
“Bizansvari metod dəyişməz qalıb”
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
Zelenski: “Hər işğalçı sonunda gedəcək”
Stansiyanı örtən qoruyucu səthdə 15 metrlik dəlik açılıb
... Yaxud faşizm üzərində qələbəni qeyd edən raşistlər
... Yaxud 9 may “qələbə” paradı
Prezident İlham Əliyevin Moskvaya getməməsi tamamilə təbiidir
Yaxud 21-ci əsrin faşist ordusu faşizm üzərində qələbəni qeyd edir
Rusiyaya giriş qaydalarının dəyişməsi mənfi və müsbət tərəfləri
Rusiyanın Qələbə Günündə iştirak edən ölkələrin siyahısı açıqlanıb
Rusiyaya daxil olmaq istəyən əcnəbilər 72 saat əvvəl səfirliyə müraciət etməli olacaqlar
Lavrov: “Hamısı bizimlə müharibə aparır”
... Yaxud Qələbə paradında ucadan oxunan “Faust”
Almaniya İsraildən müdafiə sistemi alıb
Strateji tərəfdaş anlayışı tam mənasızlaşır
Qələbə paradı ərəfəsində Ukrayna ordusunun ikinci dəfə Rusiya torpağına girməsi Kremldə şok yaradıb
20 illik fövqəladə vəziyyət planı dəyişdiriləcək
Bu gün Avropa İttifaqı Rusiyaya qarşı 6-cı sanksiyalar paketini müzakirə edəcək. Gündəlikdə olan əsas məsələlərdən biri də Rusiya neftinin idxalına qadağanın tətbiq edilməsi ilə bağlıdır.
Bu məsələdə ümumi razılıq olmasa da Brüssel tədricən Rusiyanın enerji asılılığını tam aradan qaldırmaqda israrlı görünür: bunun qitə üçün neqativ iqtisadi nəticələrə səbəb ola biləcəyinə baxmayaraq. Bir sıra Mərkəzi və Şərqi Avropa ölkələri, xüsusən də Macarıstan, Qərbdən isə Almaniya Rusiya ilə enerji əməkdaşlığını davam etdirməkdə maraqlı dövlətlərdir. Aydındır ki, neft idxalının 25 faizini təşkil edən Rusiyadan asılılığı qısa zamanda tam aradan qaldırmaq Avropa İttifaqı üçün hətta texniki baxımdan da asan addım deyil. Bununla yanaşı, Avropanın siyasi paytaxtında məsələlərə yalnız texniki və iqtisadi baxımdan deyil, həmçinin və daha çox təhlükəsizlik aspektindən yanaşırlar.
Əvvəllərdə qeyd etdiyimiz kimi, neft embarqosu reallaşarsa bu Rusiyanın valyuta gəlirlərinin kəskin azalmasına səbəb olacaq. Belə ki, xam neft və neft məhsulları Rusiya ixracatının 37 faizini təşkil edir və bu məhsulların da 70 faizi ABŞ və Avropa bazarlarına ixrac olunurdu. Ötən il Avropaya neft ixracatından Rusiyanın illik qazancı 104 milyard dollar olub.
Avropa Rusiya neftindən imtina edəcəyi halda rubla təzyiqlər yenidən arta bilər. Hazırda, daha çox daxili qaydalara hesabına milli valyutanın məzənnəsini stabilləşdirən Rusiya Mərkəzi Bankı Qərbin sanksiyaları enerji sektorunu əhatə edəcəyi halda daha məhdud strateji alətlərə malik olacaq. Digər tərəfdən, əsas valyuta ehtiyatları dondurulmuş Rusiya üçün xüsusən yay aylarında dollara artan tələbi tam qarşılamaq heç də asan olmayacaq.
Qeyd edək ki, Avropada Rusiya neftinin ən böyük alıcısı Almaniyadır. Berlin neft üçün Moskvaya ildə 23.6 milyard dollar ödəyirdi. Rusiya neftinə görə hər il Polşa 14.7 milyard, Niderland isə 11.4 milyard dollarından keçirdi. Finlandiya, Belçika və Böyük Britaniya isə ayrı-ayrılıqda ildə Rusiyaya neft idxalına görə 7 milyard dollara yaxın valyuta ödəyirdi. Deməli, embarqo qərarı Rusiya üçün ən azı 100 milyard dollardan artıq ziyana başa gələcək. Mövcud qiymətlər ilə bu daha böyük rəqəmlə ifadə olunur. Aydındır ki, infrastruktur və eləcə də sanksiyaların sərtliyi baxımdan nəinki qısa və hətta orta müddətdə də Rusiyanın alternativ bazarlar tapması real deyil.
Rusiya yeni və daha sərt sanksiyalar astanasındadır. Qarşılıqlı sanksiyalar qısa müddətli dövrdə Avropa üçün mənfi iqtisadi təsirlərə malik olsa da Rusiya üçün strateji çətinliklər yaradacağı gözləniləndir. Moskva isə hələlik sanksiyalarla “yaşamağa” alışmağa çalışır. Bu isə heç də asan hədəf deyil.