
... Putinin mövqeləri zəifləyir
Kreml daxilindəki saray intriqaları və hakimiyyət uğrunda gedən mübarizədə ...
Kreml daxilindəki saray intriqaları və hakimiyyət uğrunda gedən mübarizədə ...
Hər müstəqil addım onun gözündə xəyanətdir
Müsəlmanlar Rusiyada “sevimli” hədəfdir
Buğdada məhsuldarlıq iki dəfə azalıb, ölkənin ərzaq təhlükəsizliyi risk altında
Rusiya “SU-35” qırıcılarının növbəti partiyasını istehsal etdi
Böyük Britaniya Rusiya aktivlərinin gəliri müqabilində raketlər göndəriləcək
“Qitələrarası raketlər istehsal edən zavod genişlənir”
“İllərlə bədəndə qalır və yığılır”
Kreml üçün ikili vəziyyət yaranır
Harpiyalardan Aslanlara qədər
Şlosberq Ukrayna ilə bağlı söylədiyi fikirlərə görə saxlanılıb
Almaniya kansleri Merz Rusiyanı mülki insanlara qarşı terrorda ittiham edib
... Yaxud Rusiyanın Qərbə qarşı “həqiqət” cəhdi – GFCN
Rusiya Ukrayna hücumunda İngiltərəyə işarə edir
“Rusiyanın ən böyük düşməni” 13 ildən sonra dəyişdi
Peskov ABŞ-a niyə təşəkkür etdi?
Rusiya-Ukrayna müharibəsi kontekstində daha da aktuallaşan qlobal aclıq təhlükəsi Böyük Yeddilik (“G7”) ölkələrinin də diqqətindən kənarda qalmayıb. “G7” ölkələrinin inkişaf nazirləri qlobal ərzaq təhlükəsizliyini təmin etmək üçün alyans yaratmağa razılaşıblar.
Artıq əksər ölkələr buğda ixracatını dayandırıblar. İldə 107 milyon ton buğda yetişdirən Hindistanda da ixracatın tənzimlənməsi ilə bağlı qərar qəbul olunub. Bir müddət öncə Qazaxıstanda xaricə buğda satmayan ölkələr sırasına qoşuldu. Hər il xaricə 1 milyard 137 milyon dollarlıq buğda satan Qazaxıstan dünyada 9-cu ən böyük ixracatçıdır. Bundan əvvəl də, 8 milyard dollarlıq ixracatı ilə dünyada xaricə ən çox buğda satan Rusiya və eləcə də 3.5 milyard dollar ixracatla ilk beşliyə daxil olan Ukrayna da satışı dayandırmışdı.
Göründüyü kimi, dünyada ikinci ən çox buğda yetişdirən və ixracda ilk onluqda olan 3 ölkə xaricə satışı tamamilə dayandırıb, bir sıra digər ölkələrdə isə məhdudiyyətlər tətbiq olunur.
BMT bu il 2 milyard insanın aclıq təhlükəsi ilə üz-üzə qalacağını bəyan edib. Buğda qıtlığı ilə yanaşı, dünya bazarında qiymətlərdə də artım davam edir. Rusiya-Ukrayna müharibəsi başlanan zaman 1 buşeli 287 dollara təklif edilən buğda hazırda 420 dollara satılır. Bu o deməkdir ki, savaş başlayandan bəri dünya bazarında buğdanın qiyməti 47 faiz artıb. Artım artıq qlobal bazarda buğda qıtlığı ilə müşahidə olunur.
Azərbaycan ailələri üçün çörək əsas istehlak məhsullarından biri olmaqla yanaşı mətbəxdə xüsusi paya malikdir. Rəsmi statistikaya görə, Azərbaycanın illik buğda tələbatı 3,5 milyon tondur. Azərbaycanda buğdaya olan tələbin 40 faizi idxal hesabına ödənilir. İdxalda ən böyük paya 80 faizlə Rusiya sahib idi. Qazaxıstan da buğda idxal etdiyimiz ölkələr siyahısında olsa da Rusiya ilə müqayisədə kiçik çəkiyə malik idi. Əvvəllər Hindistan buğda idxal etdiyimiz ölkələr sırasında deyildi. İllik buğda idxalımız 1 milyon tondan çoxdur.
Bununla yanaşı, Azərbaycan buğda ilə bağlı ehtiyatlarını ötən ilin sonu və bu ilin əvvəli daha da artırmağa çalışıb. Və bu proses davam edir. Belə ki, sadəcə bu ilin yanvar ayında ölkəmiz buğda idxalını 4 dəfə artırıb. Preventiv olaraq, Azərbaycan strateji məhsullar ehtiyatlarını daha da artıraraq dünya bazarındakı potensial qıtlığa reaksiya verməyə çalışıb. Ancaq ixracata qadağalar Azərbaycanın buğda idxalına da təsir edib.
Belə ki, bu ilin ilk 4 ayında Azərbaycana 105 milyon 270 min dollar dəyərində 308 min 43 ton buğda idxal edilib. 2021-ci ilin ilk 4 ayı ilə müqayisədə buğda idxalının həcmi 15,7 faiz azalıb. Bir ton buğdanın idxal qiyməti (orta statistik dəyəri) ötən ilin ilk 4 ayında 254,5 dollar ikən, bu ilin sözügedən dövrü üçün 341,7 dollar olub. Bu isə idxal olunan buğdanın qiyməti 34,2 faiz artıb.
Dünya bazarındakı qeyri-müəyyənlik ərzaq ehtiyatlarının daha da artırılmasını prioritetləşdirib. Təbii ki, ən uyğun yol idxaldan asıllığın aradan qaldırılmasıdır. 2021-ci ildə ölkədə 595 min hektar ərazidə buğda əkilib. Praktik olaraq əkin sahələrinin 38 faizi buğda əkini üçün istifadə edilir. İllik buğda istehsalı isə 1,9 milyon tondur. İşğaldan azad olunan ərazilərimizin də buğda istehsalına xüsusi töhfə verəcəyi gözlənir.
Aydındır ki, dünyada bazarındakı qiymət artımları fonunda idxal inflyasiyası qaçılmazdır. Bununla belə, növbəti dövrlərdə qiymətin necə dəyişməsi dünya bazarındakı dəyişikliklərdən də birbaşa asılı olacaq. Nazirlər Kabineti digər alternativ mənbələri təşviq etməklə, o cümlədən yeni güzəşt mexanizmləri ilə ərzaq məhsullarına tələbin ödənilməsində stabilliyi qoruyub saxlamağa çalışır. Ukraynadakı müharibənin dünya bazarında yaratdığı qeyri-müəyyənlik isə dərinləşməkdədir.