə naziri Sergey Şoyqu Qarabağdakı vəziyyəti erməni həmkarı Suren Papikyanla müzakirə edib, martın 25-də isə, Şoyqu Azərbaycan müdafiə nazirinə telefon açıb. 

Təbii ki, hər şey Azərbaycanın plan və strategiyasının konturları üzrə gedir, çünki rəsmi Bakı öz qətiyyətindən və suverenliklə bağlı prinsipiallığından əl çəkmir və bunu hər addımda böyük güclərin qarşısında da elan edir. 

Buradan isə bu nəticə çıxır ki, hərb səhnəsindəki hazırkı gedişatlar Azərbaycan-Türkiyə-Rusiya üçbucağındakı birgə razılıq əsasında reallaşır. 

Proses isə davam edəcək...