Müxalifət Paşinyanı devirə biləcəkmi?
Ermənistan prezidenti Kremlin nəyinə lazımdır?
Asif NƏRİMANLI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Aİ ilə Fransanın fərqi ...
Avropa separatizmdən yarasa işıqdan qorxan kimi qorxur
-
Ölünün qıdığı gəlməz ...
İrəvan Minsk Qrupunu diriltməyə çalışır, Moskva separat oyuncağı ...
-
İrəvan danışıqları sabotaj edir
Paşinyanın tələbi Kremlin maraqlarına xidmət edir
-
Görüş baş tutumayacaq
Əliyev Makronu “oyundan kənar vəziyyətdə” saxlayır
-
Kreml fikrindən daşınıb?
Putin Paşinyana pozitiv siqnallar ötürüb
-
Paşinyanın KTMT-dəki fiaskosu
Sərhəddən Ermənistanın başına od ələnəcək
-
Paşinyan KTMT-ni şantaj etdi
“Ermənilərin təşkilata ümidi doğrulmayıb”
-
İrəvanın Qərbə ötürdüyü sirr
Kremlə ən böyük zərbəni ermənilər vurdu
-
Putin kritik qərar astanasında
İrəvandan əlini çəkir, yoxsa Bakıyla savaşa girir?
-
Əliyev israrlıdır ...
Paşinyan isə üçüncü tərəfin maraqlarını dilə gətirir
-
“Çətiraltı” mesaj
Paşinyan bütün Ermənistanı islatdı
-
Kremlin “Ruben planı”
Ermənilər üçün məxfi ssenari işə salındı
-
Putinin qarşısına nə qoyulacaq?
Makronun bicliyi, Əliyevlə Paşinyanın yeni görüşü
-
Ermənistana dərs olmadı
Paşinyan növbəti müharibənin səhvini buraxdı
-
Paşinyan Putinin əsəbləri ilə oynayır
Əvvəlcə Qarabağda, sonra da İrəvanda “vurhavur” başlaya bilər
-
Praqa razılaşması pozulur
Azərbaycan sülhməramlı missiyaya icazə verməyib
Paşinyanın Qarabağın “statusu”nun arxa plana keçməsi haqda açıqlamasından sonra İrəvanda oturaq aksiyaya başlayan müxalifət bu gün baş nazirin istefası tələbini irəli sürməyə hazırlaşır: plana görə, istefa tələbi saat 16:30-da – Nikolun parlementdə çıxışı zamanı təqdim olunacaq.
Aksiyada diqqətçəkən məqam müxalifətin Paşinyanı “öz silahı” ilə vurmaq cəhdidir: 2018-ci ildə Nikol məhz İrəvanda yürüşlər keçirməklə küçələri bloklayırdı, eyni taktikanı indi ona qarşı istifadə edirlər və “Fransa meydanı”nın seçilməsi də eyni ssenarinin tətbiqinə hesablanıb, hərçənd, hakimiyyətin əli daha güclü görünür və proseslərin dəyişikliyə səbəb olacağı ehtimalını azaldan səbəblər var:
1. Etirazçıların sayı lazım olan qədər deyil: mayın 1-də aksiyada 15 min insan iştirak edib, mayın 3-də keçirilən aksiyada isə 5 mindən bir qədər çox; müxalifət küçələri bloklamaqla gündəlik həyatı dayandırmaq və insanların etiraza qoşulmasına nail olmaq planını tətbiq etməyə çalışır; hakimiyyət buna qarşı ciddi dirəniş göstərir;
2. Qərbin Paşinyana dəstəyi hakimiyyətə inzibati resurslardan geniş istifadə etmək imkan yaradır: polisin sərt müdaxiləsi və bölgələrdən gələn etirazçıların qarşısı alınır;
3. Etiraz sosial yox, Qarabağ məsələsindən qaynaqlanır və sosial problemlərə görə keçmiş hakimiyyəti devirən ermənilərin əksəriyyəti indiki aksiyalara neytral qalmağa üstünlük verir;
4. Müxalifətin tələbləri və açıqlamalarından yeni müharibə qoxusu gəlir: son parlament seçkilərində Paşinyanın seçilməsi ermənilərin böyük hissəsinin yenidən müharibənin olmasını istəmədiyini, ən azı indi istəmədiyini təsdiqlədi və bu situsiya fonunda etirazların kütləviləşəcəyi gözləntisi azdır;
5. Erməni əhalisi keçmiş klan hakimiyyətlərinə - Sarkisyan və Koçaryana yenidən “yaşıl işıq” yandırmaq istəmirlər;
6. Erməni kilsəsi və erməni diasporu proseslərə açıq dəstək vermir: bunun səbəbləri arasında Qərb ölkələrinin Paşinyana dəstəyi də yer alır.
Rusiyanın etirazda maraqlarının olduğu bəllidir və iki məqam bu fikri gücləndirir:
Birincisi, aksiyanın təşkilatçılarının Moskva ilə bağlantılarıdır: Sarkisyan və Koçaryan müharibədən sonra eyni “masada” əyləşməkdən imtina etsələr də, hər ikisinin Rusiya ilə əlaqələri var və hər ikisi prosesdən qazanclı çıxmaq istəyir;
İkincisi, etirazların başlama motivi və tələblərdir: müxalifət Azərbaycanla sülh sazişinin imzalanmasına etiraz edir və bu, Moskva üçün Brüssel razılaşmasının dondurulması baxımından sərfəlidir.
Lakin Moskva aksiyadan Paşinyanı devirmək yox, daha çox təzyiq məqsədilə istifadə edir: Nikol ruslara onların vasitəçilik etdiyi üçtərəfli razılaşmaların icrasına üçün lazımdır və Moskvanın hazırki hədəfi öz masasındakı razılaşmaların aktuallığını qorumaq, mümkün sülh sazişində maraqlarının nəzərə alınmasına nail olmaqdır. Paşinyanın devrilməsi “rus masası”nda əldə olunan razılaşmaları da riskə atır, çünki hakimiyyətə gələcək istənilən qüvvə üçün bunu icra etmək çətin olacaq. Bu baxımdan, Rusiya müxalifətin etirazı üzərindən Paşinyana Qərb masasından uzaqlaşması, Bakı ilə “ikitərəfli format”dan imtina etməsi üçün təzyiq edir.
Və bu prosesin Paşinyana müəyyən mənada sərf etdiyini də deyə bilərik: Ermənistan hakimiyyəti “daxili vəziyyət sülh sazişini imzalamağa imkan vermir” arqumenti ilə prosesin ən azı uzanmasına, sülh sazişi gündəliyinə istəklərinin daxil edilməsi şəraitinin yetişməsinə qədər vaxt qazanmağa çalışa bilər.
Mümkündür ki, Paşinyan nəzarətdən çıxmaması şərtilə etirazların davam etməsinə şərait yaradacaq.